.

hüquq - Müsəlman Demokratik Müsavat Partiyasinin Proqram və Nizamnaməsi (1911)
  BAŞ SƏHİFƏ
  Beynəlxalq sazişlər
  => Azərbaycandakı ilk siyasi partiyalar
  => Yerli Özünüidarəetmə Üzrə Beynəlxalq Təcrübə
  => Müsəlman Demokratik Müsavat Partiyasinin Proqram və Nizamnaməsi (1911)
  => ДЕЯТЕЛЬНОСТЬ ПАРТИЙ АЗЕРБАЙДЖАНА В ПЕРЕЛ
  Azərbaycanın milli partiyası
  Qarabağ problemi
  “Demokratiya:Gediləsi Uzun bir Yol”
  Əlaqə
  Anketler

SƏNƏDLƏR (1911-1993)

 

 

 

Müsəlman Demokratik  Müsavat Partiyasinin

Proqram və Nizamnaməsi (1911)

Müsavat Cəmiyyətinin Bakı şöbəsi

 

 

Bizim məqsəd

 

İslamın keçmiş qüdrəti və uğurları ilə fəxr edən müsəlman qardaşlarımız müsəlman dövlətlərinin və müsəlman qardaşlarımızın vəziyyətinə diqqət yetirirlər.

 

Bir zamanlar nəcib islam milləti bir əlilə Pekinə dayanaraq, orada  Əbu-Kufeşdə məscidini, digər əli ilə Avropanın sonunda ƏlHəmrə sarayını inşa etmişdir. Asiya, Avropa və Afrika kimi böyük qitələrdə hakim bulunan islam, hal-hazırda kiçik hissələrə parçalanmış, müsəlman dövlətləri isə əcnəbilərin əlində oyuncaq şəklinə düşmüş, millətimiz isə onların nüfuz və istismarında inləməkdədir.

 

Bizim məqsədimiz İslamın keçmiş və indiki tarixini yazmaq deyildir. Bunun üçün hətta on cildlər belə kifayət etməz. Bizim vəzifəmiz - müsəlmanları elə nəhəng yüksəklikdən belə dərin alçaqlığa, elə firavanlıqdan indiki  fəlakətə qədər endirən səbəblərə səthi də olsa toxunmaqdır.

 

Soruşulur: Dözülməz əzablar və alçalmaqla sınağa çəkilmək və uzun müddət cəhalət və ədəbsiz hakimiyyət altında qalmaq bizə yaraşırmı? Əlbəttə, yox. Bu halda bu şərin səbəblərini tapmağa çalışaq.

 

Məgər Ərəbistanın qumlu səhralarında yaşayan kiçik ərəb tayfalarının həmrə?yliyi və birliyi islamın təntənəsinə və yüksəlməsinə səbəb olmadımı? Bu, heç bir şübhə doğurmur. Məgər parçalanma və inamın itməsi 400 milyondan çox müsəlmanı hökmranlıqdan köləliyə, qələbədən məğlubiyyətə gətirib çıxarmadımı? Onları boyunduruq altında olan məzlum varlıq kimi məhkum etmədilərmi və dinimizi, millətimizi məhv etmədilərmi?

 

Fikirləşirik ki, nəcib müsəlman millətinin üzvləri olan müsəlman qardaşlarımız heç vaxt bu məzlum vəziyyətləri ilə barışmağa razı olmayacaqlar və hər şeyi qurban verəcəklər ki, keçmiş şöhrət və əzəməti qaytarsınlar.

 

Müsəlmanların milli qürur hissi və şəxsi ləyaqəti əcnəbilərin müsəlman dövləti və nəcib müsəlman xalqını belə təhqir etməsinə imkan verməyəcək. Biz inanırıq ki,  şərəfli ölümü şərəfsiz köləlikdən üstün tutan hər bir müsəlman, müsəlman xalqlarının xilası və etiqad etdiyi dinin keçmiş şöhrətini qaytarmaq üçün işləməyə bilməz.

 

İslamın parçalanmış qüvvələrinin birləşdirilməsi üçün lazım olan stimulun olmaması nəticəsində  hər şey itirilmişdir.

 

Ona görə, Quranın mərhələlərlə, hətta at belində hazırlığa qədər əldə olan bütün mümkün vasitələrlə düşməni dəf etməyi əmr edən müqəddəs ayəsini əsas tutaraq Müsavat firqəsi təşəkkül olunub və bütün müsəlman dünyasının dağılmış qüvvələrini birləşdirmək və müsəlmanların milli və insani haqlarını müdafiə etmək məqsədi ilə açıq mübarizə meydanına atılmışdır. Üzvlərinin yerli dillərində proqramı yaymağa başlayan bu firqə, milliyyət və məhzəb fərqini nəzərə almadan müsəlmanların bütün mənəvi və maddi qüvvələrini birləşdirməyi irəli sürmüşdür.

 

 

 

 

Müsavat Partiyasının Mərkəzi Komitəsi

 

PROQRAM

 

1. Milliyyət və məhzəb fərqi  qoyulmadan bütün müsəlmanların birləşməsi;

 

2. Müsəlman ölkələrinin itirilmiş müstəqilliyinin bərpa edilməsi;

 

3. Öz müstəqilliyini qorumaq və ya bərpa etmək uğrunda mübarizə aparan müsəlman ölkələrinə maddi və mənəvi yardım etmək;

 

4. Müsəlman ölkələrinin və xalqlarının müdafiə və hücum qüvvələrinin inkişafına kömək etmək;

 

5. Bu ideyaların yayılmasına mane olan bütün əngəlləri aradan qaldırmaq;

 

6. Müsəlmanların birləşməsinə və tərəqqisinə çalışan partiyalarla əlaqə yaratmaq.

 

7. Bəşəriyyətin səadət  və tərəqqisinə çalışan xarici partiyalarla fikir mübadiləsi məqsədilə əlaqə yaratmaq;

 

8. Müsəlmanların yaşamaq uğrundakı mübarizə vəsaitini, onların ticarət, sənaye və ümumilikdə, iqtisadi həyatını gücləndirməyə çalışmaq.

 

 

Təşkilat və Cəmiyyətin Fəaliyyəti

 

1) Rusiyanın bütün əyalətlərində şöbələr təşkil edərək öz proqramını bəyanat və kitab şəklində yaymaq;

 

2) Milliyyət və məhzəb fərqi qoyulmadan bütün müsəlmanlar aşağıdakı şərtlərlə bu cəmiyyətin üzvü ola bilərlər:

 

a) bu cəmiyyətin proqram, nizamnamə, taktika, reqlament və bütün qərarlarını qəbul edərək onlara tabe olmaq;

 

b) cəmiyyətin şöbələrindən birinə formal daxil olmaqla onun üzvü hesab edilmək;

 

v) 1 rubl həcmində aylıq üzvlük haqqı ödəmək;

 

q) imkan daxilində cəmiyyətə maddi və mənəvi yardım etmək;

 

3) Cəmiyyət yuxarıda göstərilən şərtləri qəbul edən şəxslərdən təşkil olunur.

 

4) Cəmiyyətin Mərkəzi Komitəsi əyalətlərdə öz şöbələrinə malikdir.

 

5) Şöbələr aşağıdakı əsasda yaradılır:

 

a) şöbə mərkəz tərəfindən təsdiq və təyin olunmuş 3 nəfərdən təşkil olunur;

 

b) 3 nəfərdən hər biri millətə sədaqətli 2 nəfər tapmağa və onlar haqqında etibarlı şəxs vasitəsilə şöbəyə məlumat verməyə borcludur. Yalnız onların qəbulundan sonra şöbə təşkil olunur.

 

v) Bu üçlüyün altı namizədinin qəbulu bu namizədlərə tam etibar edilənə, onların sədaqət və köməkçi üzvlərin ciddiliyi sübut olunana qədər davam edir. Buna qədər onlar məşvərətçi səs hüququna malikdirlər. Tam etibar ediləndən sonra mərkəzin razılığı ilə onlar şöbəyə daxil olurlar.

 

Qeyd: Bəzi mühüm məsələlərin həllində axırıncılar fikir mübadiləsi məqsədilə üçüncüyə, dördüncüyə və daha yüksək dairələrə sədaqətli olmalıdır.

 

6) Şöbənin üzvlərindən biri tərəfindən irəli sürülən ilk namizəd heç bir halda digər üzvün irəli sürdüyü iki namizədi tanımamalıdır və əksinə.

 

7) Təsdiq edilmiş 6 nəfərin hər biri öz növbəsində iki ciddi və etibarlı namizəd tapmalı və partiyanın şö?bəsinə onlar haqqında məlumat verməlidir. Onların namizədlikləri qəbul olunduğu halda onları irəli sürən üzvlər yuxarıda göstərilən seçki əsasında öz namizədliklərini şöbəyə verə bilərlər.

 

Qeyd: Hər bir üzvün irəli sürdüyü iki namizəd onlara çox yaxın olmalı və tam etibar qazanmalıdır. Onlara taktiki yanaşaraq əvvəlcə onların fikirlərini öyrənmək lazımdır və etibarlılığına söhbət əsnasında inandıqdan sonra onlar haqqında şöbəyə məlumat vermək lazımdır. Belə adamın namizədliyi qəbul olunduğu halda o, şöbənin nümayəndəsinin iştirakı ilə öz millətinin və islam dininin şərəfinin yüksəldilməsinə sədaqətini Qurana and içməklə bildirməlidir. Yalnız bundan sonra o, cəmiyyətin üzvü hesab oluna bilər.

 

8) Şöbə cəmiyyətin proqramı, nizamnaməsi və taktikası çərçivəsində onun adından nəşr etmək hüququndan istifadə edir.

 

9) Şöbənin fəaliyyəti və sərəncamları partiyanın nizamnaməsinə və taktikasına zidd olmamalıdır.

 

10) Şöbənin yerləşdiyi rayonlarda özəklər təşkil olunur.

 

 

Mərkəzin Şöbələrlə Qarşiliqli Münasibətləri

 

11) Cəmiyyətin bütün şöbələri və rayon komitələri Mərkəzi Komitənin nəzarəti altındadır;

 

12) Özəklər şöbələrə, şöbələr isə mərkəzə tabe olur;

 

13) Mərkəzin və yaxud şöbənin üzvü öldüyü halda mərkəzin sərəncamı ilə çatışmayan üzvlər cəmiyyətin üzvlərinin ümumi tərkibindən cəlb edilir;

 

14) Mərkəzi Komitənin şöbələr üzərində nəzarətinə uyğun olaraq sonuncular üzərində nəzarət rayon komitələrinə məxsusdur;

 

15) Mərkəzi Komitə ildə bir dəfə öz şöbələri vasitəsilə partiyanın bütün üzvləri qarşısında hesabat verir;

 

16) Əgər partiya üzvlərindən biri hər hansı ərizə ilə Mərkəzi Komitəyə müraciət etmək istəsə, o bunu partiyanın şöbəsinin nümayəndəsi vasitəsilə etməlidir;

 

17) Üzvlərdən biri yaşayış yerini dəyişərək cəmiyyətin şöbəsinin olduğu başqa şəhərə köçdüyü halda o, tabe olduğu şöbənin nümayəndəsi vasitəsilə məlumat verməlidir. Yeni şəhərdə  o, yeni şöbənin üzvəlrinin onu öz sıralarına qəbul etməyə razılıq vermələri şərti ilə və bu şöbənin nümayəndəsinin vasitəsi ilə yalnız Mərkəzi Komitənin sərəncamı əsasında şöbəyə daxil ola bilər.

 

18) Lazım olduqda özəklər şöbələrə maddi və mənəvi kömək göstərməlidirlər.

 

19) O cümlədən Mərkəz şöbələrə,  şöbələr isə özəklərə kömək etməlidir;

 

20) Vaxtı çatanda Mərkəzi Komitənin vəkaləti əsasında və şöbələrin vasitəsi ilə rayon komitələrinin bütün üzvləri bir-birinə təqdim olunacaqlar;

 

21) Cəmiyyətin proqramı, nizamnaməsi və taktikasını müzakirə və təsdiq etmək üçün Mərkəzi Komitə hər il şöbədən bir nümayəndə olmaqla konfrans keçirir;

 

22) Konfransın qərarları cəmiyyətin bütün üzvləri üçün məcburidir;

 

23) Cəmiyyətin üzvlüyünə qəbul olunan şəxs şöbənin icazəsi olmadan cəmiyyətin adından onun proqram və nizamnaməsinə zidd olan heç bir qərar qəbul edə bilməz.

 

 

Məcburi Qüvvələr

 

24) Mərkəzi Komitənin, o cümlədən şöbələrin sərəncamında həmişə lazım olduqda cəmiyyətin müraciət edə biləcəyi məcburi vasitələr olur;

 

25) Əgər Rusiya çərçivəsində və ondan kənarda yaşayan müsəlmanların müstəqilliyinə və hüquqlarına toxunulduğu halda və yaxud hər hansı gözlənilməz vəziyyətlərdə cəmiyyət müsəlmanlara məcburi yolla və yaxud könüllü ianələrlə kömək göstərmək istəsə, onda bütün üzvlər formal köməklə bərabər, həm də öz imkanları daxilində maddi və mənəvi yardım göstərməlidirlər.

 

Müsavat  Partiyasının Mərkəzi Komitəsi

 

 

Ciddi Xəbərdarliq

 

Müsavat Partiyasının Bakı şöbəsi hökuməti şübhələndirməmək məqsədi ilə bütün üzvlərini rus hökumətini və onun agentlərini açıq olaraq tənqiddən ən ciddi şəkildə çəkinməyə çağırır. Yoxsa bundan həm tənqid edən şəxs, həm də onun həmfikirləri ziyan çəkə bilər. İndiki zamanda mümkün olan yeganə silah aşağıdakılardan ibarətdir: hələ uzun müddət öz mövcüdlüğünü ciddi şəkildə gizli saxlamaq, hələlik öz üzvlərimizin sayını artırmaqla məhdudlaşmaq, gələcək mübarizə üçün hazırlaşmaq və qüvvə toplamaq. Əgər üzvlərdən biri ciddi siyasi addım atmaq fikrinə düşərsə, bu haqda nümayəndə vasitəsilə şöbəyə məlumat verməlidir.

 

Müsavat Partiyasının Bakı Komitəsi.

 

ARDA, fond 894, siyahı 10, iş 149, v. 72-78

 

*   *   *

 

 

 

MÜSAVAT PARTİYASININ I QURULTAYI (26 oktyabr 1917-ci il)

 

Birinci İCLAS

 

Cümə axşamı saat 7.00-də "İsmailiyyə" ətrafına xalq yığışmışdı. Saat 8.00-da böyük zal dolu idi. Kifayət qədər yer olmadığına görə bəziləri ayaq üstdə dayanmış, buraxılış vərəqi əldə etməyənlər isə getmişdi. Qurultayda Azərbaycanın müxtəlif hissələrindən 100-ə yaxın  nümayəndə iştirak edirdi. Nümayəndələr yalnız  şəhərdən deyil, o cümlədən Azərbaycanın uzaq kəndlərindən və fəhlə rayonlarından gəlmişdilər. Qurultay öz demokratik tərkibinə görə müsəlman  Şərqində birinci qurultaydır. Yüz nümayəndənin doxsan nəfəri fəhlə və kəndlidir.

 

Qurultayı  Müsavat Partiyasının Bakı Mərkəzi Rəyasət Hey?ətinin sədri M.Ə. Rəsulzadə açdı. M.Ə. Rəsulzadə çıxış edir. Natiq öz çıxışına türk partiyalarının və müsəlman Şərqinin cari siyasəti ilə başlayır.

 

"Müsəlman Şərqinin bütün türk xalqları tənəzzül dövrü yaşadılar və Şərq xalqlarının tərəqqiyə və mədəniliyə ümidi yox idi. Qeyri mədəniliyə səbəb isə  vahid ideyanın, məfkurənin olmaması idi. Əlbəttə, millətdə milli arzu və məfkurənin olmaması siyasi hərəkatın yoxa çıxmasına və tənəzzülə aparır. Lakin həmişə  belə olmayacaq! Son zamanlar Şərq dünyası böyük milli  hisslərin oyanması mərhələsinə daxil olmuşdur. Qərbi Avropa bizdə böyük fikirlər yaratdı.

 

Biz milli arzularımıza doğru gedirik, lakin bizim arzularımız başqa millətlər üzərində hökmranlıq etmək və yaxud onlara  təzyiq etmək deyil. Bizim arzumuz başqa millətlərlə birlikdə sakit və xoşbəxt yaşamaqdan ibarətdir.  Biz bəşəriyyətin üzvü olaraq bütün millətlərlə birlikdə mədəni və mütərəqqi millət olmağa can atırıq.

 

Türkçülük fikirləri başqalarına hücum etmək demək deyildir və İslama  ziddiyyət təşkil etmir.

 

Azadlıq hər kəsin təmin olunması deməkdir. Hər bir millət cəmiyyət (birlik) təşkil edir.  Hər bir insanın öz arzusu və fikirləri olduğu kimi, hər bir millətin  də birlik kimi öz milli arzuları ,  fikirləri və ehtiyacları var.

 

Həyatımızın şərtlərinə uyğun olaraq, arzularımız yalnız milli hissləri və fikirləri təmin etməkdir.

 

Partiyanın  nailiyyəti ondan ibarətdir ki, o öz ətrafına kəndliləri və mütərəqqi sinifləri toplaya bilmişdir.

 

Əgər cəmiyyət və millətdə hətta bir nəfərdə belə müəyyən fikir, arzu və ideyalar  olmazsa, onlar irəliyə doğru inkişaf  edə bilməzlər. Beləliklə, əgər millətdə milli fikir olmazsa, onda o, milli qüvvələri birləşdirə bilməz. Türk milləti indiyə qədər başqalarının hücumları ilə əlaqədar hər cür təzyiqlərə məruz qalaraq milli hisslər, arzular, ideyalar olmadığına, öz tarixini bilmədiyinə görə cəhalətdə qalmış, öz yolunu müəyyən edə bilməmişdir.

 

Yuxarıda göstərilən səbəblərdən, nəhayət, onlar özlərini dərk etdilər. Türk millətlərinin fikri mütərəqqi və bəşər meşəsində güllər olmaqdır. Bu güllər İslam beynəlmiləlçiliyi  dəstəsini təşkil edir.

 

Millət vahid orqanizm deyil, birlik mənasını verir. Təbiətdə konkretlik mövcuddur, cəmiyyətdə isə konkretlik ola bilməz. Buna görə millət öz tərkibinə görə  vahid orqanizm ola bilməz və bu səbəbdən də millətin fikri çoxluğun fikri və arzusu deməkdir, çoxluq isə fəhlə, kəndli və demokratiyadır. Məkan və zamanın şərtlərinə görə millətimizin arzu və fikirləri demokratiyanın arzu və fikirləri deməkdir. Bizim  uğurlarımız sübut edir ki, partiyamız demokratik partiyadır. Rusiyada yaşayan türklərə azadlığı rus inqilabı gətirdi. Ona görə inqilabın qurbanlarını yad edək (hamı ayağa qalxır)."

 

 

MÜSAVATIN I QURULYATI (DAVAMI)

 

İnqilab fəhlələrə azadlıq, torpaq və sülh, o cümlədən hər bir millətə özünü idarəetmə imkanı vermək şüarlarını irəli sürdü. Xalqlar Müəssislər Məclisini və sülhü səbirsizliklə gözləyirdilər, lakin müharibə sülhə son qoydu. Millətlər öz haqlarını tələb edən zaman isə onlar əvvəlki cavabı aldılar.

 

Bütün Rusiya Müəssislər Məclisinə seçkilərə hazırlaşdığı zaman anarxiya başladı, daxili vəziyyət dəyişdi, cəbhədə isə vəziyyət daha ağır oldu. Ordu nəinki vuruşmurdu, hətta onun cəbhədə qalmaq imkanı belə yox idi. Silah, hərbi geyim, ərzaq yox idi və ruh düşgünlüyü hökm sürürdü. Bir hissə sülh tələb edirdi, qalanları isə onun nəticələrindən qorxurdu. Beləliklə, anarxiya başlamışdı.

 

Əlbəttə, Müəssislər Məclisindən çox şey gözləyirdik. Şərtsiz olaraq Müəssislər Məclisinə gedək və vəziyyətimizi yaxşılaşdıra biləcək tədbirlər görülməsini tələb edək. Yalnız biz öz-özümüzü idarə edəcəyik. Biz elə dövrdə yaşayırıq ki, möhkəm olmaq üçün mübarizə aparmalıyıq, sakit yaşamaq üçün çalışmalıyıq. Azadlıq tarixini bilənlər başa düşürlər ki, belə böyük və mürəkkəb problemləri günlər və aylar ərzində həll etmirlər. Hətta inkişaf etmiş və mədəni xalqlarda azadlıq uğrunda mübarizə illərlə davam edir. Böyük vuruşmalar böyük fikirlər, hisslər və arzular yaradır. Bizim qurultay bu dövrə təsadüf edir. Şüurlu partiya təsdiq edir ki, müstəqil yaşamaq istəyən millətlərə böyük fırtınalar mane ola və onları məhv edə bilməz. Belə partiya güclü  təşkilat yarada bilər və öz yol göstərən ulduzunu itirmədən məqsədinə çata bilər.

 

 Bundan sonra natiq qurultayı təbrik edir və dünənki qərarı oxuyur. Qurultay onu təsdiq edir və Rəyasət Hey?ətinin üzvləri öz yerlərini tuturlar.

 

Söz Gəncə Komitəsinin sədri Nəsib bəy Yusifbəyliyə verilir. Natiq danışmaq istəmir, yalnız iki yuxusu haqqında danışmaq istəyir. Birinci yuxu: Zaqafqaziya Müsəlmanları qurultayı keçirilən zaman Müsavatın proqramı və yerli milli muxtariyyət haqqında hələ açıq danışmaq olmazdı. Onda mən yuxuda gördüm ki, elə bir zaman gəlib çatıb ki, bu zalda Müsavat Partiyasının qurultayı keçirilir və partiya milli muxtariyyət tələb edir. İndi də mən yuxuda olduğu kimi görürəm ki, "İsmailiyyə" zalında Milli Türk parlamenti çağırılıb.

 

Cavad Məlik - Yeqanov bu tarixi qurultayı fəhlələr adından salamlayır. Deyir: İndiyə qədər biz mazut və çirkab içərisində yaşadıq və öz vəziyyətimiz haqqında  danışmağa heç kimimiz olmadı. İndi biz bir-birimizi tapdıq və buna görə deyə bilərik: Yaşasın türk partiyası Müsavat və yerli milli muxtariyyət!

 

Əli Mərdan bəy Topçubaşov bütün Zaqafqaziya və Bakı Milli Komitəsi adından bu tarixi milli bayramı təbrik edir və göstərir ki, burada baxılacaq məsələlər Milli Komitə tərəfindən qoyulmuşdur və Milli Komitənin arzu və məqsədləri sizinlə eynidir. Milli Komitə sizin qərarlardan istifadə edir. Müsavat Partiyasının qurultayı böyük əhəmiyyət kəsb edir. Mən şəxsən qeyd edim ki, sizin bayrağınızda yazılan "türkçülük-islamçılıq" şüarı anadan olandan ürəyimizdə olmalıdır.  Biz hamımız bu şüarın tərəfdarı olmalıyıq. Türk xalqları içərisində  İslam qarşısında xidmətləri ilə  seçilən görkəmli xalqlar olub. Son 7 ildə İslamı müdafiə edən və İslam bayrağını yüksəklərə qaldıran türk milləti olub. Heç vaxt türk sözü islam sözündən ayrı olmayıb. Biz 2 parlaq ulduza - türkçülük və islamçılığa malikik. İndiyə qədər bu iki ulduza xidmət etmişik və bundan sonra da edəcəyik.

 

"Nəşri-Maarif" cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev  qurultayı təbrik edir.

 

"Nicat" adından danışan Rza Zəki qurultayı salamlayır və deyir: "Nicat" Müsavatın bir qolu kimi onunla birlikdə işləyəcəkdir.

 

Yəhudi monistləri adından çıxış edən Abezqauz qurultayı salamlayır və göstərir ki, ideya baxımından bizim aramızda heç bir fərq yoxdur. Qərbi Avropaya mədəniyyət və tərəqqini biz Şərq  xalqları vermişik. Qərbi Avropa xalqları bizim mədəniyyətimiz vasitəsilə tərəqqi edərək indi bizə təzyiq edirlər. Lakin Şərq xalqları artıq oyanaraq öz hüquqlarını tələb edirlər. Biz,  zülmə məruz qalan millətlər, böyük qurultayı təbrik edirik.

 

İran demokratlarının nümayəndəsi qurultayı salamlayır və bütün müsəlmanları vahid ittifaqa çağırır. Yaşasın birlik və Müsavat!

 

Sosial-demokratik "Hümmət" partiyası adından İbrahim bəy Heydərov qurultayı salamlayır və deyir: Biz Müsavat Partiyasına xalq partiyası kimi baxırıq. Xalq partiyasının inqilabi təşkilatı sübut edir ki, türk xalqları oyanmalıdır. Biz fəhlə partiyası olaraq türkçülükdən uzaqlaşmamışıq, bir hadisə baş verərsə, biz qardaş kimi hazır olacağıq.

 

Gəncə həmyerlilər ittifaqı adından Bayram bəy Axundov qurultayı salamlayır və deyir: Elm sübut etdi ki, hər bir cismin öz dairəsi və mərkəzi var. Məşhur alim Arximed demişdir: Əgər siz mənə Yer kürəsinin  ağırlıq mərkəzini göstərsəniz, onda mən Yer kürəsini qaldıraram. İndi isə, qardaşlar, Müsavatın ətrafında toplaşın.

 

Şimal türkləri adından çıxış edən S.İbrahimov qurultayı salamlayır və deyir: Mən bu təntənəli qurultayı rəsmiyyətçilikdən uzaq olaraq təbrik edirəm. Ona görə ki, birincisi, bu, millətin və həmyerlilərimizin vahid inam yeridir, ikincisi isə eyni ideya istiqamətində ilk dəfədir ki, azad şəkildə milli proqram irəli sürülür. İndiyə qədər biz istismar altında idik. İndi isə biz öz fəlsəfəmizə, siyasətimizə və türklərin və İslamın psixologiyasını özündə əks etdirən müstəqil proqramımıza malik olmalıyıq. Biz mühəndis olmalıyıq ki, bu proqram vasitəsilə öz muxtariyyətimizin təməlini qoyaq.

 

Müəllimlər adından Mirzə Cəlal Yusifzadə,  şagirdlər adından isə Hacı Əfəndi qurultayı təbrik edir.

 

Tələbələr adından danışmaq üçün söz Mirzə Davuda verilir. O göstərir ki, tələbələrin əksəriyyəti milli ideyanı qəbul edir, lakin tələbələr arasında digər cərəyanlar da mövcuddur. Buna səbəb onların uşaqlıqdan müxtəlif tərbiyə almasıdır. Buna görə də indi onlar müxtəlif cərəyanların təsiri altındadırlar. Buna görə biz istəyirik ki, Müsavat gələcək nəslin siyasi tərbiyəsi ilə məşğul olsun. O cümlədən tələbələr bütün həyati məsələlərə cavab verən belə bir proqramı gözləyir və ona böyük ümid bəsləyirlər. Tələbələr bu proqramın arxasınca getməyə söz verirlər.

 

Acar müsəlmanları adından Həmdi Əfəndi, Suraxanı fəhlələri adından Əli İsgəndərov Səməd bəy, fəhlələr adından İsgəndər Hüseynzadə, Zaqatala Milli Komitəsi adından İslam bəy Kabulov, Keşlə şöbəsi adından Əbdül Qasım Əfəndi, Balaxanı fəhlələri adından Nəzər Əli Əfəndi qurultayı təbrik edirlər.

 

Gəncə Komitəsi adından çıxış edən Mirzə Məmməd Axundov qurultayı salamlayır və deyir: Güclü xalq həmişə öz varlığını təzahür etdirmişdir. Biz türklər, nə qədər istismar altında olsaq da zəncirdə olan şir kimi həmişə öz azadlığımız uğrunda vuruşmuşuq. İndi isə zəncirləri qırıb atmaq, müstəqil və azad yaşamaq vaxtıdır.

 

Bülbülə şöbəsi adından Sadıq Sadıqov qurultayı təbrik edir.

 

"Açıq söz" qəzeti adından çıxış edən Xəlil İbrahim qurultayı salamlayaraq millətin bütün qüvvələrini təmin edən proqram tələb edir.

 

Şəfiqə xanımın təbrik məktubu oxunur.

 

Məmməd Yusif Cəfərzadənin təbrik teleqramı oxunur.

 

 

 

İKİNCİ İCLAS (Oktyabr 27-də axşam saat 19.30-da Gəncə Mərkəzi Komitəsinin sədri Nəsib bəy qurultayı açdı).

 

Ukraynalılar adından çıxış edən Bondarenko qurultayı təbrik etdi və dedi: Ukraynada Mərkəzi Rada, Qafqazda Türk Federalist Partiyası Müsavat öz millətləri üçün geniş muxtariyyət uğrunda çalışırlar. O, qeyd etdi ki, indi hər bir xalq xoşbəxtlik axtarır. Yalnız o xalq xoşbəxt olacaq ki, o, federalistlər ətrafında toplaşmış olsun.          Petroqraddakı hökumət xalqlara xoşbəxtlik verməz. Buna görə də Rusiyada federalistlər mərkəzi-Ukrayna bütün müsəlmanları Türk Federalist Partiyası Müsavatın  ətrafında toplaşmağa çağırır.

 

Məmməd Əmin Rəsulzadə federalizm bayrağının təmsilçisi kimi Ukraynanı qurultay adından salamladı.

 

Sonra sədr məlumat verdi ki, qurultayı təbrik etmək istəyənlər hələ çoxdur. Buna görə də o, təbrikləri kəsməyi təklif edir. Təklif qəbul olunur.

 

E?timad komissiyasının sədri Qulam Rza Şərifzadə məruzə edir.

 

Mirzə Məmməd Axundov Müsavat Partiyasının Gəncə təşkilatının yaranması və fəaliyyət tarixi haqqında məruzə edir.

 

Məmməd Əmin Rəsulzadə Türk Federalist Partiyasının inqilaba qədər və inqilabdan sonrakı tarixi haqqında məlumat verir və fəhlə və kəndlilər içərisində partiyanın gördüyü işləri qeyd edir.

 

Oruc Orucov aqrar məsələ ilə əlaqədar məruzə edir. O göstərir ki, Rusiyada hər mülkədara orta hesabla 300 desyatin, kəndlilərə isə 2,5 desyatin torpaq düşür. Torpaq məsələsi haqqında tarixi arayış verir. O, torpaq məsələsi üzrə siyasi partiyaların aqrar məsələ ilə əlaqədar proqramları üzərində dayanır.  Göstərir ki, sosialistlərin və proletariatın tələbləri bizim fikrimizcə düzgün deyildir. Ona görə ki, onlar torpağın milliləşməsini tələb edirlər. Əslində isə bu, olmaz, əgər belə olarsa və kəndlilər görsələr ki, torpaq milliləşir, onda onlar torpağı becərməyi dayandıracaqlar. "Bir halda ki, bu torpaq gələn il başqasının olacaq, onda nə üçün onu becərməliyik" deyərək düşünəcəklər.

 

Sosial-demokratların (ictimai - amiyun) tələbləri də qəbul edilməzdir. Onlar torpağın alqı-satqısına icazə verirlər. Əgər belə olarsa, bir müddətdən sonra kəndin varlı təbəqəsi yenidən çoxlu torpaq əldə edəcək və yeni mülkədarlar meydana gələcək.

 

Kadetlərin proqramı da qəbul edilməzdir. Onlar mülkədarların və quldarlığın mövcudluğunu müdafiə edirlər. Məruzəçi  torpaqları 2 hissəyə bölür: birincisi, əmək və pulla əldə edilən torpaqlardır. Bunlar əldə edildikdən sonra becərilir; ikincisi, hədiyyə edilən torpaqlardır.

 

Məruzəçinin fikrincə, əməksiz əldə edilən torpaqları əvəzi ödənilmədən kəndlilərə vermək lazımdır. Hədiyyə kimi əldə edilən torpaqları da kəndlilərə vermək lazımdır, lakin sahibkara əməyinə görə müəyyən haqq ödənilməlidir. Öz əməyi ilə əldə edilən torpaqların böyük hissəsi torpaq sahibinə əvəzi ödənilməklə kəndlilərə verilməlidir.

 

Torpaq məsələsini belə həll etmək lazımdır.

 

Kəndlilər arasında bölüşdürülmüş torpaqlar onların xüsusi mülkiyyətidir. Lakin onlar torpağı satmaq hüququna malik deyillər. Torpağın süni yolla suvarıldığı Qafqazda və Türküstanda bu məsələni də həll etmək lazımdır. Məruzəçi suvarmanı iki hissəyə bölür: birincisi, təbii suvarma, ikincisi, süni suvarma (su nasosları və s.).

 

Orucovun fikrincə, təbii sular əvəzi ödənilmədən kəndlilərə verilməlidir.

 

Mirzə Məmməd Axundov maarif və məktəb məsələsi ilə əlaqədar məruzə edir. Məruzəçi məktəbi 4 pilləyə bölür. Birincisi, ibtidai; ikincisi, yüksək ibtidai; üçüncüsü, orta; dördüncüsü, ali. Bu pillələr arasında sıx əlaqə olmalıdır. Ona görə ki, ibtidai məktəbi qurtaran şəxs sınaqsız daha yüksək pilləyə daxil ola bilsin və s.

 

İbtidai məktəbdə təhsil Azərbaycan, yəni ana dilində olur. Məktəb bizim ixtiyarımızda olmalıdır. Bizim muxtariyyətdə digər millətlər öz ana dillərində oxuyurlar. İbtidai məktəbdə heç bir halda rus və xarici dillərdə dərs keçirilməsinə icazə verilmir.

 

Yüksək ibtidai məktəblərdə digər millətləri təzyiqə məruz qoymayan şərtlər olmalıdır, dərslər türk dilində aparılır, lakin birinci sinifdən rus dilini fənn kimi keçmək olar. İbtidai və ali məktəblərdə təhsil ümumi, məcburi və pulsuzdur. Yüksək ibtidai məktəblərin nəzdində oğlanlar üçün... [oxunmur-M.O.], qızlar üçün isə əl işi kursları açılır. Orta məktəbdə bütün fənlər ana dilində tədris edilir, türk dili isə bir fənn kimi keçilir. Orta peşə məktəbləri açılır, orta məktəblərlə yanaşı dini məktəblər də açılır. Müsəlman əhalisi içərisində kişi və qadınlar üçün müəllim seminariyaları təsis edilir və burada türk dili bir fənn kimi tədris edilir. Mərkəzdə bütün fakültələrin olduğu universitet təsis etmək lazımdır. Universitetdə dərslər türk dilində keçilir, o cümlədən burada xüsusi ruhanilik fakültəsi də olmalıdır. Maarifə sərf edilən bütün xərclər milli xəzinədən ödənilir. Maarifə vergi qoyulmasına icazə vermək lazımdır. Lakin bu layihə üzrə məktəblər təşkil olunana qədər bütün məktəbləri öz sərəncamımıza götürürük və milliləşdiririk.

 

 Məmməd Əmin Rəsulzadə dövlət quruculuğu haqqında məruzə edir. Natiq keçən qurultayda etdiyi məruzəyə əlavələr edərək mərkəzləşmənin mənfi, federalizmin isə müsbət tərəflərini göstərir. Federativ idarəetmə indiyə qədər rus hökmranlığı  altında olan millətlər üçün deyil, həm də ümumi dövlət maraqları baxımından rusların özləri üçün də sərfəli və xeyirlidir. O, federativ quruluşun müsbət tərəflərini  sübut edir, Rusiyada Federativ Xalq  Respublikasının təsis  edilməsini müdafiə və arzu edir.

 

 

İKINCI İCLAS (DAVAMI)

 

Məmməd Əmin Rəsulzadə işçi məsələsi haqqında məruzə edir və aşağıdakı əsas maddələri müdafiə edir.

 

1) İş günü 8 saatdan artıq olmamalıdır;

 

2) Hər bir işçi üçün - kişi, qadın - həftə ərzində qanunla müdafiə olunan 24 saatlıq istirahət müddəti təyin etmək;

 

3) İş günündən artıq işləməyin qadağan edilməsi;

 

4) Bəzi yerlər istisna olmaqla, gecə qulluğunun qadağan edilməsi (texniki və s.) ;

 

5) 16 yaşına qədər  məktəb yaşında olan uşaqların çalışdırılması qadağandır. 16 yaşından 18 yaşına qədər cavanların iş günü isə 6 saatdan artıq ola bilməz, qalan 2 saat ərzində onlar təhsil alırlar;

 

6) Qadınları səhhətlərinə zərərli olan işlərdə işlətmək olmaz. Hamilə qadın doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra məvacibi saxlanmaqla xidmətdən azad edilir;

 

7) Qadınlar çalışan idarələrin nəzdində südəmər uşaqlar üçün tərbiyəxanalar yaradılır, uşaq əmizdirən analar  hər 3 saat arasında yarım saatdan az olmamaq şərti ilə xidmətdən azad edilirlər;

 

8) Məvacib ayda iki dəfə verilir. Məvacibin əvəzinə mal verilməsinə icazə verilmir;

 

9) İşləmək qabiliyyətini itirmiş işçiləri dövlət müvəqqəti və yaxud həmişəlik sığorta etməlidir;

 

10) Bütün idarələrdə müfəttişlər təyin edilir. Ev qulluqçuları və muzdurlar nəzarət altında olur. Fabrik və zavodlara aid olan qanunların mükəmməl həyata keçirilməsinə baxmaq üçün dövlətdən məvacib alan fəhlələr tərəfindən vəkil təyin edilir. O, görülən işin qəbuluna (sifarişlər və s.) nəzarət etməlidir. Qiymətlərin müəyyən edilməsində də fəhlənin nümayəndəsi iştirak etməlidir;

 

11) İş yeri, yaşayış mənzilləri gigiyena tələblərinə uyğun olmalıdır. Mənzil haqqı mümkün qədər ucuz olmalıdır. Bununla fəhlənin nümayəndəsi və dövlət məşğul olmalıdır;

 

12) Hər bir müəssisədə sahibkarın təsiri altında olmayan sanitariya-gigiyena nəzarəti təsis edilməlidir;

 

13) Əmək qanununu pozanları hökumət məsuliyyətə cəlb etməlidir;

 

14) Hər bir müəssisədə 2 tərəfin təmsil olunduğu məhkəmə təşkil edilir;

 

15) İşsizlərin vəziyyətini yaxşılaşdırmaq üçün hökumət fəhlələrin iştirakı ilə Əmək Birjası təşkil edir.

 

 

 

ÜÇÜNCÜ İCLAS

 

Qurultayın üçüncü İCLASı açılana qədər Məmməd Əmin Rəsulzadə seçki ilə əlaqədar siyasi partiyalar arasındakı mübarizədən danışır və göstərir ki, siyasi partiyalar arasında mübarizə olur, lakin bu mübarizə siyasi qanunlar və siyasi partiyalar xaricinə çıxmamalıdır. Dünən ruhanilərdən biri olan Şeyx Qəni Müsavat və müsavatçılar əleyhinə təbliğat aparmış, bizi şəriətdən kənar elan etmişdir.

 

Birincisi, onun çıxışı siyasi mübarizə xaricindədir, ikincisi, yaratdığımız partiya İslama ziddiyyət təşkil etmir, əksinə o, millətin müdafiəçisidir. Biz ruhanidən belə çıxış gözləmirdik. Üçüncüsü, siyasi mübarizədə məscid neytral olmalı və əgər siyasi partiyalar arasında mübarizənin nəticəsində mübahisə düşərsə, onda məscid bu partiyaları barışdırmalıdır. Məscidə daxil olan insan siyasəti, partiyanı, ideyanı yaddan çıxarmalı, allaha dua etməli, ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalıdır. Buna görə də Türk Ədəmi-Mərkəziyyət Partiyası  Müsavat ruhaninin nəzakətsiz çıxışına öz etirazını bildirir.

 

Bundan başqa, Rusiyada müsəlman partiyası ilə bizim əlaqələrimizi aydınlaşdırmaq üçün qoy bu partiya rəsmi olaraq Şeyx Qəninin partiya üzvü, rəsmi şəxs və yaxud da xüsusi şəxs kimi çıxış etməsi haqqında məlumat versin.

 

Bundan sonra İCLAS başlayır və qaydaya əsasən müzakirələr davam edir.

 

Məmməd Əmin Rəsulzadə torpaq məsələsi üzrə komissiyanın qərarını oxuyur. Qərar bəndlər üzrə müzakirə edilir və aşağıdakı qərar qəbul edilir:

 

1) Ruhanilərə, mülkədarlara və xəzinəyə məxsus olan bütün torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş xalqa verilir (yekdilliklə qəbul edilir).

 

2) Hər bir adam üçün ayrılacaq torpaq sahəsinin miqdarının müəyyən edilməsi normadan artıq torpaq sahəsinə malik olmağa imkan vermir.

 

3) Zəhmətkeş xalqa verilən torpaqlar onların xüsusi mülkiyyətidir və onlar bu torpaqlar üzərində  bütün hüquqlara malikdirlər (1 nəfər əleyhinə olmaqla qəbul edilir).

 

4) Torpağın pulsuz və əvəzsiz verilməsi ilə əlaqədar xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi əsasında varlı siniflərdən alınan vergi yolu ilə xəzinəyə daxil olan məbləğ hesabına torpaq sahiblərinə mükafat verilir (3 bitərəf, 2 nəfər əleyhinə olmaqla qəbul edilir).

 

5) Torpaqdakı bütün mədənlər və yeraltı sərvətlər ümumi xəzinəyə məxsusdur (2 nəfər bitərəf, 6 nəfər əleyhinə olmaqla qəbul edilir).

 

6) Meşə və axar sular ümumi elan edilir (yekdilliklə qəbul edilir).

 

Bundan sonra dövlət quruculuğu və idarəetmə forması komissiyası adından Məmməd Əmin Rəsulzadə yenidən məruzə edir.

 

1) Rusiyanın dövlət quruluşu milli ərazi muxtariyyətləri əsasında yaradılmış Federativ Xalq Respublikası formasında olmalıdır.

 

2) Muxtariyyət daxilində mətbuat, söz, vicdan, yığıncaq və tə?til azadlığı, işçi və torpaq məsələləri Respublika Konstitusiyasına daxill edilir, dövlət isə onu qorumalıdır.

 

3) Müəyyən əraziyə malik olmayan millətlərə milli mədəni muxtariyyət hüququ verilir.

 

4) Sərhəd, konstitusiya, respublikaların muxtariyyəti məsələləri hər bir muxtariyyətin Müəssislər Məclisində həll edilir.

 

5) Ayrı-ayrı muxtar vilayətlərin torpaqlarından fond təşkil edilir və bunlar ümumi Respublika fonduna daxil olunurlar.

 

Qurultay dünən gündüz və axşam İCLAS keçirib. Bu gün qurultayın qurtarması gözlənilir.

 

 

 

DÖRDÜNCÜ İCLAS

 

Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsavatın qurultayının dördüncü İCLASı oktyabrın 29-u axşam saat 10.00-da sədr Nəsib bəy Yusifbəyli tərəfindən açılır. İşçi və maarif məsələsi həll edilir. Məmməd Əmin Rəsulzadə şöbə adından işçi məsələsi haqqında məruzə edir. Məruzə maddələr üzrə müzakirə edilir və uzun müzakirələrdən sonra aşağıdakı 16 maddə qəbul edilir:

 

 

İŞÇI MƏSƏLƏSI

 

1) İş günü 8 saatdən artıq olmamalıdır.

 

2) Hər bir işçi və qulluqçunun fərq qoyulmadan həftə ərzində 24 saatlıq fasiləsiz istirahət hüququ vardır.

 

3) İş günündən artıq işləmək qadağan edilir.

 

4) Axşam saat 21.00-dan səhər saat 6-ya qədər gecə qulluğuna icazə verilmir. Lakin şərait tələb etdikdə təşkilatın işçilərinin razılığı ilə gecə xidməti görülə bilər.

 

5) On altı yaşına qədər məktəb yaşında olan uşaqların çalışdırılması qadağandır. 16 yaşından 18 yaşına qədər cavanların iş günü isə 6 saatdan artıq ola bilməz.

 

6) Qadınları səhhətlərinə zərərli işlərdə işlətmək olmaz. Hamilə qadın doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra məvacibi saxlanılmaqla xidmətdən azad edilir.

 

7) Qadınlar çalışan fabrik və zavodların nəzdində südəmər uşaqlar üçün tərbiyəxanalar yaradılır. Uşaq əmizdirən analar hər 3 saat arasında yarım saat xidmətdən azad edilirlər.

 

8) Tamamilə və ya qismən iş qabiliyyətini itirmiş və qocalığa görə işçiləri dövlət fond hesabına sığorta etməlidir. Bu fond kapitalistlərdən alınan xüsusi vergi ilə formalaşır.

 

9) Məvacib natura şəklində verilə bilməz. Pul həftədə bir dəfə verilir.

 

10) Hər hadisə üçün işçilərin məvaciblərindən pul çıxmaq icarədarlara qadağan edilir (cərimə və s.).

 

11) Hər bir müəssisə üçün işçilər tərəfindən seçilmiş və dövlətdən məvacib alan kifayət sayda fabrik müfəttişi təyin olunur. Vəkillər müəssisənin rəhbərliyi ilə birlikdə aşağıdakı məsələləri həll edirlər: qanunların icrası, işçilərə iş və yaşayış mənzilləri verilməsi.

 

12) İşçilərə sahibkar tərəfindən təqdim edilən yaşayış mənzilləri, onların gigiyenası və daxili quruluşu işçilərin vəkillərinin nəzarəti altında olur.

 

13) Bütün müəssisələrdə icarədarın təsir dairəsindən kənarda olan sanitariya nəzarəti təsis edilir.

 

14) Əməyin qorunması haqqında qanunu pozanlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məs?uliyyətə cəlb edilir.

 

15) Hər bir müəssisədə hər iki tərəfdən bərabər say nəzərə alınmaqla məhkəmə təşkil olunur.

 

16) Xaricdən gəlmə və yerli işçilərə qulluq tapmaq işini asanlaşdırmaq üçün xüsusi kantorların yaradılması məhəlli idarələrə həvalə olunur.

 

 

MAARIF MƏSƏLƏSI

 

İşçi məsələsindən sonra maarif məsələsi həll edilir və aşağıdaki maddələr qəbul edilir:

 

1) Maarif işlərində milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq bütün əhali bərabər hüquqlara malikdir.

 

2) Məktəb işlərini məhdudlaşdırmamaq, ayrı-ayrı şəxslərə və yerli idarələrə sərbəstlik imkanı vermək.

 

3) Təhsil azad olmalıdır.

 

4) Təhsilin 4 pilləsi arasında elə sıx əlaqə olmalıdır ki, bir pilləni qurtaran şəxs heç bir sınaqsız daha yüksək pilləyə keçə bilsin.

 

5) Universitet və digər ali təhsil müəssisələri öz daxili işlərində muxtariyyətə malikdirlər. Bu, tədrisə də aiddir.

 

6) Ali məktəblərin xalq arasında mədəni iş aparması təşəbbüsü heç bir maneə ilə qarşılaşmayacaq.

 

7) Yerli orqanların təlim və tərbiyə ilə əlaqədar fəaliyyətinə maneçilik olmayacaq.

 

8) İbtidai və ali təhsil ümumi, pulsuz və məcburidir.

 

9) Yerli orqanlar tərəfindən böyüklər üçün açılacaq gecə kurslarına, kitabxana və qiraətxana işlərinə icazə verilir.

 

10) Kifayət sayda kənd təsərrüfatı və texniki orta məktəblər açmaq.

 

11) Hər bir muxtar əyalətdə ibtidai və ali məktəblərdə dərslər əhalinin əksəriyyətinin danışdığı dildə keçirilir.

 

12) Orta məktəblərdə rus dili və Osmanlı şivəsi fənn kimi məcburi olacaq.

 

13) Ali məktəblərdə bütün fənlər Osmanlı şivəsində tədris edilməlidir.

 

14) Müəllimlərin hazırlanması üçün kişi və qadın müəllim seminariyaları açmaq.

 

15) Məktəb açılan zaman azlıqda qalan millətlərdən 40 şagird toplanarsa, onda dərslərin onların ana dilində keçirilməsi məcburidir.

 

16) Əgər azlıqda qalan millətlərdən kifayət qədər şagird toplanarsa, onda onların ana dilində yüksək ibtidai və orta məktəblər açılır.

 

 

BEŞINCI İCLAS

 

Oktyabrın 30-u səhər saat 1100-də  Nəsib bəy İCLASı açır. Məmməd Əmin Rəsulzadə proqramın qalan hissələrini oxuyur və maddə-maddə səsverməyə qoyur. Bütün maddələr qəbul edilir. Dövlət quruculuğu haqqında maddəyə aşağıdakı əlavə edilir:

 

Respublikanın tərkibində olan bütün muxtar əyalətlər onlara aid olan məsələlərlə əlaqədar öz aralarında ittifaq yaratmaq hüququna malikdirlər.

 

Azərbaycanın sərhəd məsələlərilə əlaqədar olaraq, Cənubi Dağıstanın Azərbaycanla birləşdirilməsi qərara alındı. Povoljye və Krım tatarlarına əgər mümkünsə yerli milli muxtariyyət verilir.  Mədəni milli muxtariyyət tələbləri qəbul edilir. 4-cü maddə aşağıdakı şəkildə dəyişdirilir: Ümumrespublika idarələrini,  muxtariyyət daxilində muxtar parlamentləri yerli idarələrə, o cümlədən digər təşkilatlara çevirmək lazımdır. Cinsindən, dini mənsubiyyətindən və milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar seçmək və seçilmək hüququna malikdirlər. Seçkilər ümumi, gizli və bərabərhüquqlu olmalıdır.

 

Digər milli, dini, iqtisadi, ordu, hüquq və kömrük məsələləri dəyişiklik edilmədən qəbul edildi.

 

Məhkəmə məsələsi ilə əlaqədar 4-cü maddə qəbul edilmədi.

 

 

ALTINCI İCLAS

 

Oktyabrın 30-u axşam saat 1800-da qurultayın 6-cı İCLASını Nəsib bəy açır. Partiyanın proqramı müzakirə edilir.

 

1-ci, 2-ci və 3-cü maddələr müzakirəsiz qəbul edilir. 4-cü maddə müzakirə olunan zaman partiyadan xaric məsələsi ortaya çıxır. Ayrı-ayrı partiya orqanları partiyadan xaric etmək hüququna malikdirlərmi? Əksəriyyət ayrı-ayrı partiya orqanlarına partiyadan xaric etmək hüququ verməmək haqqında qərar qəbul edir. Bu hüquq yalnız mərkəzi orqana məxsusdur. Bu maddəyə qeyd əlavə edildi. Hər bir təşkilat onun qərarlarına tabe olmayan şəxsi partiyadan xaric etmək hüququna malikdir. Partiyadan xaric edilən şəxs həmin partiya təşkilatının icazəsi olmadan partiyaya qəbul olunmaq hüququna malik deyildir.

 

5-ci maddə partiyaya qəbul və üzvlük haqqındadır. Əksəriyyət yerli partiya təşkilatlarına daimi üzvlük haqqını müəyyən etmək  göstərişi vermək haqqında qərar qəbul edir.

 

6, 7, 8, 9, 10, 17 və 18-ci maddələr qəbul edilir.

 

Məmməd Əli Rəsulzadə Mərkəzi Orqana ildə bir dəfə müəyyən miqdarda pul keçirməyi bütün təşkilatlara bir vəzifə olaraq tapşırmağı təklif etdi. Onun təklifi qəbul edilmədi.

 

İclasın sədri məcburi üzvlük haqqı ilə birlikdə Mərkəzi Orqana ayrı-ayrı partiya təşkilatlarından pul almaq hüququ verməyi təklif etdi. Təklif qəbul olunur.

 

Proqrama yeni maddələr əlavə edilir: Partiya mətbuatı və nəşriyyatına nəzarət etmək, digər partiyalarla və dövlət orqanları ilə əlaqələr qurmaq.

 

Mərkəzi Orqanın say tərkibi və yeri müzakirə edilir.

 

Qərara alınır ki, Mərkəzi Orqan Bakıda yerləşəcək. Mərkəzi Orqanın Rəyasət Hey?ətinin tərkibinin 9 nəfərdən ibarət olması qərara alınır. Mərkəzi Orqanın Rəyasət Hey?ətinə aşağıdakı namizədlər verilir:

 

1. Yusifbəyli Nəsib bəy.

 

2. Ağayev Həsən bəy.

 

3. Məmmədzadə Əliş.

 

4. Rəsulzadə Məmməd Əmin.

 

5. Hacınski Məmməd Həsən.

 

6. Şərifzadə Qulam.

 

7. Rüstəmbəyov Şəfi bəy.

 

8. Axundov Molla Qafar.

 

9. Hüseynzadə İskəndər.

 

10. Əli İskəndərov Səməd.

 

11. Rəfiyev Musa bəy.

 

12. Orucov Oruc.

 

13. Qara Ağazadə Həmdi.

 

14. Əmircanov Əbdül Əlibəy.

 

15. Axundov Mirzə Məmməd.

 

 

YEDDINCI İCLAS

 

Oktyabrın 31-də Müsavat Partiyasının qurultayının sonuncu İCLASı keçirildi. İclasa Nəsib bəy sədrlik edir. Bir neçə məruzə dinlənilir və müvafiq qərarlar qəbul edilir.

 

Şəfi bəy Rüstəmbəyov Millətlər qurultayı haqqında məruzə edir. Məruzəçi göstərir ki, kazaklar və ukraynalılar milli ərazi muxtariyyəti elan ediblər və digər xalqlar da milli muxtariyyət elan etməyə hazırlaşırlar. O, Mərkəzi Milli Komitədən Azərbaycanın muxtariyyəti haqqında  məsələyə baxmaq üçün Müəssislər Məclisini çağırmağı tələb etmək təklifi ilə çıxış edir. Onun təklifi müzakirədən sonra qəbul edilir.

 

Sonra Petrovskidən olan nümayəndə "Dağıstana baxış" başlıqlı məruzə oxuyur. Buradaki maddələri Mərkəzi Komitənin diqqətinə və nəzərinə çatdırmaq tapşırılır.

 

Quba şö?bəsinin nümayəndəsi rus köçkünləri haqqında şikayət təqdim edir. Bu məsələ Mərkəzi Komitəyə tapşırılır.

 

Partiyanın xətti haqqında məruzədən sonra aşağıdakı maddələr qəbul edilir:

 

1) Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsavat Şəfi bəy Rüstəmbəyovun Millət qurultayı haqqında məruzəsini dinləyərək qərara alır: Azərbaycanın milli ərazi muxtariyyətini həyata keçirməyə başlamaq. Muxtariyyətin yaradılması üçün bütün tədbirləri görməyi Mərkəzi Komitəyə tapşırmaq. Bunun üçün Azərbaycanın Müəssislər Məclisinin çağırılması haqqında məsələni Mərkəzi Müsəlman Komitəsi qarşısında qaldırmaq və buna tə?kid etmək.

 

 

SOL PARTIYALAR HAQQINDA

 

2) Milli ərazi muxtariyyəti idarə formasını müdafiə edən sosialist və demokratik partiyalarla sıx əlaqə qurmaq və birlikdə işləmək partiyanın əsas xəttidir. Xüsusilə, türk və müsəlman sosial-demokrat partiyaları ilə saziş bağlamağa çalışmaq lazımdır.

 

 

ƏKS-INQILABI PARTIYALAR HAQQINDA

 

Arzularımızın həyata keçirilməsi ilə bağlı bütün nailiyyətlərimiz Rusiya inqilabının qələbəsindən, imperialist ideyaların məğlubiyyətindən və azadlıq prinsiplərinin möhkəmlənməsindən asılıdır. Partiya bütün əks-inqilabi partiyalar və imperialist cərəyanlarla ciddi mübarizə aparmalıdır. Xüsusilə, əks-inqilabi fikirlərlə zəhərlənməyə qarşı mübarizə aparmaq və müdafiə olunmaq lazımdır.

 

 

FƏHLƏ SOVETLƏRI HAQQINDA

 

İnqilabi Rusiyada Fəhlə sovetlərinin fövqəl?adə əhəmiyyətini qəbul edərək, partiya bu Sovetə diqqət etməli və bu Sovetin keçirilməsi təşəbbüsündə bulunaraq daha çox partiya nümayəndəsinin orada təmsilinə çalışmalıdır.

 

 

MÜVƏQQƏTI HÖKUMƏT HAQQINDA

 

Müvəqqəti hökuməti inqilabın prinsiplərinə sadiq qalana qədər müdafiə etmək. Eyni zamanda Müvəqqəti hökumətin tərkibində Rusiya müsəlmanları üçün yer tələb etmək.

 

 

MILLI KOMITƏLƏR HAQQINDA

 

Milli Komitələrin əhəmiyyətini qəbul edərək partiyanın qurultayı bütün işlərin komitələrin əlində toplanması üçün işi gücləndirməyi vacib hesab edir. Bu yolla muxtariyyət üçün zəmin yaradılır. Bu Milli Komitələrə bütün siyasi cərəyanları əks etdirmək həvalə edilir.

 

* * *

 

Şəhər idarəsinə seçkilər zamanı ruhanilər, başda Şeyx Qəni olmaqla, partiyamız əleyhinə çıxışlar etmiş və bizi şəriətdən kənar elan etmişlər. Tutduqları mövqedən istifadə edərək öz düzgün olmayan çıxışları ilə onlar müsəlmanlar arasında ixtilaf yaradırlar. Qurultay ruhanilərin nəzakətsiz çıxışlarına etiraz edir və ruhanilərin neytral olmasına diqqəti cəlb edir.

 

 

MILLI ORDU HAQQINDA

 

Xalqın ümumi asayişinin müdafiəsi üçün Milli Ordunun yaradılmasını tələb etmək. Çətinliklərə baxmayaraq, Milli Komitəyə hər cür kömək göstərmək.

 

 

KAZAK-DAĞISTAN ITTIFAQI HAQQINDA (İclasın sonunda qapalı İCLAS keçirilir.)

 

Sədr məlumat verir ki, oktyabrın 22-də kazaklar dağıstanlılarla siyasi saziş bağlayıblar. Bağlanmış müqaviləni oxuyur. Göstərir ki, onlar Cənubi Qafqaz türklərini də bu ittifaqa dəvət edirlər. Bu məsələ qapalı İCLASda müzakirə edilir və aşağıdakı qərar qəbul edilir:

 

Qurultay qapalı İCLASda kazaklarla dağıstanlılar arasında bağlanan sazişi və Cənubi Qafqaz türklərini bu sazişə dəvət edilməsi məsələlərini müzakirə etdi. Bu məsələni hərtərəfli öyrənərək, məsələnin əhəmiyyətini və ona ehtiyatla yanaşılmasını nəzərə alaraq qərara alındı ki, bu məsələnin qəti şəkildə həlli Mərkəzi Komitəyə tapşırılsın.

 

 

Qurultay Mərkəzi Komitənin sədri Məmməd Əmin Rəsülzadənin yekun nitqi ilə bağlanır.

 

Natiq türk mifologiyasından və İslamdan iki nümunə göstərərək deyir: Türk xalqlarının mifologiyasında deyilir ki, türklər hələ Altun dağında yaşayarkən qızıl almanı itirdilər. Almanı axtararaq onlar Qərbə getdilər və yolda çıxa bilmədikləri dalana düşdülər. Canavarın izi ilə gedərək onlar dəlik tapdılar, oradan çıxaraq yenidən almanı axtarmağa başladılar. İslamda isə belə bir inam var ki, insan öləndən sonra dirilir. Əgər türk mifologiyasındakı qızıl alma əsrlərlə axtardığımız müstəqilliyimizin simvoludursa, müstəmləkə asılılığı isə düşdüyümüz həmin dalandır.

 

 Digər tərəfdən biz  siyasi cəhətdən ölmüşdük. İndi isə siyasi ölümdən sonra yenidən dirilmək və qızıl almamızı-müstəqilliyimizi axtarmağa başlamaq vaxtıdır.

 

Gecə saat 200-də gurultulu alqışlar altında qurultay bağlanır1.

 

 ARDA, fond 894, siyahı 10, iş 60, v. 1-21

 

*  *  *

 

 

Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat

MƏRAMNAMƏ VƏ NIZAMNAMƏSI

 

1917-ci il oktyabrın 26-sından 31-nə qədər Bakıda davam edən birinci firqə qurultayında qəbul edilmişdir. 2-ci təb

 

Firqə heyəti-mərkəziyyəsi tərəfindən nəşr olunmuşdur, Bakı "Hökumət" elektrik mətbəəsi

 

 

MƏRAMNAMƏSI

 

Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir. Mədəniyyəti-bəşəriyyə bu mübarizədən hasil olma qənimətdir. Məqsədi-bəşər mədəniyyəti-bəşəriyyəti daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə ümumiləşdirməkdir. Mədəniyyəti-bəşəriyyə isə milli mədəniyyətlərin məcmuindən hasil olma bir yekundur.

 

Mədəniyyətin təmini, insanların cəmaətliklə yaşaması ancaq mədəni hökumət təsisi ilə mümkündür. Mədəniyyəti-bəşəriyyə milli mədəniyyətlərin məcmuindən ibarət ikən ən müvafiq və ən təbii hökümətin də höküməti-milliyyə olması aşkardır. Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hüriyyət və mədəniyyətini hifz edəməz.

 

Millət, mexanik bir surətdə toplanmış ayrı-ayrı fərdlərdən ibarət olmayıb üzvü bir vücuddur. Yaşar, arzular bəslər, bunun üçün də fərd doğurdan-doğruya dövlətlə degil, millətlə mərbutdur.

 

Millət - dili, dini, ənənatı, mədəniyyəti, ədəbiyyatı, tarix və adatı bir olan cameyi-bəşəriyyəyə deyilir. Yalnız din birligi müasir məna ilə bir millət təşkil edəməz. Milliyyəti təşxis edən müştərək əlamətlərdən başlıcası dil, adat və ədəbiyyatdır. Bu nöqteyi-nəzərlə bütün türklər bir millətdir. Milliyyəti bu məna ilə götürdükdə din camiəsinin əhəmiyyəti inkar olunmaz. Din həyati-bəşərdə əvamili-mühümmədəndir. Hər bir din mütədəyyinləri arasında böyük bir irtibat və bir növ mədəniyyət hasil edər. Xristian mədəniyyəti, Budda mədəniyyəti və İslam mədəniyyəti degilən şeylər bu irtibatın eynidir.

 

Fəqət, bu irtibatda bir milliyyət degil, beynəlmilliyyət xassəsi vardır. İslamiyyət, müasir məna ilə beynəllmiliyyətdir.

 

Millətin dövlətə nisbətlə hüquqi-siyasiyyəsini, milliyyətin beynəlmilliyyətə nisbətlə hüquqi-mədəniyyəsini təmin edəcək üsul ancaq ədəmi-mərkəziyyət üsuli-idarəsidir.

 

Ədəmi-mərkəziyyət irtibatı qət etmək degil, vəzifələri müşəxxəs və müəyyən etmək surətilə daha mətin bir irtibad hasil edər.

 

Hər dövlət ilə millətlərin, hər din ilə məzhəblərin arasında xüsusiyyətlə bərabər, ümumiyyət olduğu kibi hər bir millətə mənsub olan şöbə və şivələr arasında dəxi eyni xüsusiyyət və eyni ümumiyyət vardır. Bunun üçün də hər növ siyasi, dini və milli vəhdaniyyətin ən təbii yolu ədəmi-mərkəziyyət yoludur.

 

Millətin mənəviyyət və ruhiyyət cəhətindən başqa, maddiyyat cəhəti də vardır.

 

Millət siniflərdən ibarətdir. Fəqət, əksəriyyəti təşkil edən sinif zəhmətkeşlər sinfidir. Bu etibarla millət demək, xalq (demokratiya) deməkdir. Həqiqi millətpərəstlər haman xalqpərəstlərdir. Çünki millətin qüvvəti xalqın qüvvəti, xalqın qüvvəti millətin qüvvəti deməkdir. Bir milli hökumət ancaq o zaman həqiqi millət hökuməti olar ki, ondaki əsaslar xas sinfi degil, ümum cəmaəti gözləsin, onların halını islahə yarasın.

 

Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat türk xalqının müsəlman demokratiyasının həqiqi mənfəətlərini yuxarıdakı əsasların Rusiya həyat səltənətində fikirdən işə keçməsində görərək tələb ediyor ki, böyük inqilab zərbəsilə uçurulan müstəbid  Rusiya imperiyası öylə bir qoşma xalq cumhüriyyətilə əvəz olunsun ki, qanuni-əsasisi aşağıdakı maddələri təmin eyləsin.

 

 

Dövlət və Muxtariyyət Təşkilati

 

1. Rusiya dövlətinin şəkli-idarəsi, milli-məhəlli muxtariyyət əsası üzərinə qurulu qoşma xalq cumhüriyyətindən ibarət olmalıdır.

 

2. Huriyyəti-kəlam, mətbuat, vicdan, ictimaiyyət, təşkilat və tətil kibi siyasi hürriyyətlərlə bərabər, muxtariyyətlərdəki hökumət şəklinin qoşma xalq cümhuriyyətindən ibarət olması, işçi qanunlarının bütün muxtariyyətlərdə bir növlə tətbiqi və torpaq məsələsinin əsasən keyfiyyət həlli və islahi kibi demokratik əsaslar, Rusiya qoşma xalq cümhuriyyətinin qanun əsasına daxil olub, dövlətcə təhti-təminə alınmalıdır.

 

3. Müəyyən məhəllə malik olan (yəni Rusiya məmləkətinin müəyyən bir qitəsində əksəriyyətlə yaşamaqda bulunan) hər bir millətə muxtariyyət həqqi verilməlidir.

 

Firqəcə Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstan kibi türk ölkələri məhəlli muxtariyyət almalıdırlar. Ədil boyu ilə Krım tatarları və digər Rusiyada yaşayan türk qovmlərinə məhəlli, mümkün olmazsa milli muxtariyyət verilməlidir.

 

Qeyd: Başqa türk olmayan dindaşlara da firqə muxtariyyət tələb edib, onlara hər vəchlə yardım etmək borcundadır.

 

4. Müəyyən məhəllə malik olmayan millətlərə milli-mədəni muxtariyyət haqqı verilməlidir.

 

5. Muxtariyyətlərin hüdudunu təyin etmək, daxili qəvanini-əsasiyyələrini tərtib eləmək gərək məhəlli və gərək milli muxtariyyətlərin kəndi məclisi-müəssəsanlarında həll olunmalıdır.

 

6. Cümhuriyyət heyətinə daxil olan muxtariyyətlər öz aralarında müştərək gördükləri məqsəd və mətləblər üzərinə əqdi-ittifaq edə bilmələridir.

 

7. Cümlə muxtariyyətli, əyalətlər, mərkəzi hökumət ilə ancaq vətən müdafiəsi, məskukat, gömrük, xarici siyasət, dəmir yol, poçta, teleqraf və sair bu kibi ümumi işlərlə mərtub olmalıdır.

 

8. Muxtariyyətli əyalətlər,  idari,  mali, təşri(təqnini) mədəni məişəti və ədli kibi daxili məsələlərdə müstəqil olmalıdırlar.

 

9. Rusiya cümhuriyyətinin ümumi işlərini idarə etmək üçün bütün muxtariyyətlərin nümayəndələrindən ibarət bir konğire təşkil olunmalıdır.

 

10.  Hər bir muxtariyyətli əyalətin mərkəzində qanun qoymaq vəzifəsi müvəzzəf bir məclisi-məbusan və qoyulan qanunları icra etmək vəzifəsilə müvəzzəf bir şurayi-vükəla (heyəti-vüzəra) təşkil etməlidir.

 

11.  Hər bir muxtariyyətli əyalət, məhəlli işlərində geniş imtiyazlara malik vilayət, qəza və nahiyələrə bölünməlidir.

 

12.  Hər bir muxtariyyətli əyalətin rəsmi dili haman əhalinin əksəri söylədiyi dil və şivə olmaqla bərabər, vilayət və qəzada yerli əhalinin söylədiyi dil və şivə işlənilməlidir.

 

13. Muxtariyyət daxilində olan məclisi-məbusan, məhəlli idarələr və başqa bütün cümhuriyyət və muxtariyyət müəssisə və təşkilatına seçiləcək əzalar ümumi, müsavi, qapalı, vasitəsiz və mütənasib seçki üsulilə seçilməlidir.

 

14. İgirmi sinninə çatmış olan hər bir vətəndaş bilafərq millət və məzhəb, erkək və qadın seçki haqqına malikdir. Seçki haqqına malik olan hər bir vətəndaş eyni zamanda seçilmək haqqına da malikdir.

 

15. Nümayəndəlik məclisləri iki il müddətə seçilib, seçilmiş cəmaət vəkillərinə dövlət və ya muxtariyyət tərəfindən məvacib verilməlidir.

 

16. Daimi əsgərlik təşkilatı ləğv olunub mühafizəyi-vətən milisiya əfradına həvalə edilməlidir.

 

 

Milli Məsələlər

 

17. Rusiyada yaşayan türk millətinin cümlə qövmlərinə aid ümumi məsələləri həll və təsviyə etmək üçün milli və mədəni ittifaq təşkil olunmalıdır.

 

18. Bu ittifaqın surəti-təşkili, hüquq və vəzifələri muxtariyyətli əyalətlərin birinci qurultayında təyin olunmalıdır.

 

 

Dini Məsələlər

 

19.  Rusiyada yaşayan bütün islamların millət və məzhəbə ayırmaqsızın, dini məsələlərin həll və təsviyyəsi üçün seçilmiş Müfti və Şeyxülislam təhti-sədarətində, cümlə islam əyalət və millətləri nümayəndələrindən təşkil olunmuş bir heyəti-diniyyə qurulmalı: bu heyətə türk muxtariyyətli əyalətlərindən bir türk olmayan islamların (Kürd, Acarlı, İnquş, Asetin, Çərkəs və sairə kibi) nümayəndələri dəxi iştirak etməlidirlər.

 

 

Həqqi-Əhliyyət

 

20. Qanun nəzərində cümlə əhali, din, məzhəb və millət fərqi gözlədilməyərək erkək və qadın bərabərdir.

 

21. Huriyyəti-vicdan təmam mənasilə icra olunub, əhalidən kimsə dini, məzhəbi və etiqadı üçün və yaxud mövcud dinlərdən və məzhəblərdən hanki birini istər isə qəbul və ya rədd etdiki üçün təqib və təzyiq ediləməz.

 

22. Din və məzhəblərdən heç biri hökumət tərəfindən digərlərinə tərcih edilib, himayə və mühafizə altına alınamaz.

 

23. Hər kəs fikrini, təsəvvürünü söyləməkdə və yaxud mətbuat və qeyri vasitələr ilə nəşr və elana sərbəstdir.

 

24. İstər ev daxilində, istər açıqda istədikləri məsələləri müzakirə və həll etmək üçün hər kəsin yığılıb, "ictima" qurmağa həqqi vardır.

 

25. Cəmiyyət, yaxud ittifaq təşkili üçün kimsədən izin istəməgə ehtiyac yoxdur.

 

26. Hürriyyəti-şəxsiyyə və məsuniyyəti-beytiyyə tamamilə tətbiq edilib məhkəmeyi-ədliyyə qərarı olmaqsızın kimsənin evinə girib də araşdırılamaz və mürasilə məkatibəsinə qarışılamaz.

 

27. Tovfiq edilən hər kimsə igirmi dörd saat ərzində məhkəməyi-ədliyyəyə təslim edilməlidir.

 

28. Pasport üsulu ləğv olunub istər dövlət daxilində, istər xaricdə hər kəsin istədigi yerə, heç kimsədən sormaqsızın getməgə haqqı vardır.

 

29. Yuxarıda zikr olunan cümlə hüquqi-əhliyyət əsas qanunlara daxil olub, müdafiə və  mühafizəsi məhkəməyi-ədliyyələrə mühəvvəl olunur.

 

 

İqtisad və Maliyyə İşləri

 

30. Firqə cümlə vergilərin ləğv olunub yalnız gəlirdən və mirasdan vergi alınması tərəfdarıdır. Bu verginin miqdarı gəlirin artmasına görə həm miqdarda, həm də faizdə artacaqdır (mütərəqqi gəlir vergisi).

 

31. Firqə sənət və əkinçilik alət və ədəvatının və əhalinin işlətdigi birinci zəruri şeylərin ucuz və bol olması üçün gömrük vergisinin əksilməsini tələb edir.

 

 

Topraq Məsələsi

 

Millətimizin əksəriyyəti rəncbərdir. Rəncbərin maaşı, həyatının təmini topraqladır. Topraq abad olursa, millət də məsud olar. Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xalqa topraq vermək millətin faidəsidir. Əksəriyyəti rəncbər olan bir millətə xidmət üçün təsis etmiş olan Müsavat firqəsi muxtariyyət topraqlarının ümumi dövlət topraq fonduna daxil olmayıb da xüsusi muxtariyyət fondu təşkil etmək üzrə aşağıdakı vəchilə həll olunub rəncbərlər arasında bölünməsini tələb edər:

 

32. Xəzinəyə, sabiq padşaha və padşah nəslinə mənsub xanədana, eylədə mülkədarlarla xüsusi maliklərə məxsus olan bütün topraqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir.

 

33. Bu surətlə zəhmətkeş və rəncbərlərə veriləcək topraq onların kəndi mülkiyyətlərinə verilib, haman yer üzərində bütün hüquqa malik olacaqlardır.

 

34. Hər bir əldə qalacaq və ya bulunacaq toprağın ən çox miqdarı qanunən təyin olunub, ondan artıq kimsəyə topraq sahibi olmaq haqqı verilməyəcəkdir.

 

35. Toprağın pulsuz və əvəzsiz surətdə rəncbərlərə verilməsi yüzündən xəsarətdidə olan xüsusi maliklərə gördükləri ziyan müqabilində xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi əsasilə varlı siniflərdən alınan vergi yolulə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabinə olaraq, mükafat veriləcəkdir.

 

36. Malikiyyət toprağın üzərinə olub, altındakı mədəniyyət isə beytülmalə (muxtariyyət xəzinəsinə) məxsusdur ki, nə surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.

 

37. Meşələr, cəngəllər, göllər, duzlaqlar və axar sular ümumidir. Onların idarəsi məhəlli idarələrin əlində olub, xüsusi adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur idarələrə bağlıdır.

 

 

İşçi Məsələsi

 

İşçiləri zəhmətin ağır məşəqqətindən bilnisbə rahat etmək üçün firqə aşağıdakı maddələri tələb ediyor:

 

38.  Hər bir muzdur, qulluqçu, əmələ və fələ üçün iş günü səkkiz saatdan artıq olmamalıdır.

 

39.  Hər bir muzdur, qulluqçu, əmələ və fələ üçün - erkək, qadın - fasiləsiz olaraq həftədə 24 saatlıq istirahət müddəti qanunən müqərrər olmalıdır.

 

40.  Qanunən müəyyən olan iş günündən artıq işləmək qaydası tamamilə mən edilməlidir.

 

41. Gecə qulluğu (axşam saat 9-dan səhər 6-ya qədər) yasaqdır. Fəqət işin texnikası tələb elədigi təqdirdə və əmələ təşkilatı tərəfindən cayiz görüldüyü halda gecə xidməti görülə bilər.

 

42.  On altı yaşına qədər məktəb sinnində olan balaların çalışdırılması məmnuədir. On altı yaşından on səkkiz yaşına qədər olan cavanların iş günü isə 6 saatdan artıq olamaz.

 

43.  Qadınları səhhət və vicudlarına zərərli olan işlərdə çalışdırmaq məmnuidir. Hamilə olan qadın xidmətkarlar doğduqlarından 4 həftə əvvəl və 6 həftə sonra xidmətdən azad edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini təmamilə alacaqlardır.

 

44.  Qadın əmələ və fələsi olan hər bir fabrika, zavod və sair kəsbxanalar yanında südəmər uşaqlara məxsus tərbiyəxanalar yapılacaq; uşaq əmizdirən ana qulluqçular hər 3 saat arasında yarım saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir.

 

45. Təmamilə və ya qismən işləmək qabiliyyətini itirmiş olan əmələlər dövlət tərəfindən xüsusi bir fond (sərmaye) hesabına sığorta olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan alınan xüsusi bir vergi hasilatından əmələ gələcəkdir.

 

46. Muzd və məvacib müqabilində nəqd əvəzinə cins vermək qaydası tamilə mən ediləcək; muzd və ya məvacib isə həftədə bir dəfə iş müddəti əsnasında veriləcəkdir.

 

47. Cərimə xərab olan və ya bəgənilməyən mətain mayasını qaytarmaq və sairə kibi hər növ ittifaq və səbəblərdən ötəri olsa da, fələlərin haqq və hesabından pul çıxmaq qaydası kökündən mən edilməlidir.

 

48. Hər növ emalatxanə, kəsbxanə, fabrika, zavod və sairəyə kifayət edəcək qədər fabrika müfəttişləri (inspektorlar) təyin edilməlidir. Dövlətə məxsus olan sənətxanələr, xadimə və qulluqçusu olan kəsbxanələr dəxi bu müfəttişlərin nəzarətinə tabedirlər. Bu cümlədən olaraq ev qulluqçuları ilə nökərlər dəxi fabrika müfəttişliginə tabedirlər. Qadınların çalışdığı yerlərə qadın müfəttişlər təyin olunmalıdır. Fabrika, zavod və zəhmətin müdafiəsinə məxsus nəşr olunan qanunların kamila yerinə yetirilməsinə baxmaq üçün əmələlər tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidirlər. Bu vəkillərə dövlət tərəfindən maaş veriləcəkdir. Əmələlər tərəfindən seçilən bu vəkillər əmələyə verilən materiyallara, onların (brakovka) yaramazlığına və ələlümüm işin nəticəsinə nəzarət etməlidirlər.

 

49. Sahibkarlar tərəfindən əmələlə məxsus olaraq verilən evlərdə mənzillərin səhhətə müvafiq olub olmamasına, məzkur otaqların daxili səliqə və tərtibatına və onların kirayə verilmək şəraitinə baxmaq və həmçinin iş sahiblərinin əmələlərin ev işlərinə müdaxilə etmələrinə meydan verməmək üçün bu mənzillər məhəlli idarələr tərəfindən təftiş olunub, nəzarət altına alınmalı, bu nəzarətdə əmələlərin vəkilləri də iştirak etməlidirlər.

 

50. Hər bir kargah, fabrika və emalatxanədə müntəzəm sürətdə iş sahiblərinin nüfuzundan azadə səhiyyə nəzarətləri təsis olunmalıdır. İş sahiblərinin hesabına olaraq əmələlərə müftə dərman verilməli və azarladıqları müddətdə məvacibləri dəxi özlərinə yetişməlidir.

 

51. Səy və zəhmət qanununu sındıran iş sahibləri cinayət qanuni məcibincə məsuliyyətə alınmalıdırlar.

 

52. Hər bir kargah və kəsbxanədə yarısı iş sahiblərindən,  yarısı da əmələlərdən ibarət xüsusi mühakimə hey?ətləri təşkil olunmalıdır.

 

53. Yerli və xaricdən gəlmə əmələ və  işçilərə qulluq tapmaq üçün vasitə kantorları (məsai birjası) təsis etmək işi məhəlli idarələrə həvalə olunmalı, bu kantorlarda əmələ təşkilatı tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidirlər.

 

 

Ədliyyə Məsələsi

 

54. Məhkəmələr yalnız qanuna tabe olub, hər növ müdaxilə və təzyiqdən saklanmalıdır.

 

55. Səlahiyyətli məhkəmələrin qərarı qanunən təsdiq edilməmiş heç bir kəs cəzalandırılmamalıdır.

 

56. Mühakimə hər növ məsarifdən müaf olmalıdır.

 

57. Heyəti-icraiyyə tərəfindən hakimlərin təyini, əzl və təbdilinə, xüsusən məhkəmədəki işlərin gedişinə heç bir bəhanə ilə müdaxilə edilməməlidir.

 

58. Mücasati-məşrutə üsulu qəbul edilməlidir.

 

59. İstintaq əsnasında müdafiə üsulu tətbiq edilməlidir.

 

60. Cinayət məhkəmələri yalnız iki qisim olur: biri bidayət məhkəməsi ki, hakimləri əhali tərəfindən seçilir, digəri - müməyyəz hakimli istintaq məhkəməsi.

 

 

Məarif Məsələsi

 

Məarif işləri ədəmi-mərkəziyyət ənam üsulu tətbiqilə bu əsaslar üzrə təşkil olunmalıdır:

 

61. Məarif işlərində cümlə əhali, din və millət ayırmaqsızın erkək və qadın müsavidir.

 

62. Məkatib işlərində təşəbbüsü-şəxsi və məhəlli idarələr təşəbbüsü heç bir vəchilə təcdid edilməyəcəkdir.

 

63. Tədrisat azad olmalıdır.

 

64. Məktəblər arasında irtibat olub ibtidailərdən rüşdiyələrə, rüşdiyələrdən edadilərə və edadilərdən alilərə qolaylıq ilə tələbə qəbul edilməlidir.

 

65. Darülfünün və digər ali məktəblər cümləsi daxili işlərində muxtariyyətli və tədrisat xüsusunda azad olmalıdır.

 

66. Ali məktəblərin xalq arasında elm və mədəniyyət xüsusundakı təşəbbüslərinə məmaniət edilməməlidir.

 

67. Məhəlli İdarələrin təlim və tərbiyə xüsusundakı təşəbbüslərinə məmaniət olunmamalıdır.

 

68. Təlimi-ibtidai və rüşdi ümumi, məccani və məcburi olmalıdır.

 

69. Məhəlli idarələr tərəfindən böyüklər üçün açılacaq məktəb, kitabxana və qiraətxana işlərinə müsaidə edilməlidir.

 

70. Sənaye və ziraətə məxsus kafi miqdarda xüsusi məktəb açılmalıdır.

 

71. İbtidai və edadi məktəblərdə tədris dili, hər bir muxtariyyətli əyalətin əksəriyyət əhalisinin söylədiki dil və şivədə olmalıdır.

 

72. Edadi məktəblərdə rus dili ilə Osmanlı şivəsinin lisan olaraq tədris edilməsi məcburi olmalıdır.

 

73. Ali məktəblərdə Osmanlı şivəsi ilə tədris edilməlidir.

 

74. Kafi dərəcədə darülmüəllimin və darülmüəllimat açılmalıdır.

 

75. Qırx cocuq toplana bilərsə əqəliyyətdə qalan millətlər üçün açılmış ibtidai məktəblərdə dərsin öz dillərində oxunması məcburi olmalıdır.

 

76. Kafi dərəcədə tələbə bulunursa əqəliyyət təşkil edən millət cocuqları üçün tədrisat öz dillərində olmaq şərtilə - rüşdi və edadi məktəblər açılmalıdır.

 

*  *  *

 

 

Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatin 

Nizamnaməsi

 

 

1. Firqənin məqsədinə xidmət etmək istəyən hər bir türk, islam - istər erkək, istər qadın hər hanki silk və sinifdən olursa-olsun, idarə heyətinə şifahən ya təhrirən yüz dutarsa firqənin iki əzasının göstərməgi və heyəti-idarənin təsdiqilə firqə əzalığına qəbul olunur.Qəbul olunan əzalar firqənin nizamnaməsinə, firqə qurultaylarının qərarlarına tabe olacaqlardır.

 

2. Əyalətlərdəki idareyi-mərkəziyyələr, vilayət idarələri, firqənin digər şöbələri və lazım gələrsə idareyi-mərkəziyyə tərəfindən göndərilmiş vəkillər əza qəbul edilə bilərlər.

 

Qeyd:  Firqənin məqsədi məlum olan hər bir məkanda; meyl və arzu edən dəstə mövcud olan kibi haman məkanda təşkilat komitəsi təsis edib, mərkəzi idarəyə elan edirlər ki, onlar ilə mərkəzi idarə arasında irtibat əmələ gələ bilsin.

 

3. Firqənin zərər və ziddinə; doğrudan-doğruya və ya vasitə ilə iş görən əzalar heyəti mərkəziyyənin qəti və qərarı ilə firqə əzalığından çıxarılır. Əgər çıxarılmış əza heyəti-mərkəziyyə qərarına razı qalmazsa, ümumi qurultaya ərzihal edə bilər. Qurultayın qərarı qətidir.

 

Qeyd: 1) Hər bir vilayət təşkilatının təşkilat qərarlarına tabe olmayan firqə əzasını təşkilatdan ixrac etməyə haqqı vardır.

 

2) Bir təşkilatdan ixrac edilmiş əza haman təşkilatın rizası olmazsa bir daha  o təşkilata daxil olamaz.

 

4. Hər əza müəyyən vaxtlarda məhəlli təşkilatın təyin elədigi miqdarda firqə sandığına əzalıq haqqi verməlidir.

 

Qeyd: Əzaya yazılmaq istəyən kimsə düxuliyyə olaraq bir rüblə (manat) verməlidir.

 

5. Firqənin ümumi qurultayları ildə bir dəfə idareyi-mərkəziyyə tərəfindən dəvət edilir. İldə bir dəfə çağırılan adi qurultaylardan əlavə fövqəladə qurultaylar da çağırıla bilər.

 

6. Əyalət daxilində dəvət edilən ümumi qurultaylar, firqənin tərzi-hərəkətini təyin, idareyi-mərkəziyyə intixab, mədaxil və məsarif büdcələrini təsdiq və firqəyə aid başqa məsələləri həll edir.

 

7. Qurultay nümayəndələrinin ədədi heyəti-mərkəziyyə tərəfindən təyin edilir və digər məhəlli təşkilat nümayəndələrindən və heyəti-mərkəziyyə tərəfindən dəvət edilmiş əzalardan təşkil olunuyor.

 

8. Qurultay nümayəndələrinin ədədi heyəti-mərkəziyyə tərəfindən təyin edilir. Heyəti-mərkəziyyə mərifətilə dəvət edilən əzaların ədədi, qurultayda iştirak edən ümum nümayəndələrin onda birindən artıq olmamalıdır.

 

9. Əyalət daxilində firqə işlərinə və mətbuatına nəzarət etmək, bütün firqə namindən rəsmi elan və bəyanatlarda bulunmaq, firqə sandığını idarə etmək, büdcə layihəsini hazırlamaq, büdcənin yerində sərf olunmasını gözləmək heyəti-mərkəziyyənin vəzifəsidir.

 

10. Sair siyasi firqələrin məsul mərkəzləri və mərkəzi hökumət müəssisələri ilə əlaqə və münasibətdə bulunmaq heyəti-mərkəziyyənin həqqidir.

 

11. Heyəti-mərkəziyyə əyalət qurultayları tərəfindən qapalı səs ilə bir yıl müddətinə seçilir.

 

12. Heyəti-mərkəziyyə, qurultayların təyin elədigi şərtlər ilə seçilmiş heyəti-mərkəziyyə əzasından əlavə yeni əza cəlbinə dəxi həqlidir.

 

Qeyd: 1) Heyəti-mərkəziyyə əzalığına cəlb olunacaq əza qurultay qərarına görə seçilmiş heyət əzasının üçdə birindən artıq olamaz; cəlb olunan əşxas mücərrib firqə əzasından olmalı. Cəlb olunan əza seçilmiş əza ilə həm hüquqda, həm də məsuliyyətdə müsavidirlər.

 

2) Azərbaycan heyti-mərkəziyyəsi birinci qurultay qərarına görə 9 adamdan ibarət olub, məhəlli iqaməti Bakıdır.

 

13. Məhəlli təşkilat nasıl çalışacaqlarını, nə yolda idarə təşkil edəcəklərini qurultaylar tərəfindən mən edilməyən üsullar ilə özləri təyin edər.

 

14. Vilayət daxilində firqə əzalarını, firqə işlərini idarə etmək üçün vilayət komitəsi təşkil edərlər.

 

15. Vilayət komitəsi əzaları vilayət qurultayı tərəfindən bir il müddətinə seçilər.

 

16. Vilayət daxilində qurultaylar dəvət etmək məhəlli komitəyə aiddir.

 

17. Vilayət komitəsinin səlahididilə şəhər, qəza və nahiyə komitələri təşkil etmək mümkündür. Bu komitələrin arasındakı münasibət vilayət qurultayı tərəfindən təyin edilir.

 

18. Firqə əzalarının ədədi yüz nəfərə çatıncaya qədər firqə təşkilat heyəti tərəfindən idarə olunur. Yüz nəfər əza toplandıqdan sonra məclisi-müəssəsan dəvət edilib, qapalı seçki ilə idarə heyəti təyin edilir.

 

Qeyd: Birinci idarə seçkisində heyəti-idarə əzalarının yarısı təşkilatçılardan olmalıdır.

 

19. Bütün Rusiyada mövcud firqənin fəaliyyət və vəziyyətini təyin və təsdiq etmək üçün azı ildə bir dəfə olmaq şərtilə cümlə əyalət idareyi-mərkəziyyə nümayəndələrindən mütəşəkkil konğirələr dəvət edilir.

 

20. Birinci konğirə, Azərbaycan idareyi-mərkəziyyəsi tərəfindən çağırılıb, irəlidə vüqü bulacaq ictimalərin dəvəti, konğirə tərəfindən digər idareyi-mərkəziyyələrdən birinə həvalə olunur.

 

21. İdareyi-mərkəziyyələr konğirəsi lazım bilir isə bütün Rusiyada mövcud firqənin ümumi işlərini idarə etmək üçün ümumi bir idareyi-mərkəziyyə təsis edər.

 

* * *

 

Müsavat firqəsi fəaliyyət və tərzi-hərəkətində hər zaman zəhmətkeş siniflərə istinad edər.

 

Tarixindən dəxi görüldügü kibi bu proqram Azərbaycan istiqlalının elanından əvvəl qəbul edilmişdir. İstiqlal keyfiyyəti ilə əlaqədar olaraq proqramın şəkli-idarəyə aid qismi bittəbi dəgişmişdir. Fəqət, proqramın yenidən təhriri firqə qurultayına aid olduğundan məzkur maddələrin yaxında qurulacaq firqə qurultayında dəgişəcəyi mühəqqəqdir.

 

Azərbaycan Respublikası Dövlət Arxivi, fond 894, siyahı 10, iş 39. v.11-18

 

*  *  *

 

 

MÜSAVAT PARTİYASININ İKİNCİ QURULTAYI

 

1919-cu il dekabrın 2-də  Bakıda Türk Demokratik Federalist Partiyası Müsavatın aşağıdakı proqramla II qurultayı keçirildi:

 

 

Qurultayın təşkili

 

1) Üzvlərin sayı 100-ə qədər olan hər partiya şöbəsi qurultaya bir nümayəndə göndərir.

 

2) Üzvlərin sayı 100-dən çox olan şöbələr bir, üzvlərinin sayı 50-dən çox olan şöbələr də, o cümlədən bir nümayəndə göndərir.

 

3) Üzvlərin sayı 100-dən az olan şöbələr bir nümayəndə göndərir.

 

4) Partiyanın Mərkəzi Komitəsinin və parlament fraksiyasının üzvləri qurultayın həlledici səslə nümayəndələri sırasına daxildirlər.

 

5) Partiyanın tələbə təşkilatı müstəqil olaraq qurultaya bir nümayəndə göndərir.

 

6) Partiyaya məxsus qəzetlər də qurultaya bir nümayəndə göndərir.

 

7) Nümayəndələrin xərclərini onları qurultaya göndərən şöbə və təşkilatlar öz üzərinə götürməlidirlər.

 

8) Partiyanın Mərkəzi Komitəsinin təşəbbüsü ilə Bakıya gələn nümayəndələr mənzillərə aparılır, onlara yemək, o cümlədən səhər və axşam çay verilir.

 

Qeyd: Partiyanın Mərkəzi Komitəsi qayğıları azaltmaq üçün yoldaşlardan xahiş edir ki, uzaqdan gələn nümayəndələrə mənzil tapmaqda, ərzaq və digər məsələlərdə kömək etsinlər.

 

9) Partiyanın hər bir şöbəsi noyabrın 15-dən gec olmayaraq, qurultaya nümayəndələrin seçkisi haqqında Mərkəzi Komitəyə yazılı məlumat verməlidir.

 

10) Nümayəndələr partiyanın Nizamnaməsinə uyğun olaraq hər bir şöbənin sədrinin imzası və möhürü olan ümumi yığıncağın protokolu əsasında mandatla təchiz olunurlar.

 

11) Qurultaya gələn nümayəndələr öz mandatlarını partiyanın Mərkəzi Komitəsinin katibliyinə təqdim edirlər və əvəzində onlara xüsusi giriş biletləri verilir.

 

12) Qurultayın İCLASları 2-6 dekabrda (6 dekabr da daxil olmaqla) keçiriləcəkdir.

 

13) Şöbələrin nümayəndələrinin və yaxud partiyanın ayrı-ayrı üzvlərinin müəyyən məsələlər üzrə məruzələri qurultayın açılmasına 5 gün qalmış partiyanın Mərkəzi Komitəsinin katibliyinə təqdim edilməlidir.

 

II

 

Gündəlik məsələ:

 

1. Qurultayın açılışı

 

1) Mərkəzi Komitənin sədrinin giriş nitqi.

 

2) Mandatların təsdiqi.

 

3) Rəyasət Heyətinin seçilməsi (sədr, iki yoldaş və iki katib).

 

Qeyd: Rəyasət Heyəti seçilənə qədər qurultayın sədr və katibinin vəzifəsini Mərkəzi Komitənin sədri və katibi yerinə yetirir.

 

 

2. Mərkəzi Komitənin və Parlament fraksiyasının mə?ruzələri

 

Məruzəçi Məmməd Əmin Rəsulzadədir.

 

Məruzənin mövzusu aşağıdakı kimi olacaq:

 

1) Zaqafqaziya Seymi və orada partiyanın rolu.

 

2) Azərbaycanın müstəqilliyinin elan edilməsi və türklərin dəvət edilməsi.

 

3) Gəncədən Bakıya, partiyanın təşkilati işində durğunluq mərhələsi.

 

4) Parlamentin açılması dövrü və bu dövrdə partiyanın müxalifət partiyaları ilə mübarizəsi ilə əlaqədar fəaliyyəti.

 

5) Dövlət partiyası kimi mütləq çoxluğa nail olunmaması üzündən partiyanın parlament işində qarşılaşdığı çətinliklər.

 

 

3. Partiyanın Proqramına yenidən baxılması

 

Məruzəçi M.Ə. Rəsulzadədir. Məruzə aşağıdakı maddələrdən ibarətdir:

 

1) Düşüncə və arzular.

2) İdarəetmə forması.

3) Hərbi mükəlləfiyyət.

4) Dini məsələlər.

5) Aqrar məsələ.

Qeyd: Aqrar məsələ ilə əlaqədar müstəqil məruzəyə icazə verilir.

 

 

4.Hazırkı vaxt və ümumi siyasi vəziyyət

 

Məruzəçi Nəsib bəy Yusifbəylidir. Məruzə özündə ümumi siyasi vəziyyəti əks etdirərək, aşağıdakı məsələləri ifadə edəcək:

 

1) Xarici siyasət

a) Böyük dövlətlərlə münasibətlər;

b)  Rusiya ilə münasibətlər;

c) Gürcüstanla münasibətlər;

ç) Ermənistanla münasibətlər;

d) Naxçıvan məsələsi;

e) Dağıstan məsələsi;

ə) Cənubi-qərbi Zaqafqaziya müsəlmanlarının taleyi;

f) Türkiyə ilə münasibətlər.

 

2) Daxili siyasət

a) Hərbi iş və vətənin müdafiəsi;

b) Şəhər və  zemstvo özünüidarəsinin təşkili ;

c) İnzibati hədlər;

ç) Rüşvətxorluq və sui-istifadə ilə mübarizə;

d) Məmurlar və partiyalılıq;

e) Məhkəmə islahatı;

ə) Ticarət, maliyyə və ərzaq işləri;

f) Maarifçilik siyasəti;

g) Milliləşdirmə məsələsi.

 

 

5.Təşkilat məsələləri

 

Məruzəçi Həsən bəy Ağayevdir. Məruzədə aşağıdakı düşüncələr təqdim olunacaq:

 

1) Partiyanın Mərkəzi Komitəsinin təşkili və səlahiyyəti;

2) Mərkəzi Komitə ilə fraksiyalar arasında münasibətlər;

3) Partiyanın şöbələrinin fəaliyyəti və təşəbbüskarlıqlarının yolları;

4) Şöbənin konfransları və Mərkəzi Komitə ilə əlaqələri;

5) Şöbənin xəzinəsinin təsisi və onların üzvlük haqlarının Mərkəzi Komitənin xəzinəsinə verilməsi;

6) Yerli təbliğatçılar və ümumi nümayəndə hey?əti;

7) Partiya mətbuatı və nəşri, partiya mətbəəsi;

8) Partiya informasiyası.

 

1. Mərkəzi Komitənin seçkisi

2. Yerlərdən olan nümayəndələrin məruzələri

Bu məruzələr partiya şöbələrinin fəaliyyəti və yerlərdəki vəziyyətlə əlaqədar olacaqdır.

 

3. Qurultayda qaldırıla bilən məsələlər

Daha əhəmiyyətli məruzələr nəşr olunacaq və qurultay nümayəndələrinə paylanacaq.

 

Türk Demokratik Federalist Partiyası Müsavatın Mərkəzi Komitəsi.

 

Patiyanın II qurultayı Duma meydanında, Haşımov evində yerləşən partiya qərargahında axşam saat 1800-da açılacaq .

 

*  *  *

 

Müsavat Partiyasının II qurultayı

 

Dekabrın 2-i axşam saat 18:30-da Haşımov evində (fəhlə klubunun əks tərəfində) Türk Demokratik Federalist Partiyası Müsavatın  II qurultayı açıldı. Qurultayda  Mərkəzi Komitənin və Müsavat Partiyasının parlament fraksiyasının bütün üzvləri, o cümlədən respublikanın bütün qəzalarından 140-a yaxın nümayəndə iştirak edir. Quraltayın keçirdiyi zal üç rəngli milli bayraqla bəzədilib. Onların üzərində aşağıdakı şüarlar yazılıb: "Yaşasın müstəqil Azərbaycan", "Yaşasın Azərbaycan Respublikasının demokratiyası", "Yaşasın azadlıq, bərabərlik və ədalət" və s.

 

Parlamentin sədri H.Ağayev, Nazirlər Kabinetinin sədri Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Azərbaycanın Parisdə sülh nümayəndə hey?ətinin üzvü Məmməd Həsən Hacınski, yol-nəqliyyat naziri Məlik Aslanov, Mərkəzi Komitənin və Müsavat Partiyasının parlament fraksiyasının sədri Məmməd Əmin Rəsulzadə İCLAS zalına daxil olurlar. Qurultay nümayəndələri onları gurultulu alqışlarla qarşılayırlar. M.Ə. Rəsulzadə alqış sədaları altında  tribunaya qalxır və qurultay iştirakçılarına müraciət edərək aşağıdakı nitqlə qurultayı açır:

 

Əfəndilər! Mən azad, müstəqil Azərbaycan xalqının paytaxtında partiyamızın ikinci qurultayını açdığıma görə xoşbəxtəm (gurultulu alqışlar). İki il əvvəl bizim indi şahidi olduqlarımız yox idi. Əziz yoldaşlar! Biz sizinlə çox çətinliklərdən keçmişik, lakin biz, türklər, heç vaxt işıqlı gələcəyə ümidimizi itirmədik. Biz inanırdıq ki, ideyalarımız həyata keçəcək. Bu inam bir zamanlar qızıl almanı axtararkən dağlar arasında çıxılmaz vəziyyətə düşən əcdadlarımızı xilas etdiyi kimi bizi də xilas etdi və onlar canavarın izi ilə gedərək dağdan çıxa bildilər və qızıl almanı əldə etdilər. Biz müsəlman olaraq həmişə inanırdıq ki, xalqımız öz siyasi hüquqlarından müvəqqəti məhrum olub, ölü vəziyyətinə salınıb və yaxın gələcəkdə  o, diriləcək, özünə layiq olan yeri tutacaqdır. Beləliklə, mən partiyamızın birinci qurultayında demişdim ki, elə bir vaxt gələcək ki, biz "qızıl almanı" əldə edəcəyik və bizə ölü kimi baxmağa adət edənlər bizi canlı olaraq görəcəklər. İki il keçməyib və biz artıq öz dövlət müstəqilliyimizə nail olmuşuq. Kifayət qədər  qısa zamandır. Lakin əgər biz hansı zamanda yaşadığımıza və ətrafımızda  nələr baş verdiyinə nəzər salsaq, onda dərk edərik ki, belə qısa zamanda Azərbaycanın yaradılması  heç də istisna xarakterli fakt deyil. Belə ki, bu iki il  ərzində Azərbaycan kimi çoxlu dövlətlər yaradılıb və uzaq keçmişdən mövcud olan dövlətlər dağıdılıb. Əgər son iki il ərzində baş verən hadisələri kino lenti kimi sizin gözləriniz qarşısından keçirmək mümkün olsaydı, onda görərdiniz ki, bu dövrün birinci yarısında baş verən hadisələr həyatımızı qeyri-normal edən hadisələr idi, ikinci yarısı isə uzun əzab-əziyyət və qurbanlar hesabına öz müqəddəs ideallarına nail olan xalqlara xoşbəxtlik gətirdi. Əfəndilər! Sizə aydın olmalıdır ki, nəinki çarizm dövründə, hətta inqilabi dövrdə belə təkcə Azərbaycanın müstəqilliyi haqqında deyil, həm də onun muxtariyyəti haqqında da danışmaq qorxulu idi. "İsmailiyyə" binasını yandıran düşmənlərimiz bizim müstəqillik haqqında ideyalarımızı məhv etdiklərini düşünürdülər. Lakin onlar çox səhv etmişlər. Düzdür, biz parlamentimizi və qurultayımızı "İsmailiyyə" binasında aça bilmədik. Lakin biz onları başqa binalarda keçirməklə düşmənlərimizə qətiyyətimizi və sarsılmazlığımızı sübut etdik.

 

Əfəndilər! Sizə aydın olmalıdır ki, partiyamız yalnız Azərbaycanın müstəqilliyinin saxlanmasına çalışmır, o cümlədən türk xalqlarının  federalizm ideyalarını ruhlandırır. Federalizm mövqeyində dayanmaqla hesab edirik ki, biz kiçik xalqların  getməli olduğu düzgün bir yolla gedirik.

 

Sonra natiq qurultay iştirakçılarına Müsavat Partiyasının böyük məsuliyyət daşıdığını xatırladır və yoldaşlarını sıx birliyə çağırır.

 

M.Ə. Rəsulzadənin nitqi qurultayın səmimi alqışları ilə qarşılanır. Sonra sədr qurultayın Rəyasət Hey?ətini seçməyi təklif edir. M.Ə. Rəsulzadə yekdilliklə Rəyasət Hey?ətinin sədri seçilir, Şəfi bəy Rüstəmbəyov, Məşədi Əli Rəfiyev, Rüstəmzadə, Əbdül Qasım və İbrahim Yusif Rəyasət Hey?ətinin  üzvləri seçilirlər. İslam bəy Kabulov, Mirzə Məmməd Axundov, Cavad Axundzadə və Mövsümzadə böyük səs çoxluğu ilə katibliyə seçilirlər.

 

Sonra qurultayın təbriki başlanır. Parlamentin sədri tribunaya qalxaraq həm öz adından, həm də Azərbaycan parlamenti adından qurultayı təbrik edir və böyük ümidlə bildirir ki, onun yoldaşları indiyə qədər öz ideyalarının həyata keçirilməsi uğrunda qətiyyətli mövqe nümayiş etdiriblər və gələcəkdə də sarsılmaz olacaqlar (gurultulu alqışlar).

 

Söz Nazirlər Kabinetinin sədri Nəsib bəy Yusifbəyliyə verilir. Onun gözəl çıxışı tez-tez alqışlarla kəsilir. O, qurultayı təbrik edir və çıxışının sonunda Azərbaycanın azadlığı uğrunda həlak olmuş türkləri və Mart hadisələrinin bütün günahsız qurbanlarının xatirəsini ayağa durmaqla yad etməyi təklif edir. O, qurultaya Qafqaz müsəlmanlarının birinci qurultayında Azərbaycan muxtariyyəti haqqında açıq danışmaqdan qorxan bə?zi adamların təkliflərini xatırlatdı. Natiq qeyd edir ki, o zaman biz buna etirazımızı bildirdik və indiki dövrdə Azərbaycanı artıq bütün dünya tanıyır. O, hökumət adından qurultayı təbrik edir.

 

Söz birinci hökumətin sədri Fətəli xan Xoyskiyə verilir: Əfəndilər! Mən indiyə qədər çox mülahizələrə görə heç bir partiyaya daxil olmamışam. Buna görə də ayrılıqda hər bir partiyanın işini kənardan ədalətli müşahidə etmək mənim üçün asan olub. Müsavat Partiyasının müstəqilliyimizin möhkəmlənməsi üçün çox iş gördüyünü bildirməyi özümə borc bilirəm. Bunu inkar etmək ədalətsizlik olardı. Belə səmərəli işin səbəbi onunla əlaqədardır ki, xalqımız təhlükədə olanda Müsavat Partiyasının rəhbərləri öz partiya maraqlarından yüksəkdə dayanaraq həmişə bütün xalqın maraqlarını nəzərə almışlar. İndiki dövrdə biz yenidən çətin vəziyyətdə yaşayırıq. Bunu hər bir kəs bilir. Mən əminəm ki, siz və sizin rəhbərlər xalqın maraqlarını öz partiya maraqlarından üstün tutaraq xalq üçün yol tapa biləcəklər. Bu ümidlərlə mən bu qurultayı təbrik edirəm.

 

Sonra qurultayı təbrik edirlər:

 

- Yol-nəqliyyat naziri Xudat bəy Məlik Aslanov;

- Bakıdakı İran konsulu Məmməd xan;

- Əhrar partityası və "El" qəzeti adından Kiçikxanov;

- Mətbuat adından Ü. Hacıbəyov;

- Qarabağ müsəlmanları adından Bəhram bəy Axundov;

- Mahmudov Mustafa (Türk müəllimləri ittifaqının Mərkəzi Komitəsinin sədri);

- Dövlət truppası adından Rza Zəki;

- Müsavatçı tələbələr adından Mirzə Bala Məmmədzadə;

-  "Yaşıl qələm" cəmiyyəti adından Əli Yusif;

- "Daşnak-sütyun" partiyası və yəhudi Milli şurası adından Malxazyan və Quxman.

 

Cənub-qərbi Azərbaycan müsəlmanları adından çıxış edən Əli Səbri qurultayı salamlayır və göstərir ki, onun təmsil etdiyi xalq hal-hazırda öz azadlığı uğrunda mübarizədə qan tökür, nəzərdə tutulmuş yolda çoxlu çətinliklərlə üzləşir. Lakin əmindir ki, hazırkı qurultay Naxçıvanda və onun ətrafında əzab çəkən əhalinin köməyinə gələcəkdir.

 

Piri Mürsəlzadə (Bakı fəhlələrinin nümayəndəsi) deyir: Bakı rayonlarının kəndliləri türklərlə birlikdə Bakı şəhərinin azad edilməsi uğrunda qan töküblər və onlar öz uşaqlarına vətəni sevməyi öyrədirlər. O göstərdi ki, Bakı kəndliləri  son damla qanlarına qədər öz vətənlərinin müstəqilliyini müdafiə etməyə hazırdırlar.

 

Məlik-Yeqanov (fəhlələrin nümayəndəsi):

 

Yoldaşlar! Birinci qurultayda bizim üçrəngli bayrağımız yox idi. İkinci qurultayı açarkən fəxr etməliyik ki, bizim öz hökumətimiz və parlamentimiz var. O, avqustun 14-dəki tətili xatırlatdı və bildirdi ki, o zaman müsəlman fəhlələri  bu tətilin Azərbaycan üçün dağıdıcı nəticəsini görərək tətilə qoşulmadılar və bir daha sübut etdilər ki, onlar Azərbaycanın dövlət maraqlarının müdafiəsini hər şeydən üstün tuturlar.

 

Natiq inanır ki, hazırkı qurultay bu vəziyyəti öyrənəcək və fəhlələrin istismardan qəti şəkildə azad edilməsi üçün öz son sözünü deyəcək.

 

Müsavat Partiyasının Zaqatala şöbəsinin nümayəndəsi göstərir ki, "İsmailiyyə" binasında yanğınla əlaqədar birinci qurultayın qərarlarının məhv edilməsinə baxmayaraq, həmin qurultayın katibi kimi bu qərarların yeganə nüsxəsini o, saxlayıb. Sonra Kabulov zaqatalalı yoldaşları adından qurultayı təbrik edir və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə həlak olmuş partiya üzvlərinin xatirəsini yad etməyi qurultaya təklif edir (hamı ayağa qalxır).

 

Sonra partiyanın Gəncə, Lənkəran, Nuxa və Quba şəhərlərindən olan nümayəndələri, o cumlədən könüllü əsgərlər adından Talıbzadə Yusif-Ziya, Nağıyev zavodunun fəhlələri adından Nadir Əfəndi, Bakı şəhərinin dəmiryol  müsəlmanları adından Əzim Əfəndi, Bibiheybət müsəlman fəhlələri adından Müzəffərov qurultayı təbrik etdilər.

 

Qurultay 3 nəfərdən ibarət  Mandat və siyasi komissiyaları seçir.

 

Siyasi Komissiyaya Cəfərov M.S.,  Rəfiyev M., Hacınski M.H., Yusifbəyli N., Xasməmmədov X., Rəsulzadə M.Ə. və Axundzadə Məmməd Seyid seçilirlər.

 

Mandat Komissiyasına Məlik-Yeqanov D., Rəsulzadə M.Ə., Məmmədzadə Əbdül Vahab seçilirlər.

 

Axşam saat 21.30-da qurultayın birinci İCLASı bağlanır. İkinci İCLAS dekabrın 3-ü  səhər saat 1100-ə təyin olunur.

 

 

İKINCI İCLAS

 

İclas gündüz saat 1200-də açılır. Şəfi bəy Rüstəmbəyov sədrlik edir. Bakı Milli erməni Şurasından, partiyanın Lənkəran, Qazax, Zaqatala və Nuxa şöbələrindən alınan təbrik teleqramları səsləndirilir. Teleqramların məzmunu qurultaya Azərbaycanın, türk xalqının mənafeyi üçün səmərəli işləmək arzularından ibarətdir.

 

Növbədə partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzədir. Məruzəçi  M.Ə. Rəsulzadə çıxış edir.

 

"Mərkəzi Komitənin fəaliyyəti" haqqında məruzəçi kimi çıxış etməyimə baxmayaraq, mənə elə gəlir ki, parlament fraksiyasının fəaliyyətinə toxunmamaq çox çətin olacaq. Mərkəzi Komitə və partiyamızın parlament fraksiyası  həmişə sıx əlaqədə işləyib. Bunun səbəbi ondan ibarətdir ki, Mərkəzi Komitənin üzvlərinin çoxu həm də parlamentin üzvləridir. Beləliklə, mən bu iki təşkilatın fəaliyyəti haqqında birlikdə məruzə edəcəyəm. İki il bundan əvvəl partiyamızın birinci qurultayında 9 nəfərdən ibarət Mərkəzi Komitə seçilmişdir. Bu Mərkəzi Komitəyə qurultay tərəfindən birinci dərəcəli əhəmiyyətə malik olan çoxlu siyasi və ictimai məsələləri həll etmək tapşırığı verilmişdi. Mərkəzi Komitə Zaqafqaziyada müsəlmanların Müəssislər Məclisinin  tezliklə çağrılmasına imkan yaratmaq məsuliyyətini öz üzərinə götürmüşdü. Lakin Rusiyada bolşevizm və Zaqafqaziyada nizamsızlıq üzərimizə götürülən öhdəçiliyi yerinə yetirməyə imkan vermədi. Biz bu dövrdə açıq şəkildə Azərbaycan üçün muxtariyyət tələb edirdik. Bununla biz öz düşmənlərimizin sayını artırırdıq. Düşmənlərimiz deyirdilər ki, Azərbaycanın muxtariyyətini öz şəxsi maraqları üçün bir neçə şəxs arzulayır və bu, heç də bütün Azərbaycan xalqının arzusu deyil. Lakin onlar əla bilirlər ki, xalq Müsavatın ardınca gedir. Onlar bizimlə mübarizə aparmaqla, həm də Azərbaycan xalqı ilə mübarizə aparırdılar. Sol partiyalar adlandırılan partiyalar hamısı öz zərblərini Müsavata istiqamətləndirmişdilər. Digər müsəlman partiyaları da Müsavatı döyürdülər.

 

 

MART HADISƏLƏRI

 

Beləliklə, vətənin müstəqilliyi uğrunda Azərbaycan xalqının ilk qurbanlarının verildiyi dəhşətli Mart hadisələrini törətdilər. Mart hadisələrində Müsavatı günahlandırdılar. Onlar dedilər ki, Müsavat Sovetlə müharibə elan edib. Bu, əlbəttə, tamamilə əsassız olaraq deyilmişdi. Çünki müharibə elan etmək üçün hansısa fiziki gücə malik olmaq lazım idi. Belə güc Müsavatda yox idi. Başqaları Müsavatı onda günahlandırırlar ki, Müsavat Azərbaycanın muxtariyyəti ideyasını qızğın müdafiə etməklə Mart hadisələrinə səbəb oldu. Bu, müəyyən dərəcədə həqiqətə oxşayır. Əgər biz başımızı müticəsinə düşmən qarşısında əysəydik, onda müstəqilliyimiz də, bu hadisələr də olmazdı. Lakin biz bunu edə bilmədik. Partiyamız hər halda bu hadisələrdən yaxa qurtarmağa çalışdı. Partiya "Açıq söz" qəzeti vasitəsilə əhaliyə hisslərə uymamaq çağırışı ilə müraciət etdi. Lakin, müharibə artıq başlanmışdı, onu dayandırmaq mümkün deyildi, onu axıra çatdırmaq lazım idi. Mart hadisələri haqqında xəbər Mərkəzi Komitə üzvlərinə Gəncədə və Tiflisdə çatdı. Lakin bu zaman Zaqafqaziya Seymi İCLAS keçirirdi.

 

 

ZAQAFQAZIYA SEYMI

 

Seymdə müsəlman deputatların vəziyyəti son dərəcə qeyri-leqal idi. Anarxiya və qarət bütün Zaqafqaziyanı bürümüşdü. Biz köməyə gəlmək xahişi ilə Zaqafqaziyanın müxtəlif güşələrindən çoxlu teleqramlar alırdıq. Lakin biz gücümüz olmadığına görə anarxiyanı dayandıra bilmirdik. Zaqafqaziyanın müstəqilliyi elan edildi və  Trapezund sülh danışıqları başladı. Lakin nizamsızlıq qurtarmırdı. Tiflisdə Azərbaycanın müstəqilliyi elan edildi və Seymin bütün müsəlman üzvləri Gəncəyə gəldilər. Bu dövrdə paytaxtımız düşmənlərin əlində idi. Paytaxtı azad etmək və hərcmərcliyi aradan qaldırmaq üçün güc lazım idi. Bu güc bizdə yox idi. Türklərin köməyindən istifadə etmək lazım gəldi. Kömək alaraq sentyabrın 15-də Bakını aldıq.

 

Türklərin Azərbaycan ərazisində qaldıqları müddət ərzində partiya həyatı donduruldu. Lakin parlamentin açılışından sonra partiya yenidən işləməyə başladı.

 

Sonra natiq parlamentdə partiyanın rolu üzərində ətraflı dayanaraq mütləq çoxluğun olmaması üzündən parlamentin işində qarşılaşdıqları çətinliklərdən danışır.

 

M.Ə.Rəsülzadənin çıxışı 2 saatdan artıq davam edir. Məruzənin müzakirəsi axşam İCLASına keçirilir.

 

 

ÜÇÜNCÜ İCLAS

 

İclas axşam saat 1900-da açılır. İclasa Şəfibəy Rüstəmbəyli sədrlik edir. Həlledici səslə 150 üzv iştirak edir. Camaat çoxdur.

 

Sədr: Gündüz İCLASında partiyamızın Mərkəzi Komitəsinin və parlament fraksiyasının fəaliyyəti haqqında M.Ə. Rəsülzadənin məruzəsini dinlədik. Məruzə ilə əlaqədar öz mülahizələrinizi bildirməyi xahiş edirəm.

 

Ə.V. Məmmədzadə mə?ruzəçiyə sual verir: Mərkəzi Komitə indiyə qədər fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və torpaqların kəndlilərə verilməsi üçün nə edib?

 

M.Ə. Rəsülzadə (məruzəçi): Aqrar məsələ ən mürəkkəb məsələlərdən biri olaraq çox böyük diqqət və hərtərəfli aydınlıq tələb edir. Belə qısa zaman ərzində bu məsələni həll etmək imkanı olmayıb. Lakin hazırda bu məsələ ilə  əlaqədar hökumətdən bizə geniş qanun layihəsi daxil olub və həm parlamentin arqaq komissiyasında, həm də ayrı-ayrı fraksiyalarda bu layihəyə baxılır.

 

Ümidvaram ki, yaxın zamanlarda parlamentdə aqrar məsələyə baxılacaqdır.

 

Mə?ruzəçi fəhlə məsələsinə keçərək bildirdi ki, biz müəssisələrin milliləşdirilməsi tərəfdarı deyilik. Fəhlələr üçün nə etmək mümkündürsə, Mərkəzi Komitə onu edib. Yaddan çıxarmaq olmaz ki, böyük miqdarda neftin sərhəddən aparılması qeyri-mümkün olduğuna görə müəssisələrin çoxu işi dayandırıblar və bu müəssisələrin fəhlələri hökumətin hesabına saxlanılır.

 

M.B. Məmmədzadə: Mən məruzəçinin cavabı ilə bir qədər razı deyiləm. Düzdür, aqrar məsələni çətin həll edirik. Lakin mənə elə gəlir ki, əksəriyyəti bizim yoldaşlarımızdan ibarət olan hökumət öz bəyanatları ilə bəylərlə kəndlilər arasındakı bütün konfliktləri qəti şəkildə həll edənə qədər aqrar məsələni kəndlilərin xeyrinə həll etməyə söz vermişdi. Hökumət öz vədini yerinə yetirmədi və biz Azərbaycanın hər yerində bəylərin kəndlilərlə qeyri-insani rəftarlarının şahidiyik. Əgər partiyamız aqrar məsələnin qəti həllinə qədər müvəqqəti olaraq torpaqların bəylərin əlində qalması ilə razılaşırdısa, onda, heç olmazsa, müvəqqəti olaraq bəylərin kəndlilərdən vergi yığmasını dayandırmaq lazım idi. Mən həm də göstərmək istəyirəm ki, bizim yaşlı yoldaşlarımızın çoxu gənclərin partiyamıza cəlb edilməsi məsələsinə kifayət qədər həssas yanaşmırlar. O cümlədən məmurlar arasında geniş yayılmış rüşvətxorluqla mübarizəmiz kifayət qədər fəal deyil. Sonra natiq göstərdi ki, məhkəməmiz rus dilində aparılır və məhkəmənin milliləşdirilməsi üçün heç nə edilməyib. Natiq hesab edir ki, bu hal Azərbaycan üçün biabırçılıqdır.

 

İbrahim Xəlil: Məmməd Əmin öz məruzəsinin ikinci hissəsində durğunluq dövrü haqqında danışdı. Mənə elə gəlir ki, türklərin dövründə qeyri-normal şəraitdə işləməli olduğumuza baxmayaraq, sonradan durğunluğun uzun müddət davam etməsinə bizim öz yoldaşlarımız heç də az imkan yaratmadılar. Türklər Bakıda olduğu zaman bizim görkəmli işçilərimizin birindən soruşdum ki, nəyə görə partiyamız işləmir?

 

O, mənə cavab verdi ki, Müsavatın "görməyə heç bir işi yoxdur, onun proqramı həyata keçirilmişdir".

 

Sonra natiq partiyanın yerlərdəki şö?bələrinin fəaliyyətini tənqid etdi. Partiyamızın bir vaxtlar tə?siri altında olan yerlərdə indi "İttihad" partiyası üstünlüyə malikdir. Yoldaşlar! Partiyamızın həyatında çox kədərli bir hal mövcuddur. Partiyamızın üzvü olan adam, bizim partiyadan gedir və başqa partiyaya daxil olur. Sonra yenidən bizim partiyaya qayıdır və onu yenidən üzvlüyə qəbul edirik. Bu partiyanı nüfüzdan salır. Bu yaxınlarda Qarabağdan dostum gəlmişdi. Müsavat Partiyasına yazılmaq istəyirdi. Mən ondan soruşdum ki, bu sənə nəyə görə lazımdır. O, cavab verdi ki, "pristav olmaq istəyirəm" (Alqışlar).

 

Ə.V. Məmmədzadə: Məmməd Əmin dedi ki, o, öz məruzəsində aqrar və fəhlə məsələsinə toxunmadı, ona görə ki, ətraflı danışmaqdan çəkindi. Lakin bu iki məsələ vacib və mühüm əhəmiyyət kəsb edir. Məruzədə bu məsələlər haqqında  susmaq olmazdı. Bizə deyirlər ki, parlamentin aqrar komissiyası yığışmayıb və  işləməyib. Mən soruşuram. Nəyə görə bizim parlamentdə oturan yoldaşlarımız bir dəfə də olsa aqrar komissiyanın işinin gedişi ilə maraqlanmayıblar.

 

Rəsulzadə Məmməd Əli: Əgər hökumət və parlament indiyə qədər aqrar məsələnin qəti həllinə nail ola bilməyibsə, onda Müsavat bu məsələnin həlli üçün nə edə bilər. Biz parlamentdə mütləq əksəriyyətə malik deyilik. Bu  məsələdə biz hələ də köhnə qanunlarla rəhbərlik edirik. (Səslər: Nikolay qanunları ilə!). Bəli, Nikolay qanunları ilə. Əgər başqası yaradılmayıbsa, onda nə etmək olar (M.B. Məmmədzadə yerdən qışqırır: "yaratmaq istəmədilər"). Yox, mən deyirəm ki, parlament yaratmayıb (M.B. Məmmədzadə: Parlament sizsiniz!). Fəhlə məsələsinə keçərək o, bildirdi ki, Bakının mə?dən rayonlarının bütün fəhlələri hökumətin hesabına saxlanılır. Neft sənayesi sahibkarları mədənlərdə bütün işi dayandırmaq istəyirlər. Bu, onlara sərfəlidir. Maaşlarına 50% əlavə və ucuz çörək. Fəhlələrin hal-hazırda aldığı budur. Bu məsələ ilə partiyamızın Bakı komitəsi məşğul olmalıdır. Natiq Müsavat Partiyasına pristav və jandarmların daxil olması haqqındakı iradlara etiraz edir. O deyir ki, bizim partiyaya iki üzvün zəmanəti ilə hər bir türk yazıla bilər.

 

Cavad Axundzadə: Mən fəhlə məsələsinə toxunmayacağam, kəndlilər haqqında danışacağam. Bizim proqramda bir maddə var. Orada deyilir ki, torpaqlar kəndlilərə əvəzsiz olaraq paylanır. Yoldaşımız Yusif bəy Vəzirovun "Biz nə istəyirik" adlı kitabı çapdan çıxıb. Orada kitabın müəllifi yazır ki, torpaqları kəndlilərə haqqa görə paylamaq lazımdır. Belə hallar partiya nizam-intizamına ziddir. Sonra natiq deyir ki, bütün müəssisələrdə işlər türk dili ilə bərabər, həm də rus dilində aparılır. Partiyanın üzvlərinin çoxusu buna imkan yaradır. O, əmin olduğunu bildirir ki, qurultay belə məsələlərə diqqəti cəlb etməlidir.

 

Mürsəlzadə Piri: Mən fikirləşirəm ki, məruzəni tənqid edənlər bizim seçilmiş nümayəndələrimizin siyasət sahəsindəki fəaliyyətinə diqqət yetirməlidirlər. Əgər Mərkəzi Komitənin və parlament fraksiyasının üzvlərinin siyasət sahəsində hərtərəfli işinə diqqət edilərdisə, onda bu tənqidlərə yer qalmazdı.

 

Əgər biz hal-hazırda öz azad və müstəqil vətənimizdə üçrəngli bayrağımız altında yaşayırıqsa, onda biz bunun üçün yalnız Mərkəzi Komitəmizin və parlament fraksiyasının üzvlərinin apardıqları sağlam siyasətə borcluyuq.

 

Rza bəy Ağabəyov (Parlamentin üzvü): Biz öz dövlətimizi quran zaman paytaxtımız düşmənlərin əlində idi. Lakin paytaxtımız azad edildikdən sonra da biz müxtəlif dövlətlərin təsirindən tamamilə azad ola bilmədik. Ona görə də aqrar məsələ öz həllini tapa bilmədi. Sonra natiq dedi ki, birdən-birə bütün idarələrdə türk dilinə keçmək olmaz. Biz buna hazır deyilik.

 

Cavad Məlik-Yeqanov: Mən 5 dəqiqə ərzində adlarından danışmaq istədiyim fəhlələrin məruzəyə münasibətini ifadə edə bilmərəm (Tribunanı tərk edir).

 

 

ÜÇÜNCÜ İCLASIN DAVAMI

 

Cabbarzadə Cəfər: Kənardan belə görünür ki, burada iki qrupun biri tənqid edir, o birisi isə müdafiə olunur. Bir tərəf müdafiə olunaraq partiyanın dövlət fəaliyyətini bəyənir, digər tərəf isə bütün bunları qəbul edərək göstərir ki, partiya daxildə öz nüfuzunu itirib. Onların hər ikisi haqlıdır. Əfəndilər! Bizim proqramda siyasi məsələlərdən başqa partiyanın heç nə etmədiyi iqtisadi-sosial məsələlər də var idi. Hər bir partiya öz proqramını həyata keçirmək üçün hakimiyyəti ələ almağa can atır. Bizim partiya da Azərbaycanda hakimiyyəti ələ alaraq partiya öhdəliklərini unutdu. Sonra natiq göstərir ki, fəhlələrin dəstəyindən istifadə edən partiya onlar üçün heç nə etmədi. Ağabəyova cavab verərək natiq deyir ki, nə üçünsə Müsavat Partiyası bütün sosial məsələlərin həll edilməsini başqa partiyalardan gözləyir.

 

Sədr çıxış etmək istəyənlərin siyahısının qurtardığını elan edir.

 

Məruzəçiyə son söz verilir:

 

Rəsulzadə M.Ə: Mən yoldaşlarımızdan bizim fəaliyyətimiz haqqında tənqidlər eşitdiyimə görə çox şadam. Lakin mən bizim siyasi fəaliyyətimizə aid tənqid eşitmədim. Burada deyirlər ki, bizim partiya xalqçı partiyadır. Bu, düzdür, lakin bizim partiya sinfi partiya deyil. Bizim partiya milli partiyadır. Bizim xalqın içərisində əhalinin digər qruplarına nisbətən proletariat o qədər də əhəmiyyətli faiz təşkil etmir. Bizim gənclər "xalqçılıq" sözünə sosialist mənasını verirlər. Belə yozum düzgün deyildir. Burada deyirlər ki, biz gəncləri partiyada işləməyə buraxmırıq. Mən Mərkəzi Komitənin sədri kimi bəyan etməyi özümə borc bilirəm ki, bizim yaşlı işçilərimiz tərəfindən gənclərə heç bir maneçilik olmayıb. Əksinə, biz həmişə işə gənc qüvvələrin cəlb olunmasına çalışmışıq. Buna sübut çoxlu gənc işçilərin iştirak etdiyi hazırki qurultaydır. Mə?ruzəni tənqid edənlərin göstərilən amillərindən biri odur ki, aqrar məsələni bir il ərzində həll etmək olmazdı. Axı, parlament bir ildən artıq deyil ki, İCLASlarını keçirir. Bizə irad tuturlar ki, nə üçün biz indiyə qədər parlamentdə aqrar komissiyanın işinin gedişi ilə maraqlanmamışıq. Buna ehtiyac yox idi, çünki onsuz da bilirik ki, hökumət geniş qanun layihəsi hazırlayır. Burada türkçülük haqqında danışdılar. Mən yoldaşlarımın dövlət idarələrində bütün işlərin türk dilində aparılması ilə əlaqədar olan arzularını eşitdiyimə görə çox şadam. Lakin təəssüf ki, bu, mümkün deyil. Deyirlər ki, Müsavat pristavları təyin edir və rüşvətxorluqla mübarizə aparmır. Bu, heç bir şeyə yaramayan böhtandır. Çox yerlərdə heç də partiyamızın şöbələri mövcud deyil. Mən bunu öz məruzəmdə dedim. Lakin hazırki qurultayda 170 nümayəndə iştirak edir. Birinci qurultayda nümayəndələrin sayı 120-dən yuxarı qalxmırdı. Bu artıq əhəmiyyətli dərəcədə inkişafdır.

 

Qurultayın mütləq çoxluğu partiyanın Mərkəzi Komitəsinin və parlament fraksiyasının işini bəyənir.

 

Axşam saat 2230-da İCLAS bağlanır. Növbəti İCLAS dekabrın 4-nə, cümə axşamı, axşam saat 1800-a təyin olunur.

 

 

DÖRDÜNCÜ İCLAS

 

İclas dekabrın 4-ü axşam saat 1900-da açılır. İclasa M.Ə. Rəsulzadə sədrlik edir.

 

M.Q. Quliyev türk tələbələrinin Bakı Komitəsi adından qurultayı təbrik edir.

 

Sədr yerli şöbələrdən, o cümlədən Lənkəran qadın şö?bəsindən qurultaya gələn təbrik teleqramlarını səsləndirir.

 

Sonuncu teleqram qurultay iştirakçılarının  sürəkli alqışları ilə müşayət olunur.

 

Növbədə Mandat Komissiyasının məruzəsidir. Mandat Komissiyasının mə?ruzəsindən aydın olur ki, qurultayda Mərkəzi Komitənin və parlament fraksiyasının üzvlərindən başqa mandatları düzgün olan 147 nümayəndə iştirak edir.

 

Sonra qurultay partiyanın hər bir şöbəsinin yerlərdə fəaliyyəti haqqında məruzələri dinləyir.

 

Lənkəran şəhərindən Hüseynbəyzadə Yusif çıxış edir.

 

Müsavat Partiyasının Qazax şöbəsinin nümayəndəsi İsfəndiyar bəy Vəkilov: Yerlərdə idarə məmurları, xüsusilə, kəndlərdə kəndxudalar öz dözülməz və qeyri-qanuni hərəkətləri ilə əhalini əziyyətə salırlar. Nəticədə dinc əhalinin gözündə hökumətin nüfuzu və dövlətçilik ideyası aşağı düşür. Yerlərdə polisin öz vəzifəsindən sui-istifadə etməsinin səbəbi hər şeydən əvvəl onunla əlaqədardır ki, ümumiyyətlə, onlar polis işçilərinin mürəkkəb vəzifələrini icra etmək üçün kifayət qədər hazırlıqlı deyillər. O cümlədən  məhkəmə-istintaq hakimiyyəti aparatında olan çatışmamazlıqlar əyalətlərdə cinayətkarlığın inkişafına imkan yaradır. Müstəntiqlər indiyə kimi Azərbaycan dövlətçiliyinin düşmənləri olan şəxslərdən ibarətdir. Onlar öz xidməti vəzifələrinə vicdansız yanaşırlar. Bunun hesabına cinayətkarlar məhkəmə məsuliyyətindən çox asanlıqla yaxa qurtara bilirlər.

 

Sonra o, Qazax qəzasında iqtisadi vəziyyətə keçərək qeyd etdi ki, Ermənistan və Gürcüstan respublikalarının yaradılması ilə əlaqədar heyvandarlıq çox çətin vəziyyətə düşüb. Belə ki, yaylaqlar Ermənistan tərəfindən zəbt edilib, qışlaqların böyük hissəsi və bütün Qarayazı meşələri isə Gürcüstanın hökmranlığı altındadır. Xüsusilə, Kür yaxınlığındakı rayonların kəndləri (Salahlı, Şıxlı və s.) ağır vəziyyətə düşüblər. Hazırda Qazax qəzasının əhalisi yaylaq və qışlaq məsələlərinin həllini səbirsizliklə gözləyir. Ermənistandan gələrək Qazax şəhərində və Akstafa stansiyasında yerləşən qaçqınların vəziyyəti böyük təhlükə yaradır. Yaşayış mənzillərinin olmaması nəticəsində onlar arasında yoluxucu xəstəliklər inkişaf edir. Qazaxda otuza qədər sahibsiz uşaqlar var. Onlar üçün yetimxanaların açılması zəruridir.

 

Məlik-Yeqanov Cavad (mədən rayonların fəhlələrinin nümayəndəsi): 1917-ci il martın 3-də Rusiyada inqilab başladı.

 

Zaqafqaziya xalqları bu inqilabın böyük şüarlarından istifadə etmək istədilər. Lakin bunu qurbansız etmək mümkün olmadı. Bizim Azərbaycanda 3 millət - ruslar, ermənilər və yerli türklər - hakimiyyəti ələ almaq istəyirdi. Biz onda deyirdik ki, bir halda ki, türklər Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir, onda Azərbaycanda hakimiyyət də onlara məxsus olmalıdır. Bakı Sovetinə seçkilər zamanı bizim partiya səslərin 75%-ni əldə etdi. Bizə dedilər ki, bizi Sovetə buraxmayacaqlar, əks təqdirdə süngülərin gücündən istifadə ediləcək. İkinci dəfə seçkilər təyin olundu. Onda biz səslərin 37 %-ni əldə etdik. Bizi əks-inqilabçı adlandırdılar. Başqa millətlərin fəhlələri ilə birlikdə iqtisadi mübarizədən imtina etmədən bizi ruhlandıran Azərbaycanın müstəqilliyindən ibarət olan milli ideyamızı həyata keçirməyə çalışırdıq. Mart hadisələri zamanı bizim fəhlələr çoxlu qurban verdilər. Mən yoldaşlardan xahiş edirəm ki, onların xatirəsini yad etmək üçün ayağa qalxsınlar (hamı ayağa qalxır). O, davam edərək göstərir ki, şəhər nəqliyyatında xidmət edən fəhlə yoldaşlarımızdan 300 nəfəri öldürüldü. Mart hadisələrindən sonra yoldaşlarımızın çoxusu qaçqın düşdülər. Həmin vaxt bəylər və xanlar Gəncədə ictimai yığıncaq keçirərək hökumət yaratdıqları zaman fəhlə yoldaşlarımız əllərində silah cəbhəyə getdilər və kəndlilərlə birlikdə ərazimizi düşməndən təmizlədilər (alqışlar). İngilislər və Biçeraxov gəldilər. Fəhlələr bildirdilər ki, "ölərik, lakin öz müstəqilliyimizdən imtina etmərik" (alqışlar). Onlar həmişə Müsavata bildirirdilər ki, biz "Müsavatın ardınca gedirik, lakin hüquqlarımızdan da əl çəkmirik".

 

Mayın 6-da tətil elan edildi. Dedilər ki, bu, iqtisadi tə?tildir. Lakin müsəlman fəhlələri Həştərxana yolun açılması və bolşevik hakimiyyətinin elan edilməsi tələblərini qoyan bu tə?tilin siyasi yönümünü başa düşərək vətənimizin müstəqilliyini məhvə aparan tətilə qoşulmadılar və bildirdilər: "Biz ac qalmağa hazırıq, lakin üçrəngli bayrağımıza xəyanət etmərik" (alqışlar). Bu  ilin yayında Dağıstanı tutmuş Denikin tərəfindən bizə təhlükə yarandı. Fəhlələr nümayiş etdilər və hökumətdən Denikinə qarşı müharibə elan etməyi tələb etdilər. İngilis qərargahı qarşısında biz onlardan tələb etdik ki, Denikinin dəstələri təcili olaraq Dağıstanın hüdudlarından çıxarılsın. Dövlət vətənpərvərliyinin fəhlələr tərəfindən bütün bu təzahürlərindən sonra onların zəruri tələbatları təmin olundumu? Cəsarətlə demək olar ki, yox. İndi neftdən daha çox mənfəət əldə edən sahibkarlar fəhlələrin əməyini daha çox istismar edirlər. Biz bu qurultaydan fəhlə məsələsinin fəhlələrin mənafeyinə uyğun olaraq həll edilməsini eşitmək istəyirik. Biz hökumətdən fəhlələr üçün ucuz çörək buraxmasını xahiş etmişdik, lakin fəhlələr indiyə qədər bu çörəyi ala bilməyiblər. Fəhlələr 1200 manat məvacib alırlar. Bu məbləğ hətta çörəyə belə çatmır. Lakin fəhlələr Müsavatın ardınca gedirlər. Onlar qəti inanırlar ki, Müsavat onların iqtisadi vəziyyətini yaxşılaşdıracaq.

 

Natiq təşkilati məsələyə keçərək dedi ki, 1918-ci il martın 18-nə qədər fəhlələr arasında Müsavat Partiyasının çoxlu şö?bələri mövcud idi. Sonra bu şö?bələr fəaliyyətini dayandırdı. Lakin Bakının alınmasından sonra fəhlələr yenidən təşkil olunmağa və Müsavat Partiyasının şö?bələrini yaratmağa başladılar.

 

Çıxışının sonunda natiq göstərdi ki, elə kollektiv yaratmaq lazımdır ki, fəhlələrin həyatı təmin edilmiş olsun. Əgər neft sənayesi sahibləri bununla razılaşmazsa, onda hökumət son sözünü deməli və bütün neft mədənlərini öz əlinə almalıdır.

 

Axundzadə Mirzə Sadıq (Zəngəzurdan): Zəngəzur çox çətin vəziyyətdədir. Zəngəzur əhalisi həyat və ölüm sualı qarşısındadır. Son zamanlar hökumət nə üçünsə Zəngəzurdan ordunu çıxarır. Düşmən bundan istifadə edir və tədricən əsgərlərimiz tərəfindən azad edilmiş yerləri tutur. Vəhşilik və zorakılığın sonu yoxdur. Məscidlərin birində ermənilərin tə?qiblərindən qaçaraq burada sığınacaq tapan 450 müsəlman qadını düşmən mərmisindən həlak olub. Əhali çaşqınlıq içərisindədir. Könüllü dəstələrin formalaşdırılması üçün böyük məbləğdə pul buraxılır. Lakin bu pullar tə?yinat üzrə xərclənmir.

 

Natiq öz mə?ruzəsini aşağıdakı sözlərlə bitirir: "Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir və onun Azərbaycana qəti şəkildə birləşdirilməsi üçün bütün qüvvələri səfərbərliyə almaq lazımdır".

 

Rüstəmzadə (Qubadan): Müsavat Partiyasının şö?bəsi Qubada 1911-ci ildən mövcuddur. Çarizm dövründə çox ağır vəziyyətdə işləmək lazım gəlirdi. Mart hadisələri zamanı yoldaşlarımızın çoxusu Qubaya təkrar hücüm dövründə həlak oldu.

 

Paşazadə Məmməd Həmid (Neft rayonları fəhlələrinin Mərkəzi Komitəsinin nümayəndəsi): Hal-hazırda fəhlələr bərbad vəziyyətdə yaşayırlar. Lakin onlar dözürlər və müstəqilliyimizə zərər gətirməmək üçün tə?til etmirlər. O, əmin olduğunu bildirir ki, bu vəziyyət qurultay tərəfindən öyrəniləcək və fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması haqqında qəti qərarlar qəbul ediləcəkdir.

 

Sonra kəndin nümayəndələri məruzə edirlər.

 

Sayat Xızı: Buradan aydın olur ki, Müsavat Partiyasının nüfuzu böyükdür. Natiq deyir ki, Rusiya Müəssislər Məclisinə seçkilər zamanı 19 kənd Müsavat Partiyasının siyahısına səs verib.

 

İclas gecə saat 2400-də bağlanır.

 

 

BEŞINCI İCLAS (İclas gündüz saat 1200-da açılır. M.Ə. Rəsulzadə sədrlik edir).

 

Üç komissiya seçilir: təşkilati, fəhlə və aqrar.

 

Sonra təşkilati məsələ üzrə Həsən bəy Ağayev məruzə ilə çıxış edir. Qurultayın qərarına əsasən mə?ruzə üzrə müzakirə açılmadı.

 

Mürsəlzadə Piri Müsavat Partiyasının Bakı rayonlarının kəndli şö?bələrinin fəaliyyəti haqqında məruzə edir. Məruzədən aydın olur ki, Mart hadisələri zamanı kəndlilər öz şəhərli qardaşlarının köməyinə gəldilər və çoxlu cavanlar itirdilər. Türklərin Bakıya hücumu zamanı kəndlilər onlara heç də az dəstək vermədilər. Bu hadisələrdə Bakı fəhlələri çoxsaylı qurbanlar verdilər. Kəndlər arasında yol yoxdur, tarlaya əkməyə taxılımız yoxdur. Kəndlərin çoxunda məktəb yoxdur, olanlar da müəllim olmadığına görə bağlanır.

 

Abdullayev Süleyman (Bibiheybət fəhlələrinin nümayəndəsi): Bibiheybət fəhlələrinin ağır vəziyyətdə olduğunu bildirir və qurultaydan fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların boş vaxtlarında çalışmalarına görə Bibiheybətdə axşam kurslarının açılması üçün tədbirlər görməyi xahiş edir.

 

Məlik-Yeqanov dəmiryolçu fəhlələr adından ətraflı məruzə edir. Bakı alınana qədər 7300 dəmiryolçudan yalnız 11 nəfəri türk idi. Bakı alınandan sonra isə partiyamızın enerjili işi nəticəsində türk qulluqçularının sayı 4700-ə qədər artıb. Məhz bunun nəticəsi idi ki, dəmiryolunda 6 may tə?tilini daha asan ləğv etmək mümkün oldu.

 

Proqramın dəyişdirilməsi ilə əlaqədar geniş məruzə ilə M.Ə. Rəsulzadə çıxış edir. O, öz mə?ruzəsində hər bir dövlətin əsası kimi milli prinsipi qızğın müdafiə edir, buna nümunə kimi muxtar hüquqlardan məhrum olaraq çoxlu millətlərin yaşadığı Rusiya və Avstriyanı göstərir. Lakin bu ölkələrdə baş verən inqilabi partlayışlardan sonra onlar çoxsaylı kiçik milli dövlətlərə parçalandılar. Bu hal Almaniyada müşahidə olunmur, çünki Almaniyanın əhalisi vahid alman millətindən ibarətdir. Dini və sinfi prinsiplər əsasında bəşəriyyətin müəyyən hissəsini bir dövlət bayrağı altında birləşdirməyin real nümunəsi hələ olmayıb.

 

O davam edərək göstərir ki, biz hər bir millətin müstəqilliyini müdafiə edirik. Eyni zamanda bu müstəqil dövlətlərin federasiya əsasında sıx şəkildə yaxınlaşmasını arzulayırıq və tələb edirik. Azərbaycan üçün müstəqillik tələb edəndə biz heç vaxt keçmiş Rusiya ərazisində yaşayan digər türk xalqlarını unutmurduq. Biz Türküstan, Qırqızıstan, Başqırdıstan, Krım və digərləri üçün müstəqillik tələb edirik. Müstəqillik əldə etdikdən sonra onların bir-birləri ilə sıx əlaqədə olmasını görmək istəyirik. Bütün dünyanın türk xalqlarının qüdrətli federativ dövlətinin şahidi olacağı gün uzaqda deyil (alqışlar).

 

Sonra o, dövlətin idarə olunması üçün mövcud olan formaların şərhinə keçir. Lakin çox vaxt tələb etdiyi üçün onun mə?ruzəsinin davamı axşam saat 1800-ə tə?yin olunmuş növbəti İCLASa keçirilir.

 

Erməni deputatların nümayəndəsi A.İ. Malxazovun (Daşnaksütyun) qurultayda təbrik nitqi: Bu gün Azərbaycanın müstəqilliyinin ikinci ilində təntənəli şəkildə Müsavat Partiyasının ikinci qurultayı açılır. Erməni deputatların parlament qrupu adından bu qurultayı təbrik etmək səlahiyyəti mənə verilmişdir. Mən bu gün mətbuatda dəfələrlə qeyd etdiyim, milli qrupların bu və ya digər siyasi-sosial ideologiyasında son dərəcə mühüm olan və milli psixologiyanın məşhur təmayülünü özündə əks etdirən bir amil üzərində dayanmaq istəyirəm.

 

Vəziyyət ondan ibarətdir ki, Zaqafqaziyanın üç böyük milləti öz siyasi ideologiyalarını yaradarkən onların hər biri özləri üçün müəyyən istiqamət seçdilər.

 

Təsadüfi deyil ki, erməni xalqının geniş demokratik kütlələri "Daşnak-sütyun" partiyasının, gürcülər menşevik sosial-demokratların, türklər isə Müsavatın arxasınca gedirlər. Bu partiyalar öz xalqlarının çoxsaylı ziyalılarını özündə birləşdirir ki, onlar da gənc dövlətin əsasını təşkil edirlər.

 

Bu üç millətin içərisində başqa siyasi cərəyanlar - bolşeviklər, marksistlər və s. var. Lakin tarixin gözlənilməz dəyişikliklərinə və ortodoksal normalara baxmayaraq, bütün şəraitlərdə xalq kütlələri üzərində hökmranlıq bu üç partiyaya məxsusdur.

 

Bu vəziyyət göstərir ki, bu partiyalar milli arzuların və daha yüksək səviyyədə öz xalqlarının milli ideallarının ifadəçiləridir. Lakin bu vəziyyət həmin partiyalar üzərinə yüksək öhdəliklər qoyur. Bu partiyalar iqtidar partiyası olaraq dövlət quruculuğu sahəsində bütün məsuliyyəti öz üzərinə götürməlidirlər.

 

İnanıram ki, qurultay bu mə?suliyyəti başa düşür və onun işi türk xalqının siyasi həyatında dövlətçilik xəttinin təsdiq edilməsi istiqamətində olacaq. Mən hazırki qurultayı təbrik edirəm.

 

Dekabrın 11-də axşam Müsavat Partiyasının ikinci qurultayı öz işini qurtardı. Qurultayın sonuncu İCLASında mövcud siyasi vəziyyətlə əlaqədar mühüm qərarlar qəbul edildi.

 

Partiyanın Mərkəzi Komitəsi aşağıdakı tərkibdə seçildi: M.Ə. Rəsulzadə, Ş.b. Rüstəmbəyov,  N.b.Yusifbəyli, H.b. Ağayev, M.H. Hacınski, M.b. Vəkilov, M.b. Hacınski.

 

Mərkəzi Komitəyə öz tərkibinə daha 2 nəfərin kooptasiya etmək yolu ilə cəlb etmək səlahiyyəti verildi.

 

Müsavat Partiyasının qurultayının sonuncu İCLASında hazırki siyasi vəziyyət müzakirə olundu və qurultayın siyasi bölməsinin təklif etdiyi aşağıdakı qətnamə yekdilliklə qəbul olundu.

 

 

QAFQAZ KONFRANSI

 

Siyasi bölmənin Qafqaz konfransı ideyası haqqında məsələ ilə əlaqədar məruzəsini müzakirə edərək, əsl milli, siyasi, iqtisadi maraqları nəzərə alaraq, yalnız Qafqaz respublikalarının sıx birliyi yolu ilə beynəlxalq tanınmanın, siyasi və ərazi neytrallığına tə?minatın daha asan əldə edilməsini dərk edərək Müsavat Partiyasının ikinci qurultayı Qafqaz respublikalarının azad ittifaqda birliyi prinsipini qəbul edir və Qafqaz konfransının vacibliyi qərarına gəlir. Qurultay bütün Qafqaz demokratiyasını, o cümlədən qonşu respublikaların hökumətlərini bu ideyanın həyata keçirilməsinə imkan yaratmağa çağırır.

 

 

DENIKIN TƏHLÜKƏSİ

 

Biz, Azərbaycan türkləri, digər qonşu millətlərlə, o cümlədən Rusiya ilə sülh və dostluq şəraitində yaşamaq niyyətindəyik. Rusiyanın daxilində müxtəlif qüvvələrin mübarizəsini nəzərə alaraq sonuncu daxili işlərə biz müdaxilə etmirik, bu səbəbdən də könüllü komandanlıq dəstələrinə heç  bir düşmənçilik  və təcavüzkarlıq hissləri bəsləmirik. Bizim bu məsələdə ciddi neytral mövqe tutmağımıza baxmayaraq, könüllü komandanlıq dəstələri qeyd edildiyi kimi son zamanlar bizə düşmənçilik hissləri bəsləyir, bizə və digər Qafqaz respublikalarına münasibətdə təcavüzkarlıq hərəkətləri edirlər. Türk demokratiyası Denikin təhlükəsi ilə üz-üzə dayanaraq şübhəsiz ki, bu təhlükənin nəticəsi kimi bütün dəhşətləri və təxribatları qiymətləndirir.

 

Bu, yalnız müstəqilliyimizin məhv edilməsi deyil, həm də qorumağa bütün varlığımızı qurban etməyə and içdiyimiz milli istəklərimizin, ideallarımızın və müstəqillik bayrağının ayaqlar altına salınması, bir sözlə, xalqımızın və millətimizin tamamilə məhv edilməsi deməkdir.

 

Bütün bunları nəzərə alaraq Müsavat Partiyasının ikinci qurultayı müstəqilliyin və xalqın fiziki varlığının müdafiəsi tələbi ilə hökumətə müraciət edir. Qurultay elan edir ki, qorxulu şimal təhlükəsi, könüllü ordunun təcavüzkar hərəkətləri ilə əlaqədar hökumət Müsavat Partiyasının rəhbərliyi altında türk demokratiyasının silahlı müdafiəsinə arxalana bilər. Müsavat Partiyası "ölüm və yaxud azadlıq" devizi ilə mübarizə aparan xalqın ön sıralarında gedəcəkdir. Ona görə də qurultay bütün Azərbaycan xalqını şimal təhlükəsi ilə mübarizəyə və azadlığın müdafiəsinə çağırmağı özünün müqəddəs borcu hesab edir və inanır ki, vətənin kömək çağırışına türk demokratiyasının yalnız bir cavabı olacaq: "Yaşasın Azərbaycan!"

 

 

DAĞISTAN MƏSƏLƏSİ

 

Siyasi bölmənin Şimali Qafqaz və Dağıstan məsələləri ilə əlaqədar mə?ruzəsini dinləyərək, Müsavat Partiyasının ikinci qurultayı öz azadlığı və müstəqilliyi uğrunda qeyri-bərabər mübarizədə qəhrəmancasına döyüşən Şimali Qafqaz və Dağıstanlı qardaşlarına səmimi rəğbətini e?lan edərək ümidvar olduğunu bildirir ki, hökumət qardaş xalqların faciəsinin həllinə dostcasına kömək edəcək və onların hüquqlarını müdafiə edəcəkdir.

 

İclasın sonunda qurultay Azərbaycanın Parisdə sülh nümayəndə hey?ətinin sədri Ə.M. Topçubaşova təbrik teleqramı göndərdi. Teleqramda Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması işində onlara qələbə arzulanırdı.

 

Qurultayın dekabrın 8-də keçirilən İCLASı bütövlükdə proqramın aqrar məsələsinin müzakirəsinə həsr edildi. 20-ə yaxın natiq çıxış etdi. Onların böyük əksəriyyəti qurultayın aqrar komissiyasının nöqteyi-nəzərini müdafiə etdi. Beləliklə, qurultay əksər səs çoxluğu ilə (demək olar yekdilliklə) aqrar komissiyanın təqdim etdiyi aşağıdakı qətnaməni qəbul etdi:

 

22) Xəzinəyə, keçmiş çara, çar nəslinə, mülkədarlara, o cümlədən xüsusi sahibkarlara məxsus olan torpaqlar əvəzsiz olaraq alınır və zəhmətkeş kədlilərə paylanır.

 

25) Mülkədarlara və xüsusi sahibkarlara məxsus olan suvarma avadanlıqları da alınır və onların dəyəri imkanlı siniflərdən alınan gəlir vergisi hesabına yaradılmış fonddan ödənilir.

 

Aqrar məsələnin digər maddələri qurultayda heç bir dəyişiklik edilmədən qəbul edildi1.

 

 "Azerbaydcan" qəzeti, 8.XI, 2.XII, 4.XII, 6.XII, 7.XII, 9.XII,  10.XII, 13.XII, 14.XII.1919-cu il

 

*   *   *  

 

 

 

Milli Azerbaycan "Müsavat"

Halk Fırkası Konfransı (Varşava 1936)

 

Konfransın esasları

 

İçinde bulunduğumuz yılın (1936 - M.O.) Ağustos başında, Milli Azerbaycan "Müsavat" Halk Firkasının konfransı toplanmıştır.

 

Konfrans fırka lideri ve umümi mümessili Resulzade Mehmed Emin Bey tarafından Şubat 1936-de alakadarlara gönderilmiş çağırış tezkeresinde kaydolunmuş esaslar üzerine kurulmuştur.

 

Bu esaslara göre:

 

1 - Konfrans şu delekelerden ibaret olacaktı:

 

a) Yeni Divan heyeti namzedleri;

b) Münhel fırka Divanına mensub eski azaler;

c) Muhtelif mahellerdeki fırkaçılar tarafından gönderilecekler.

 

2 - Konfrans toplana bilecek azanın mevcud miktarile içtima yapar ve salahiyetli kararlar alır.

 

3 - Konfransa gelemiyen delekeler, kendi mülahazalerini yazılı olarak Konfransa göndere bilirler. Bu mülahazaler konfransda okunmak mecburiyetindedir.

 

4 - Konfrans riyaset tarafindan projesi evelceden arkadaşlara paylanmış bulunan yeni fırka programını müzakere ederek bu hususta rey verir.

 

5 - Konfrans fırkanın bundan sonraki idaresine taallük eden teşkilat prensiplerile esaslı şemasını tesbit eder.

 

6 - Konfrans, fırka müntesibleri arasındakı zaruri tasviye esaslarını kararlaştırır.

 

7 - Konfrans, fırka taktikinin ana hatlarını çızar.

 

8 - Konfrans, fırkayi dışarıda idare edecek mesul heyeti beller.

 

9 - Konfrans delekeleri, toplantıya iştirak masraflarını bizzat temin çaresine bakarlar.

 

10 - Riyaset tarafından Konfransın meşğul olacağı başlıca meselelere aid rapor ve karar projeleri evelceden azaya gönderilir.

 

11 - Konfransda okunması arzu olunan rapor ve karar projeleri alakadarlar tarafından Hazıranın 20-den geç kalmamak şartile riyasete teslim olunur.

 

 

İLK İÇTİMA AÇILIŞ NUTKU

 

Konfransın açılması üzerinə, ilk iş olarak katib və üç kişidən ibarət bir mandat komisyonu seçilmiş və ayni zamanda toplantı və konuşukları tanzim edən regleman kabul edilmişdir.

 

Bundan sonra, Emin Bey konuşuklara bir mukaddime olmak üzre söylediği açılış nutkunda M.A. "Müsavat" H. F-sının Azerbaycan milli kurtuluş hareketindeki rolu üzerinde durmuş ve bu yolda verilen şehid ve kahramanların yüksek ruhlarını yadetmeği teklif edince, konfrans ayağa kalkarak, aziz şehidleri hürmetle anmıştır.

 

Daha sonra sözüne devamla, Emin Bey, evvela çarlık, sonra istiklal, şimdi de istila çağı olmak üzre, Fırkanın geçirdiği tarihi üç mühim devirdeki faaliyetini kabartmıştır: "Çarlik devrinde Fırka, bilhassa türkçülük ve islamçılık ümdelerinden mülhem olarak türklerin ruslarla ayni hak ve hukuka malik olmalarını; Rusiya ihtilalinden sonra toplanan ilk Fırka Kurultayında Azerbaycan muhtariyyeti fikrini istemiş; ikinci kurultayda ise Azerbaycan istiklal ideolojisini tesbit ederek, bu güne kadar o yolda yürümüştür. Şimdiki Konfrans ikinci kurultaydan beri geçen 17 yıl esnasında vukubulan milli ve beynelmilel hadiselerle alakadar olarak, proqramda yapılması lazım gelen tadilatı yapacaktır. Tabiidirki bu tadilat, istiklal davasını ve onun ideolojik temellerini yaşadığımız günlerin ihtiyaclarile mütenasib bir surette takviye edecektir".

 

Fakat, sıradakı meşğuliyetlerine başlamadan evvel, Emin Bey, delekelerin dikkatlerini bir nokta üzerine celb ile demiştir ki:

 

"Azerbaycan istiklal hareketinde yolgösterenlik rolunda bulunan ve kurtuluş savaşını yürüten biricik Fırka "Müsavat"dır. Bunun yanında başka bir fırka ve teşkilat yoktur.

 

Yurdumuzu istila eden düşman "Müsavat" fırkasını vurduğu gibi, muhalif geçinen bazıları da Fırkaya çatıyor ve ona, mağlubiyet fırkası adını veriyorlar.

 

Fakat rusluğun maddi kuvveti karşısında muvakkat olarak maddeten hezimete uğrayan Fırkamızı manen hiç te mağlub sayamayız. Her hangi bir mağlubiyet için bir fırka ve ya teşekkülü mutlaka, mağlubiyet mümessili diye almak katiyen caiz değildir. "Müsavat" fırkası bir ideolojinin ve bir taktikin mümessili olarak esasen mağlubiyete uğramamıştır. Eger bizim ideoloji yanında diger ideolojik bir sistem olsa ve Azerbaycan mukadderatının "Müsavat prensipleri" değil, kendi prensipleri ile idaresinin maksada daha uyğun bu davaya hak verecek bir şekil arzetseydi, o zaman "Müsavat", hakikaten de mağlub sayılırdı. Ne sağımızdakı "İttihad", ve ne de solumuzdakı sosyalistler böyle bir davada bulunamazlar. Tarihi vakaler onları böyle bir davaden katiyen meneder. Dünden sarfi nazar buğünkü münakkitler bile istiklalımızı tekrar elde etmek için, bizden daha farklı bir ideoloji ve taktik sistemi vazedememişlerdir. Münakkitlerimiz teşekküller değil, şahislardır. Tenkid ve itirazlar da sistem ve ideolojiye değil, şahislaradır".

 

"Evet, arkadaşlar! - Emin Bey devam ediyor - Gerek içeride, istila altındakı Vatanda ve gerekse dışarıda, muhacirette İstiklal ideolojisi üzerinde duran kadro "Müsavat" Fırkası içerisindedir. Düşman buğün bile Azerbaycanda kendine karşı gelen küvvetten bahsederken müsavatcılığı aniyor. Müsavatcılıkla Azerbaycancılığın müteradif kelimeler halinde kullanıldığı abes değildir. Yaşadığımız tarihi devirde Azerbaycan varlığında yaşanacak en tabii ideoloji bizim temsil ve müdafaa ettiğimiz ideolojidir. Şu şerait içinde Fırka maneviyetinin mağlubluğundan katiyen bahsedilemez!

 

Zayiflik varsa, bu "Müsavat" ideolojisine aid olmuyub, sade teşkilatına atfolunmalıdır. Teşkilat noksanlarını doğrultmak, içerideki tesanüd bağlarını kuvvetlendirmek, fırkayi kendilerini ruh düşğünlüğüne vermiş münafiklerden temizlemek, kuvvetli ideolojimizin muvaffakiyeti için birinci şarttır. İşlerimize başlarken, bu cihete nazari dikkatınızı çeker, üzerimizdeki büyük vazifeleri muvaffakiyetle başaracağımızı ümid ederim".

 

 

MÜZAKERE TERTİBİ

 

Bundan sonra konfrans, riyaset tarafından gönderilmiş tezkereyi temamlıyarak, aşağıdaki müzakere tertibini kabul ediyor:

 

1) Tebrikler, temenniler ve mahellerden malumat.

2) Milli harekette Fırkanın rolu hakkında rapor.

3) Fırka programının tadili.

4) Fırka nizamnamesinin tetkiki.

5) Fırka taktikinin esasları.

6) Fırka saflarını temizleme esasları.

7) Fırka jubilesi.

8) Cari meseleler.

9) Fırka Divanının teşkili.

 

Tebrik, temenni ve malumatlar

 

İşbu tertibin kabulu üzerine, Konfrans ile alakadar olarak, Fırka reisliğine gelmiş bulunan mektublar, tebrikler ve raporlar okunuyor; türlü memleketler ve yerlerden gelen delekelerin beyanat ve malumatları dinleniliyor ve bununla Konfransın ilk içtimai kapaniyor.

 

 

İKİNCİ İÇTİMA

 

Milli harekette Fırka

 

İkinci içtima, Fırka liderinin "Milli harekette Fırka" faaliyeti hakkında verdiği raporun müzakeresi ile geçmiştir. Emin Bey bu raporunda evvela milli hareketin bu günkü vaziyetini hülasa etmiş, sonra fırkanın bu hareketteki rolunu anlatmış ve kismen de Fırka içinde görülen hallerle, bunlara karşı alınan tedbirlerden bahsetmiştir.

 

Umumi vaziyet icabi, konspiratif mülahazalarla çok yerini neşredemedigimiz bu raporunda Emin Bey şu tezleri vazetmiştir:

 

1 - Kızıl  rus bolşeviklerinin memleketimizi istilasile Milli Azerbaycan hareketi yeni şekiller alarak, eskisinden daha faal bir surette yürümüş; gerek dahilde ve gerekse haricte durmadan ilerilemiştir.

 

2 - İstila kuvvetine karşı yapılan halk isyanları; vatansever gençligin istiklal uğrundaki gizli çalışması; bunların amansız düşman tarafından tatbik olunan işgence metoduna karşı gösterdikleri kahramanca mukavemet; idealist gençligin şiirleştirdiği milli mücadele tradisyonu ve nihayet komünist saflarına kadar nüfuz eden milliyetçilik fikrinin mütecaviz komünizm ile kanlı bolşevizme rağmen, istilacı rus ideolojisine karşı hayatın her sahasında karşılık göstermesi gibi vakaalar, milli kurtuluş hareketinin içerideki muvaffakiyetini gösterirler.

 

3 - Bu hareketin dişarıdakı muvaffakiyetleri ise Kafkasya Konfederasyon şiarı üzerine Kafkasyalı komşu milletlerle bağlaşmak; Rusya mahkumu türk ellerile sıkı surette temasda bulunmak ve Rusya istilasına karşı istiklal mücadelesinde bulunan bütün milletlerle "Promete" cephesinde birleşmek gibi hususlardan başka, davamızın medeniyet dünyası karşısında propaganda yapılmasıdır.

 

Bu propaganda, siyasi menfaatleri, tarihi istikametleri ve ideolojik bazları itibarile Sovyetler aleyhinde bulunan ve ya bulunacakları muhtemel olan memleketlerde bilhassa ragbet görmektedir.

 

4 - İstiklal arefesindeki siyasi hazırlık ve istiklal devrindeki devlet yaratıcılığı işlerinde olduğu gibi; istiklalı geri almak uğrunda yapılan şimdiki faaliyette dahi, milli kurtuluş hareketinin manivelası "Müsavat" fırkası olmuştur. Milliyetci ve tesanütçü bir fırka olması hesabile milli kuvvetlerle koalisyon, fırka taktikinin bütün devirlerde riayet ettiği esas olmuştur. "Müsavat" milli kurtuluş hareketine faydalı olacak vatansever hiç bir kuvvetin, müsbet hiç bir eserini katiyen ihmal etmemiş ve etmiyecektir.

 

İçeride "İstiklal komitesi", dışarıda da "Milli Merkez" teşkili teşebbüsü yalnız bu taktikin mahsuludur.

 

Fakat, koalisyonu iş için tasavvur eden Fırka, hiç bir zaman işi koalisyona feda edecek kadar da gaflet eseri gösteremez.

 

5 - Her zaman ve her mekanda müşkülsüz olmıyan koalisyon, muhaciret şeraiti içinde bilhassa müşkül ve engellidir. Alelade muhaciretle bizim muhaciret arasındakı esaslı farkı göze alırsak, o zaman bu engelin daha ziyade ehemmiyet kazandığı anlaşılır. Bu müşkülat içindeki keşmekeşlerden bizar olan arkadaşlardan bir kismi koalisyon yapmasaydı Fırka daha muvaffakiyetle çalışırdı diyorlar. Halbuki bunlar engelin koalisyondan degil, fırka içerisindeki tesanütsüzlükten geldigini ihmal ediyorlar. Buna sebeb olanlar da Fırka yolgösterenligine karşı, içeride zayif iken dışarıya sökenenler olmuşlardı. Bu zihniyet esasen fırkaya degil, ayrı - ayrı şahsiyetlere ehemmiyet vermiş ve koalisyonu dahi zümre ve ideler arasında aramaktan ziyade şahsiyetler arasındakı kombenezon şeklinde anlamıştır. Halbuki, yolgösteren zihniyet, dayanacağı ideolojide ve ideolojiye sadik kadroda görmüş ve bu temin edilmezse milli işin çökecegine kani olmuştur.

 

6 - Taktik, koalisyon, teşkilat ve temizleme işlerine yanaşmak ve meseleyi az çok dürüst halledebilmek için Konfransın halline mecbur olduğu dilem, işte bu dilemdir. İdeoloji ile ideolojiye sadik kadromu, yoksa ayrı ayrı şahsiyetlermi? Tabiidirki, Fırka, eger fırka olarak kalmak istiyorsa ve milli hareketteki tarihi rolunu muvaffakiyetle başarmak niyetinden vaz geçmemişse, dilemin ikinci kısmını red ile ancak ideolojiye ve ona sadik kalanlara istinad edecektir. Çünki şahisler fani, ideler işe bakıdir!"

 

Rapor üzerine yapılan hararetli müzakereden ve bütün delekelerin tezler etrafında fikirleri söylendikten sonra, Konfrans bir sesle aşağıdakı kararnameyi kabul etmiştir.

 

"Fırka lideri Emin Beyin umumi vaziyet ve milli harekette Fırka faaliyeti hakkında verdiği raporu müzakere eden Fırka Konfransı, mesul fırka kadrosunun milli istiklal uğrundaki faaliyetinin ana meselelerdeki muvaffakiyetini takdirle, raporcunun da işaret ve tebarüz ettirdiği vechile:

 

"Her türlü menfi tesirlere maruz muhaciret şeraiti içerisinde çalışmanın son derece mesuliyetli ve mahzurlu olduğunu, bu muhacireti teşkil eden bir kısım unsurların siyasi ahlak ve milli mücadele ananesi bakımından zayif, mütereddit ve menfi materyallardan ibaret olduğunu;

 

Munhasıran denecek derecede faal fırkacılardan ibaret olan milli hareket kadrosuna taarrüzlerde bulunan ve menfur şekillerle itham, iftira ve bozgunculuk yapanların bu çürük şeraitten doğan garezkarlık, hasta zihniyet ve prensipsizlikle malul olduklarını;

 

Ve ötedenberi milli teşkilat dahilində çıkarı ihtilafların milli işleri idarede muayyen ideolojiye ve mütesanid bir teşekküle bağlı kadroyamı, yoksa ayrı-ayrı şahislarımı ehemiyyet vermek lazımdır zihniyetleri arasında devam eden mücadeleden ileri geldigini nazari itinaya alarak, içinde bulunduğumuz bu çok mesuliyetli devirde milli faaliyet kadrosunun sağlamlık ve işlekligini temin için Fırka teşkilatının sıkı intizam ve disipline tabi tutmak suretile milli mücadele sahasında muayyen ideolojiye bağlı kadroya dayanmak zihniyetinin işlerimiz üzerinde müessir olması lüzumuna karar verir".

 

 

ÜÇÜNCÜ İÇTİMA

 

Mandat komisyonunun raporu

 

İçtimain başında mandat komisyonunun raporu dinlenmiş ve tasdik olunmuştur. Bu rapora göre, Konfransa iştirak hakkında olanlardan iki kişiden teknik sebeblerle malumat alınmamış, bir kişi malumat göndermemiş, ekseriyeti filen iştirak etmiş, bir kismi da maddeten gelmek imkanı bulamadığından evelce yayılmış projeler üzerine esaslı meseleler hakkında mütalealerini Konfransda okunmak üzre göndermişlerdir.

 

Yeni proqram esasları

 

Bundan sonra Emin Bey, Fırka programı hakkında izahat vererek, evvelce imali fikr etmek üzre, riyaset tarafından arkadaşlara gönderilmiş bulunan mufassal program projesine verilen cevablar ve bu münasebetle beyan edilen mülahazalar üzerine teferrüattan sakınılarak, programın sırf ana hatlarını içine alan program esaslarının ilanile iktifa edilmesinin daha  münasib görüldüyünü kayd ilə, tənzim edilmiş "Yeni program esasları" projesini Konfransa takdim ediyor.

 

"Proqram esasları" heyeti umümiyesile kabul edilerek madde madde müzakera edilmiş ve tadili ile Konfrans tarafindan bir sesle kabul olunyor.

 

Kabul edilen bu "esaslar" müstakıl bir fasil şeklinde, işbu nushamızda derc olunmuştur.

 

 

DÖRDÜNCÜ İÇTİMA

 

Fırka nizamnamesi

 

Bu içtima Fırka nizamnamesinin müzakeresile başlıyor. Yeni nizamname, eskiden mevcud nizamnameye ilave edilmiş bazı tadilatla kabul edilmiştir.

 

Konfransca kabul edilmiş bu nizamname azaya mahsus olmak üzre, ayrıca neşredilecektir.

 

 

TAKTIK MESELELERI

 

Bundan sonra dahili faaliyet bakımından fırka taktiki ile, beynelmilel vaziyet ve günün vazifeleri hakkındakı taktik tezleri müzakere olunarak kısmı mahsusumuzda müstakil birer fasıl şeklinde basılan metinleri bir sesle kabul edilmiştir.

 

 

TAHRIR KOMISYONU

 

Kabul edilmiş program esasları, nizamname ve taktik tezlerinin redaksiyonu, içtima sonunda üç kişiden ibaret olarak seçilmiş tahrir heyetine havale edilmiştir.

 

 

BEŞİNCİ İÇTİMA

Fırka saflarını temizleme

 

Bu içtima, fırka saflarını temizlemek meselesini müzakere ile başlamıştır. Bütün azanın iştirakile geçen hararetli müzakereden sonra ilkin Mir Aziz Seyitli ile Rüstembeyli Şefi Beyler hakkında vaktile reislik tarafından verilen ihrac kararı tasdik edilmiş; sonra Fırkanın sınanmış kadro ve lideri hakkında fahiş aktlar yapmış olan Şeyhzamanlı Nakı, Hasmehmedli Halil ve Ağasıbeyli Selim beyleri dahi Fırkadan ihraçlarına gene bir sesle karar verilmiştir. Bunlardan başka diger bazılarının da zaf ve tereddüdlerinden bahisle ihraclarını isteyenler bulunmuşsa da, Konfrans, Emin Beyin teklifince bunlar hakkında hiç bir karar vermiyerek, ileride alacakları vaziyete göre reftarın daha münasib olacağını tensib etmiştir.

 

 

FIRKA JUBİLESİ

 

Bundan sonra reis konfransın, Fırkanın tesisinden geçen 25 yıllık jubile devrine tesadüf kaydle bu tarihi hadisenin süreti mahsusada kaydedilmesini lüzumlu görüyor. Müsavat fırkasının tarihi demek, Azerbaycan istiklal davasının tarihi demekdir. 25 yıllık bir mücadele ise büyük bir tarihdir. Reisin teklifi ile konfrans delekeleri arasında bulunan müessislerden A. Beyi konfrans şiddetle alkışlıyor. Ondan sonra gene reisin teklifi üzerine ilk üçlük azasından geçen sene Bakuda vefat eden Taki Nakı bey merhumun hatırasını anmak için konfrans ayağa kalkıyor. Fırkayı tesis eden ilk üçlüğün konfransda hazır bulunmadığı için hararetli selami ile iyi temenniler gönderen üçüncü azası M. Bey de giyaben selamlanıyor.

 

Emin Bey, Fırkanın 25 yıllığı münasebetile arkadaşlarımızdan Mirza Bala Beyin yazmakla meşğul olduğu Fırka tarihini bitirmek üzre olduğunu dahi içtimaa haber veriyor.

 

A. Bey kendisine karşı gösterilen teveccühe karşı candan teşekkürle Fırkanın tesisi zamanlarına ve çar devrindeki gizli hayat ve çalışma epizodlarına aid hatıralarile konfransa heyecan veriyor.

 

Bu münasebetle cereyan eden müzakereden sonra aşağıdaki karar alınıyor:

 

"Fırkanın kurulduğundan geçen 25 yıllık müddeti, sureti mahsusada yad eden konfrans, Fırkanın hizmet ettigi büyük ideal uğrunda feda olan şehidlerimizin ruhunu takdis ve yılmaz savaşlarında devam eden mücahitlerimizi takdirle:

 

1 - Arkadaş Mirza Bala Bey tarafından Fırka tarih ve mücadelelerini hülasa eden eserin tahrir heyetince tetkik edildikten sonra neşredilmesine;

 

2 - Fırkanın müessisi ilk üçlük azasından merhum Taki Nakı beyin ruhunu taziz ve hayatta bulunub da milli mücadele ve Fırka hayatına aktif surette iştirak etmekte olan A. ve M. Beyleri 25 yıldan beri sarsılmadan Fırka ve onun müdafaa ettiği milli istiklal gayesine gösterdikleri bağlılığın bir mükafatı olmak üzre, yaşadıkları müddetce toplanacak Fırka kongralarına fahri aza sayılacaklarına;

 

3 - Fırka jubilesinin mahellerde tesidine; ve

 

4 - Bu münasebetle Fırka arması yapılarak, bunlardan altundan yapılacak üçünün biri lider ve diger ikisinin yaşamakta olan müessislere verilmesine karar verilmiştir.

 

 

VATANDAŞLARA BEYANNAME

 

Bundan sonra, cari bir kaç mühim mesele üzerine müzakereler yaparak, konfrans adından bütün Azerbaycanlıları milli cidal uğrunda birliğe davet ve milli mücahitlere selam mahiyetinde bir beyanname neşrine karar vermiştir. Bu beyanname kismi mahsusumuzda derc edilmiştir.

 

 

ALTINCI İÇTİMA

Fırka Divanı

 

İçtima, Fırka Divanının şekil ve azalerini tesbit ediyor. Divan filen 7 kişiden ibaret olub, fırka liderinin riyasetinde çalışır. Ayni zamanda Fırka liderinin tensibi ile, ileride iki kişinin dahi Divan azalığına celb edilebileceği kararlaştırılmıştır.

 

Divan teşkilini belleyen formulun reislik tarafından ilanını konfrans, alkışlarla karşılamış ve bir sesle kabul etmiştir.

 

 

KAPANIŞ NUTKU

 

Bunun üzerine Emin Bey, konfransın vazifelerini bitirdiğini ve alınan karar ve görülen işlerin ehemmiyetini kaydettikten sonra demiştir ki:

 

"Arkadaşlar, tarihi büyük iş gördünüz. Fırkanın programı, teşkilatı ve taktikine aid bütün cihetleri tamamlamak için elzem kararlar aldınız. Divan da doğrulmuş oldu. Fakat bunlar, ne olsada bir kalıbdır. Şimdi bu kalıba ruh vermek, Fırka faaliyetini canlandırmak lazım. Bu andan itibaren üzerimizdeki ən büyük vazife budur.

 

Biz, toplantımıza konfrans dedik. Fakat, evvelceden de ilan ettigimiz gibi, bu konfrans büyük bir konğranın yapacağı işleri yapmıştır. Çıkardığı karar ve gördüğü işler büyük ve mesuliyetlidir. Bu kararların fikirden işe geçirilmesi için de aramızda pek büyuk bir tesanüd ve birlik lazımdır.

 

Büyük işler büyük hamlelerle yapılır. Kendimizde böyle bir azım ve hamleyi bulacağız: bulamazsak aldığımız kararlardan bir netice çıkmaz ve harice karşı dahi hiç bir tesir yapamayız.

 

Bunun içindirki, biz her şeyden evvel, bir aile halinde birleşmeli ve aramızda samimiyet ve tasanüd havası yaratmalıyız. Mesuliyetimiz ağır; karşımızdakı düşman büyüktür". Provakasyon metotları malumdur. Yaşadığımız muhaciret muhitinde bile, bu provakasyonun tesirlerini görüyoruz. Şu şerait içinde hassasiyet göstermez ve bu hassasiyetle yek digerine sıkı surette sarılmazsak tarihi mesuliyetin altından çıkmayız.

 

Ne çızdığımız programdan, ne de nizamname, taktik v.s. ye aid kararlarımızdan dolayi tarih bizi tekdir etmiyecektir. Çünki bunlar doğru kararlardır, prensiplerimiz sağlamdır. Yalnız bunları tatbik edemedigimiz zamandırki, tarih bizi hırpalıyacak, niyetlerinizi hayata geçirmek için kendinizde manevi kuvvet bulamadınız, diyecektir.

 

Aramızda, teşkilat içerisinde, - bunu yalnız size değil, sizin vasıtanızla, bütün fırkacılara söyliyorum - disiplin lazımdır. Disiplin derken, kimse başı üzerinde durub da kendisinden iş isteyen bir kuvvet tasavvur etmesin. Disiplin bizzat sizde, kendi içinizdedir. Asıl disiplin insanın kendi içinden gelen manevi disiplindir. İdealistlerin disiplini.

 

Konfransı açarken söylediğim nutukda muhaliflerin Fırkaya atfettikleri "mağlubiyet" sıfatını redetmiştim. Bizi zafere götürecek ideoloji Fırkamızca kabul olunan ideolojidir. Yeter ki kendimiz mağlubiyet materyalı olmıyalım. Taşıdığımız ideoloji gibi, kendimizin dahi zafer amili olması elimizdedir. Bunu yapmağa çalışalım. Bilelimki, hak bizim olduğu gibi, zafer de bizimdir, bizim olacaktır!"

 

Neticede Emin Bey bütün delekelere iyi yolculuk temennisile, mahellerdeki fırkacılara candan selamlar götürmegi ve kendilerinden azemi fedakarlık, vazifeşünaslık ve  çalışkanlık beklendigini bildirmegi rica ile içtimai kapıyor ve delekeler bir ağızdan:

 

- Yaşasın Azerbaycan, yaşasın istiklal, yaşasın mücahitlerimiz, yaşasın Fırka ve onun lideri! - diye içtimadan çıkiyorlar.

 

 

YENİ PROQRAM ESASLARI

 

Bundan 25 yıl evvel kurulan Milli Azerbaycan "Müsavat" Halk Fırkasının 17 yıl evvel, 1919-de, Bakuda toplanan ikinci kurultayında tesbit olunmuş programının, bu müddet esnasında milli ve beynelmilel sahada doğan fevkalade hadiselerin tesirile tadile muntac olduğunu kabul eden fırka konfransı, yeni program projesinin ana fikirlerini tayin etmek üzre, aşağıdakı esasların kabulunu zaruri görmüştür:

 

I

 

1 - Azerbaycan, kadım zamanlardenberi tarihin mühtelif devirlerinde kendine mahsus siyasi varlık göstererek, müstakıl devlet halinde yaşamıştır. Azerbaycan halki ise asrı millet olmak üzre, zengin bir kültür hayatına malik olarak siyasi bir ideal taşımıştır. Bu ideale tercüman olan Milli Azerbaycan "Müsavat" Halk Fırkası, 1918-de Milli Azerbaycan Cumhuriyeti istiklalının ilanındakı teşebbüsü; bu teşebbüsün fikirden işe keçirilmesi yolundaki faaliyeti ve nihayet, kızıl rus istliasına karşı milli mücadele işinde gösterdiği yolgösterenliği ile milliyetci ve iştiklalcı bütün azerbaycanlıların biricik siyasi teşekkülüdür.

 

"Müsavatçılık" büyük türk kültürüne bağlı, milli, medeni ve insani degerleri benimseyen, hürriyet, cumhuriyet ve istiklal idealına sadik Azerbaycan vatanseverliğidir.

 

2 - Milli istiklalimizin geri alınması ve onun ileride her türlü tehlikelerden korunması için, siyasi mukadderatları bizimle ortak bulunan Kafkasyalı komşularımızla - daha müstakıl iken - tasavvur ettigimiz (ikinci konğranın kararı) konfederatif bağlarla muhkemce bağlankmak, Müsavatçılığın ciddiyat ve katiyetle kabul ettiği bir esastir.

 

3 - Büyük türklüğe mensub bir memleket olması hasebile, Azerbaycan diğer türk elleri ile kültürel surette bağlıdır. Bu bağlılığın bundan evvel olduğu gibi, bundan sonra dahi korunmasını Müsavatçılık, ciddiyetle müdafaa eder.

 

4 - Müsavatçılık, harb sonu tecrübelerinde, vaktile iktisadi açılışda pek büyük rol oynadığı mühakkak bulunan eski klasik liberalizmin, ferdler için hiç bir kayd, hudud görmiyen "tezi" gibi sınıf mücadelesi fikriyatına dayanarak ferdiyetciliği kökünden rededen kollektimizm "antitez"inin dahi - bilhassa rus tecrübesinde - iflas ettiginin katiyetle sabit olduğuna kanidir. Bu kanaatle o, ferdi hürriyet ve şahsi mülkiyet esasını siyaset ve iktisad prensipi olarak almakla beraber, asrimizin günden güne kuvvetlenen bir "sintezi" halinde bulunan tesanüdcilik (solidarizm) sistemi mucibince dövlətlə cemiyetin haklarını tanır ve onların çarpışan zümre menfaatleri üzerinde nazımlık rolunu görmeğe mükellef müesseseler olduğunu kabul eder. Bu suretle, müsavatçilik, Milli Birlik ve tesanüdü esas olarak alır ve her turlu sınıf ve zümre hakimiyetini rededer.

 

 

II

 

Yukarıdaki bu ümdelerden neşet edərək, konfrans, teferrüata girişmeden, yeni fırka programının aşağıdakı esaslara dayanacağına karar verir:

 

1 - Müstakil Azerbaycan halk cumhuriyeti, rus istilasından kurtulacak, kayıdsız ve şartsız müstakil bir devlet halinde yaşıyacaktır.

 

2 - Bu istiklalın elde edilmesi ve her türlü tecavüze karşı, ileride muvaffakiyetle korunması için; Azerbaycan, 14 Temmuz 1934-de bağlanan Kafkasya Konfederasyon Misaki mucibince Kafkasyalı diger cumhuriyetlerle siyasi, askeri ve iktisadi esaslar üzerine birleşecektir.

 

3 - Azerbaycan, milli hakimiyet esasına dayanarak, halk cumhuriyeti şeklinde idare edilecek ve bu hakimiyeti temsil eden milli irade umumi seçgi üzerine toplanan kurultay vasıtasile tesbit olunacaktır.

 

4 - Vatan müdafaası her vatandaşın şeref telakki edecegi mukaddes bir borcdur, askerlik umumi ve mecburidir.

 

5 - Din, mezheb ve cinsiyet farkı gözetmeden her Azerbaycanlı, kanun nazarında her cihetce müsavi ve tam hukuklu bir vatandaş olub, medeni, siyasi, akidevi ve fikri hürriyetlerden istifade edecektir.

 

6 - Milletin geniş ölçüde devlet hayatına işle iştirakini temin etmek üzre, devlet teşkilatı umumi seçgi üzre yapılacak mahel idarelerine dayanacaktır.

 

7 - Sovyet hükumeti tarafından devletleştirilmiş bütün emlak ve müesseseler, esasen devletin idaresine geçecek; küçük mülkiyetlerle küçük sanayi müesseseleri geçmişteki sahiblerine geri verilecek, büyük mülkiyet ve müesseseler ise, devlet ve ya ictimai müesseseler tarafından idare olunacaktır.

 

Devlet ihtiyacatına çalışan büyük sanayi müesseseleri devletin idaresinde kalacak, diger sanayi müesseselerine gelince, mali bakımdan idareli, milli iktisad noktasından istifadeli iseler, gene devlet tarafından idare olunacak; değil iseler, muhtelif şekillerde (imtiyaz, icare ve satış gibi) mahel idarelerile kooperatifler ve yahud hususi şirketlere verilecek; fakat, bu takdirde bile, devlet şu ve ya bu şekilde bu müesseseler üzerinde kendi kontrol ve nufuzunu muhafaza edecektir.

 

8 - Toprak altındaki bütün zenginlikler ve madenler devletin olacaktır.

 

9 - Ticaret ve mübadele serbestir. Mülkiyet hakkı esasdır. Fakat, devlet, memleketin ecnebi devletler ile olan ticari münasebatını tanzim ve kontrol hakkında bulunacaktır.

 

10 - Kredi açmak, pazar bulmak, makine v.s. cihetten temin etmek suretile devlet, küçük mülkiyet ve sanayi ehillerini himaye edecektir.

 

11 - Ekinçiyi zorla kollektivlere sokmak ve köylü emegini amansızca istismar etmek prensipine dayanan Sovyet köy siyaseti neticesinde vücude gelmiş torpak münasebatının karışıklığı, sovyet hükumetinin düşmesini müteakib, ekinçiler arasında torpakların yeniden bölüştürülmesini, şürhesiz, zaruri kılacağından ve bu vaziyetin de devlete geçiş devrindeki hadiselere kanuni ve makul bir şekil ve yürüyüş vermek vazifesini yüklettiginden, bütün topraklar ilk iş  olarak devlet malı ilan edilecek; meselenin kati surette halline gelince, devlet aşağıdaki esaslardan hareket edecektir:

 

a) Köylünün verimli olarak çalışmasını temin için devlet, elindeki toprak fondundan mülkiyet esası üzerine kendisine yetişir miktarda toprak verilir.

 

Kayd: Kolhoz ve ya Sovhoz erazisinden olmak üzre devlet tarafından köylülere verilecek toprak, tercihen o toprağın eski sahibine verilir.

 

b) Köylü, ektiği ve işlettiği toprağa temamile sahib olub, topraktan aldığı mahsulu istediği gibi kullanır, serbest pazarda serbest olarak satar.

 

c) Devlet, toprak üzerinde mülkiyet miktarını tayin eder, toprak üzerine yapılacak ihtikare karşı tedbirler alır, fahiş icare şartlerile mücadele eder, ziraat sahalerinin en çok fayda getirmek üzre işletilmesini temin eder ve umumi fayda namına müstesna hallerde şu ve ya bu toprağı hususi mülkiyetten tecrid eyler.

 

ç) Köylülerin asri ziraat üsullerile yüksek teknik kullanmaları, daha ziyade ekin sahasına malik bulunmaları, suvarma ve kübreleme işleri, uzun ve kısa müddetli köy kredileri, köy mahsulunun iyi kazanc temin etmek suretile iç ve dış pazarlarda satılması, köyçülük tahsilinin yapılması, köy kooperatiflerinin teşkili gibi tedbirlerle köylü yardımına gelmek devletin olduğu gibi mahelli idarelerin dahi vazifesidir.

 

d) Ormanlar, çalılıklar (kölluklar), göller, duzlaklar, akar sular umumidir. Bunların idaresi mahel idareleri elinde bulunub hususi adamların bunlardan faydalanması tertibi ayrıca kararlaştırılır.

 

e) Yıllarca ekilmeyüb de ölü bırakılan topraklar, sahiblerinden alınarak, az topraklı çalışkan köylülere verilmek üzre, mahel idarelerine geçer.

 

f) Devletce faydalı ve zaruri görülen nümune çiflikleri olduğu gibi kalırlar.

 

12 - Azerbaycan sanayice geniş inkişafa namized bir memleket olduğunu göz önünde tutarak, bu inkişafi milli tesanüdü bozacak içtimai hiç bir sarsıntıya meydan vermeden temin etmek maksadini güden Müsavatçılık, işçileri fabrikaların kazançlarından hisse almak ve kendilerini teknik ve ekonomik cihetile alakalandırmak esasını tervic eder.

 

13 - Çalışmanın tehlikesizliğini, can sağlığı şeraitine uyğun surette icrasını, küçük yaşlılarla kadın amelelerin çalışma müddetlerinin tahdidi, haftalık en az istirahat saati ile yıllık mecburi istirahat müddetinin tayini gibi kanuni tedbirlerle devlet, işçi emegini her cihetce koruyarak şunları temin eder:

 

a) 8 saattan fazla olmamak üzre iş gününün tayini.

 

b) İctimai sığorta.

 

c) İktisadi menfaatler güden birleşmelerle işden el çekmek hakkı.

 

ç) İşci birliklerinin hürriyeti.

 

d) İş verenlerle, iş alanlar arasında çikacak ihtilafların hallina bakacak mecburi arbitraj.

 

e) Kollektiv mukavelenin kanunen tanınması.

 

f) Emegin müdafaası ile içtimai sığorta işlerine bakan devlet müesseselerinde işçi teşkilatları namına mumessillerin bulunması.

 

g) İşçilerin maarif ve medeni hayat sahasında kendilerini terbiye işlerine büyük ölçüde yardım.

 

14 - Ferdleri, cemiyete salih ve faydali bir unsur olarak yetiştirmek maksadile terbiye etmek vazifesinde olan adalet, her türlü masraflardan muaf, yalnız kanuna tabi, her türlü nüfuz ve müdaheleden korunur, süratle çalışır mahkemeler vasitasile temin ve şartli mücazat üsulu tatbik olunur.

 

15 - Maarifin kurtulacak Azerbaycanda göze alacağı hedef, vatandaşları, millet, vatan ve milli birlik faydasını her şeyin üstünde tutan, türklük, milli kültür, milli tarih ve istiklal ideali ile, beşeri yüksek fikirler ve asri bilgilerle mücehhez olarak yetiştirmektir.

 

Erkek - kadın bütün vatandaşlar maarif işlerinde müsavi hakka maliktirler.

 

İlk tahsil umumi, mecburi ve ücretsizdir.

 

Kafi derecede ihtisas mektebleri açılır; güzel sanatlere ehemmiyet verilir; muayyen mekteblerde Kafkasyoloji ile beraber komşu Kafkasya dilleri ögretilir.

 

16 - Devlet, umumi can sağlığı, spor, idman teşkilat ve müessesatı ile nafıa işlerine azemi derecede ehemmiyet verir.

 

Müsavat Bülteni, 1936, Varşava

 

 

*  *  *

 

 

Müsavat Partiyasinin  III (Bərpa) Qurultayi (1992)

 

 

İsa Qəmbərin Müsavat Partiyasinin III (Bərpa) Qurultayinda Çixişi

 

Hörmətli xanımlar və bəylər!

Hörmətli qurultay nümayəndələri! Hörmətli qonaqlar!

 

Bu gün tarixi bir gündür, bəlkə də bu sözü son vaxtlar tez-tez təkrar eləyirik, ancaq məsələ burasındadır ki, doğurdan da, bu, belədir. Azərbaycan öz tarixinin elə şərəfli, məsuliyyətli bir dövrünü yaşayır ki, bu gün baş verən bütün hadisələr Azərbaycanın gələcəyinə, Azərbaycan xalqının taleyinə təsir edən hadisələrdir. Lakin bu tarixi hadisələrlə zəngin dövrdə Müsavat Partiyasının bərpa qurultayının keçirilməsi seçilən və fərqlənən bir məsələdir. Mənə elə gəlir ki, bu fikirlə təkcə Müsavat Partiyasının üzvləri və tərəfdarları deyil, Azərbaycanın hər bir vətəndaşı razılaşar. Müsavat Azərbaycan xalqının tarixi ilə bağlı olan bir qüvvə, 1918-ci ildə Azərbaycanın müstəqilliyinin əldə edilməsində və müstəqil dövlətçiliyimizin əsaslarının qoyulmasında həlledici rol oynamış ilk siyasi partiyasıdır. Ancaq bu o demək deyildir ki, biz bu partiyanı bərpa eləyiriksə, avtomatik olaraq bu partiyaya edilən hörmət, bu partiyanın şərəfli adı bizə keçəcək. Biz bunu sübut etməliyik. Nə qədər çətin, ağır olsa da biz sübut etməliyik ki, bu onilliklər ərzində Müsavat Partiyasını yaradanların, yaşadanların səviyyəsində olmasaq da, o səviyyəyə yaxınıq, onlarla eyni əqidədəyik. Bizim bu partiyanı yaradanların xasiyyətinə və qabiliyyətinə layiq olduğumuzu sübut etməyə gücümüz, iradəmiz çatacaq və bu gün bu tarixi hadisədə iştirak edənlərin hamısını mən bir daha Müsavat Partiyası Bərpa Mərkəzi adından təbrik edirəm.

 

Azərbaycan öz tarixinin həddindən artıq mürəkkəb, məsuliyyətli, eyni zamanda şərəfli bir dövrünü - Azərbaycanın müstəmləkə dövründən müstəqilliyə keçidini, sosializm adlı əcaib bir sistemdən normal cəmiyyətə keçid dövrünü yaşayır. Azərbaycan ağır problemlərin içindədir, eyni zamanda Azərbaycana qarşı təcavüz, müharibə Azərbaycanın həyatını müəyyənləşdirən əsas amillərdən biridir. Çox mürəkkəb dövrdə cəmiyyətdə düzgün nizamı, inkişafı təmin eləyən stabilliyin yaranmasına çox böyük ehtiyac var və mənə elə gəlir ki, Müsavatın Azərbaycanda fəaliyyətinin geniş şəkildə bərpa olunması bu səbəblərdən irəli gəlir. Müsavat çox qısa bir müddətdə digər mütərəqqi qüvvələr ilə birlikdə Azərbaycanın müstəqilliyini bərqərar edib, 2 il ərzində Azərbaycan dövlətinin əsaslarının qoyulmasında həlledici rol oynayıb. Təəssüf ki, başqa qüvvələrin xəyanətləri nəticəsində Müsavat həddindən artıq güclü düşmən qarşısında müqavimət göstərə bilməyib, hakimiyyətdən getməli olub və Azərbaycanın müstəqilliyini işğal dövrü əvəz edib. Lakin hamımıza məlumdur ki, Müsavat bundan sonra da mübarizəsini dayandırmayıb, həm Azərbaycan daxilində və həm də xaricində mübarizəni davam eləyib. Bu müddət ərzində minlərlə müsavatçı təqib olunub, izlənilib və məhv edilib. Stalin dövrünün  ilk qonaqları da, o düşərgələrdə öz insanlığını, mənəviyyatını, mərdliyini qoruyub saxlayanlar da müsavatçılar olublar. Mühacirətə məcbur olmuş müsavatçı babalarımız Azərbaycan kommunist rejiminə qarşı əllərindən gələn mübarizəni aparmış, həddindən artıq mürəkkəb bir dövrdə, dünyanın ən müxtəlif siyasi maraqlarının toqquşduğu bir dövrdə müstəqil Azərbaycan ideyasını qoruyub saxlaya bilmiş, Azərbaycanın dövlət rəmzlərini Azərbaycan xalqına qaytarmışdır. Məmməd Əmin Rəsulzadədən başlayaraq, bu gün Türkiyədə demokratik Azərbaycançılıq ideyalarını yaşadıb saxlayan adamlara bütün Azərbaycan xalqı minnətdar olmalıdır. Etiraf etməliyik ki, Azərbaycan xalqı Müsavat Partiyası ideyalarını yaşadan insanları kifayət qədər tanımır. Bu müəyyən mənada bizim günahımızdır və bu missiyanı boynumuza götürməliyik. Əbdül Vahab Yurdsevər, Mehmet bəy Kəngərli kimi nəhəng insanları, bu gün qurultayımızda iştirak edən Əhməd bəy Qaraca kimi şəxsiyyətləri Azərbaycan xalqı özünə doğma bilir.

 

Müsavat Partiyası Azərbaycanın siyasi həyatından kənarda qala bilməz. Bu partiya mütləq bərpa olunmalı, fəaliyyət göstərib öz sözünü deməliydi. Çünki biz yenidən təsdiq etməli oluruq ki, Azərbaycanda nə qədər yeni partiyalar, qüvvələr ortalığa çıxsa da, biz hələlik müsavatçılıq ideologiyasından qabağa gedə bilməmişik. Hətta bizim hərəkatımız müəyyən dərəcədə kortəbii xarakter daşıyanda da özümüz də dərk etmədən müsavatçılıq ideyalarını saxlamışıq. Bu gün Azərbaycanın müstəqil dövlət kimi güclənməsində düzgün xəttə ehtiyac varsa, bu düzgün xətt məhz müsavatçılıq xəttidir. Məhz bu baxımdan son illərdə Azərbaycanda Müsavat Partiyasının tarixini yeniləşdirmək cəhdləri çoxalıb. 89-cu illərin sonlarında Azərbaycanın xalq hərəkatının iştirakçılarından bir qrupu "Yeni Müsavat" adı ilə bu partiyanın fəaliyyətini dirçəltməyə çalışıblar və Müsavat ideyalarının yayılması sahəsində o dövrdə Azərbaycanda çox əhəmiyyətli iş görüblər, lakin bəzi səbəblərdən, o cümlədən, görünür, hələ partiya fəaliyyətinin əsl dövrü yetişmədiyindən bu partiya o zaman öz məqsədinə tam nail ola bilmədi və 1991-ci ilin II yarısından başlayarıq, Müsavatın bərpa prosesini genişləndirmək, ona yeni qüvvələr qoşmaq, bütün Azərbaycan xalqına çevirmək təklifləri ortalığa çıxıb müzakirə olunurdu. Uzun müzakirələrdən, sözsüz ki, Türkiyədəki Müsavat Partiyasının rəhbərləri ilə məsləhətləşmələrdən sonra belə bir Bərpa Mərkəzinin yaradılması qərara alındı. Nəhayət, 1992-ci ilin iyunun sonunda bərpa mərkəzi yaradıldı. Bərpa Mərkəzi yerli bərpa bürolarının yaradımasına və fəaliyyət göstərməsinə  diqqət yetirirdi. Bakının 11 rayonunda, Naxçıvanın 3 rayonunda, ümumiyyətlə, 54 şəhər və rayonlarda bərpa büroları yaradıldı. İndiyə qədər partiyaya 2622 üzv qəbul edilib. Bir daha qeyd edirəm ki, Müsavat Partiyası Azərbaycan xalqının partiyasıdır. Bu partiyada xalqın bütün tələbləri təmsil olunub və olunacaq. Bu partiyanın öz qarşısında ciddi məsələlər qoymaq potensialı var və bunu da yaxın gələcək sübut eləyəcək. Başqa xalqlardan fərqli olaraq, Azərbaycan xalqı son 5 ildə həddindən artıq gərgin mübarizə aparıb. Bu mübarizədə həddindən artıq potensial enerji sərf olunub və böyük qurbanlar, şəhidlər verilib. Heç kim deyə bilməz ki, bu müstəqillik xalqımıza hədiyyədir. Bu, Azərbaycan xalqının öz əməyinin bəhrəsi, Azərbaycan xalq hərəkatının və bu hərəkata rəhbərlik etmiş qüvvələrin fəaliyyətinin nəticəsidir. Bu fəal qüvvə, sözsüz ki, AXC-dir və desələr də, deməsələr də, AXC-nin qüvvəsi onun kütləviliyində, bütün xalqı birləşdirməsində, həm də onun rəhbərliyində olubdur. Kim deyir ki, rəhbərlikdən heç nə asılı deyil, şəxsiyyət heç nəyi həll eləmir, bunlar boş sözlərdir. Hər şeyin öz rolu, öz yeri, öz xidməti var. Bu gün burada iştirak edib, təbrik söyləyən Əbülfəz Elçibəy kimi şəxsləri Azərbaycan xalqı bu gün nə qədər yüksək qiymətləndirirsə, bəlkə də 50 ildən sonra bu qiymət daha çox dərk ediləcək.

 

Belə fikirlər də söylənilir ki, Azərbaycan müharibə dövrünü yaşayır, buna görə də Azərbaycana güclü əl, diktatura lazımdır. Bu çox qorxulu oyundur. Diktatura olan yerdə təminat yoxdur ki, onlar xalqı hara aparacaqlar? Azərbaycana gəldikdə isə, xalqımızın potensialı o qədər genişdir ki, biz diktaturasız da güclü dövlət yarada bilər, problemləri də həll edərik. Bunu mümkün hesab edirik.

 

Sözsüz ki, xarici dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə əlaqələrimizi genişləndirməliyik. Ermənistana gəldikdə isə, dəfələrlə deyildiyi kimi, Ermənistan ərazisində nə qədər azərbaycanlı yaşayırsa, Azərbaycanda da o qədər erməni yaşamalıdır. Azərbaycanda ermənilərə hansı hüquqlar verilirsə, Ermənistanda da azərbaycanlılara o hüquqlar verilməlidir. Ancaq bu şərtlər daxilində regionda sabitliyin qorunmasına təminat yaratmaq olar ki, bu problem sabah yenidən yaranmasın.

 

Biz Müsavatın məşhur təsanüd nəzəriyyəsini müdafiə edirik. Birlik, həmrəylik olmalıdır. Biz müsavatçılıq ideyalarını yaşadan bütün siyasi qüvvələrlə həmrəyliyə, əməkdaşlığa hazırıq. Lakin elə partiyalar da var ki, öz mənafelərini Azərbaycanın mənafelərindən üstün tuturlar. Söhbət ondan getmir ki, iqtidarı tənqid etmək olmaz, əksinə bu lazımdır. Bizi bir şey düşündürür ki, nəyə görə bu partiyalar öz aralarında ideloji, siyasi mübarizə aparmırlar. Deməli, söhbət siyasi əqidədən deyil, hakimiyyətdən gedir. Yaxın müddətlərdə parlament seçkiləri keçirməyə hazırlaşacağıq. Seçkilərdən sonra xalqın nüfuzunu daha çox qazanmış partiyalar üstünlük təşkil edəcək.

 

Böyük Məmməd Əminin bir sözü var ki, "millətçilik fikrinə inananların vəzifəsi milli birliyi müdafiə etməkdir". Bütün Azərbaycan xalqının həmrəyliyinə nail olmalıyıq. Bu məqsədi Müsavat Partiyası özünün məqsədinə çevirəcək. Müsavat Partiyası parlament seçkilərində ya qalib gələcək, ya da bu seçkilərdə elə qüvvələr qalib gələcək ki, onlar bizim ideyalarımıza arxalanacaqlar.

 

"Yeni Müsavat" qəzeti, 12.11.1992.

 

*  *  *

 

 

* * *

 

Qurultay partiyanın 81 illik fəaliyyəti dövründə rəsmən bir neçə ad (Müsəlman Demokratik firqəsi-Müsavat, Türk Ədəmi - Mərkəziyyət firqəsi - Müsavat, Milli Azərbaycan Müsavat Xalq firqəsi, Azərbaycan Milli Müsavat Xalq firqəsi, Azərbaycan Milli Demokratik Partiyası - "Yeni Müsavat") daşıdığını, Azərbaycan Milli Müsavat Partiyası və "Müsavat" adının dəyişilməzliyini, eyni zamanda partiyanın bu adla tanındığını nəzərə alaraq partiyanın rəsmi adının "Müsavat Partiyası" kimi qəbul edilməsini qərara alır.

 

Müsavat Partiyası III (Bərpa) qurultayının qərarı.

 

Bakı, 7 noyabr 1992-ci il.

 

 

 

*  *  *

 

Qurultay 1920-ci ildə müsabiqəyə təqdim edilmiş, lakin ADC-nin dövlət gerbi kimi qəbulu 27 aprel işğalı nəticəsində mümkün olmamış gerb layihəsini (eskizi qərara əlavə olunur). Müsavat Partiyasının emblemi kimi qəbul etməyi qərara alır.

 

Müsavat Partiyasının III (Bərpa) qurultayının qərarı.

 

Bakı, 7 noyabr 1992-ci il.

 

Qurultay əski Müsavat nəslinin böyük ideoloji-siyasi sərvət yaratdığını minnətdarlıqla qeyd edərək, bu sərvətin hələ yetərincə mənimsənilmədiyinə narahatlığını bildirərək qərara alır:

 

1. Partiyanın qurultaylararası dövrdə ali orqanına tapşırır ki, Müsavat irsinin toplanması, sistemləşdirilməsi və təbliği məsələsinə lazımi diqqət yetirsin.

 

2. Bu məqsədlə partiyanın ali orqanına tövsiyə olunur ki, Müsavat irsi adlı komissiya yaradılsın və bu komissiyanın işinin təşkilinə zəruri yardım göstərilsin.

 

3. Müsavat Partiyasının nəzəri orqanı olan "Müsavat bülleteni"nin çapı davam etdirilsin.

 

Müsavat Partiyasının III (Bərpa) qurultayının qərarı.

 

Bakı, 7 noyabr 1992-ci il.

 

* * *

 

 

Müsavat Partiyasinin III  (Bərpa) Qurultayinda Qəbul Edilmiş  Proqrami (1992)

 

Azərbaycanın yeni tarixində ilk siyasi təşkilatın yaranması Müsavat və müsavatçıların adı ilə bağlıdır.  İlk müsavatçılar nəsli çar Rusiyasından milli və insan haqları əldə etmək uğrunda mübarizə aparırdılar. Onlar Böyük Fransa inqilabının fərdlər arasında bərabərlik (müsavat) prinsipinin təsir dairəsini daha da genişləndirib, onu (bərabərliyi) eyni zamanda millətlərarası münasibətlərə da şamil etdilər. Buradan da Müsavatın əsas şüarı - "İnsanlara hürriyyət, millətlərə istiqlal" - meydana çıxdı.

 

1911-ci ildə partiya şəklində formalaşmağa başlayan Müsavat çarizmlə mübarizə, inqilab, istiqlal, mühacirət və yeni dirçəliş dövrlərini yaşayaraq:

 

- ideologiyasını və təşkilatını yaratmış, milləti bu təşkilat və ideologiya ətrafında birləşdirməyə çalışmış;

 

- Milli idealı gerçəkləşdirməyə girişmiş;

 

- Milli istiqlal və demokratik hakimiyyət bayrağını yüksəldərək, Azərbaycana müstəqil dövlət həyatı yaşatmış, onu milli və mədəni bir varlıq olaraq dünya millətlərinə tanıtmış, Azərbaycan problemini beynəlxalq problemlər sırasına çıxarmış;

 

- Azərbaycanın yenidən işğalına qarşı fədakarlıqla mübarizə aparmış, milli ideologiyanı inkişaf etdirmiş, Azərbaycanın boğulmayan yeganə haqq səsi olmuş;

 

- Yeni milli-demokratik hərəkatda önəmli rol oynamış, hərəkatın ideoloji bazasına çevrilmişdir.

 

Müsavat Partiyası tarixinin qəhrəmanlıqlarla dolu bu mərhələlərdə saya gəlməz qurbanlar və şəhidlər verilmişdir. Əslində Azərbaycan milli-azadlıq hərəkatı Müsavat hərəkatı olmuşdur. Müsavat onillərlə millətin yeganə partiyası olmuş, müsavatçılıq millətin imanına çevrilmişdir. Müsavat Partiyasının başında böyük M.Ə. Rəsulzadə durmuşdur. Ölməz öndərimiz və onun onlarla məsləkdaşı zəngin siyasi-ideoloji sərvət yaratmışdır. Bu dəyərli şəxsiyyətlərin tarixi rolunu və qoyduqları irsi qiymətləndirərək, yeni müsavatçılar nəsli Müsavat ənənəsinə sədaqətini elan edərək bildirir:

 

- insanlara hürriyyət prinsipini fəaliyyəti üçün əsas olaraq götürür;

 

- millətlərə istiqlalı günün vacib problemi hesab edir;

 

- ümummilli "Türkçülük, İslamçılıq, Müasirlik" şüarına sədaqətini bir daha izhar edir;

 

- müsavatçılıq böyük türk mədəniyyətinə bağlı, milli mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir;

 

- dəyişən şəraitdə Partiya yeni vəzifələrə uyğun yeni şüarlar irəli sürür və praqmatizmi əsas prinsip kimi qəbul edir.

 

Azərbaycan milli tərəqqi yolunda böyük vaxt itirmişdir. Müstəmləkə zülmü Vətənimizi geridə qoymuş, mənəvi dəyərləri naqisləşdirmişdir. Bundan sonra vaxt itirilməməli, Azərbaycan sürətlə inkişaf etməlidir. Bu inkişafı təmin edəcək sınaqdan çıxmış, Müsavat yolu var!

 

Müsavat və müsavatçılıq bu gün - müstəmləkədən müstəqilliyə, totalitarizmdən demokratizmə keçid dövründə - həmişəkindən daha artıq lazımdır. Müsavat prinsiplərinə əsaslanmayan bir partiyanın Azərbaycanı müstəqil milli dövlət halında yaşatması və Azərbaycan vətəndaşını məsud etməsi imkan xaricindədir!

 

Keçid dövrü üçün Partiya aşağıdakı proqramı təklif edir.

 

 

DEMOKRATİK AZƏRBAYCAN DÖVLƏTİ

 

Müsavat Partiyası güclü Azərbaycan dövlətinin formalaşdırılmasını və onun vətəndaşların xidmətinə tabe etdirilməsini yaxın gələcəkdə özünün əsas məqsədi hesab edir.

 

Müstəmləkə zülmünün acı nəticələrindən biri Azərbaycanda dövlətçilik ənənələrinin unudulmasıdır. Azərbaycan öz dövlət mexanizminin başdan ayağa yenidən qurmalı, onu müasir dünya standartlarına uyğunlaşdırmalı, bu zaman 1918-1920-ci illər dövlət quruculuğu təcrübəsini nəzərə almalıdır.

 

Keçid dövründə cəmiyyətdə aparıcı funksiyanı milli dövlət yerinə yetirməlidir. Azərbaycanda yüz ildən artıq davam edən milli gəlişməni yeni perspektivlərə çıxarmaq missiyası da əsasən dövlətin üzərinə düşür.

 

Ən yaxın illərdə müstəqil dövlətin aşağıdakı atributları formalaşdırılmalıdır:

 

- milli pasport sistemi,

- maliyyə-bank və vergi sistemi,

- gömrük sistemi,

- sərhədlərin qorunması,

- ordu və donanma,

- milli təhlükəsizlik xidməti,

- xarici siyasət orqanları sistemi,

- milli zəmində inkişaf edən iqtisadiyyat.

 

Azərbaycan dövləti milli vəzifələri yerinə yetirən demokratik hüquq dövləti olmalıdır. Demokratik dövlət milləti yüksəltmək xidmətində durur. Eyni zamanda dövlət quruculuğu milli yaradıcılığın zirvəsidir.

 

Ardıcıl olaraq, mərhələ-mərhələ demokratik dövlətin aşağıdakı şərtləri formalaşdırılmalıdır:

 

- Azad seçkilər demokratiyanın bərqərar olmasının ümdə şərtidir. Vətəndaşların referendumlarda, prezident, parlament seçkilərində və yerli seçkilərdə rəyi əsasdır. Xalqın suverenliyi və dövlətin demokratikliyinin ifadəsi kimi seçki sistemi təkmilləşdirilməli və seçkilərin obyektivliyi təmin edilməlidir;

 

- Azad seçkilərdə seçilmiş millət vəkillərindən ibarət azad parlament (Milli Məclis) hakimiyyətin bölünməsi prinsipinə uyğun şəkildə ali icraedici orqanlardan ayrı olmalı, tam baxımsız fəaliyyət göstərməlidir. Səlahiyyətləri çərçivəsində parlamentin qanun və qərarlar qəbul etməsinə kimsə təzyiq göstərməməli və onlar yerinə yetirilməlidir;

 

- Məhkəmə sistemi tamamilə yenidən qurulmalı, onun fəaliyyətində aşkarlıq, kollegiyallıq və müstəqillik təmin edilməlidir. Məhkəmə hakimiyyəti yalnız qanuna tabe olmalı və onun fəaliyyətinə qarışmağa yol verilməməlidir;

 

- Dövlət azad mətbuata yardım etməli, onun qanun çərçivəsində normal fəaliyyətini təmin etməlidir;

 

- Müxalifət demokratik dövlətin ayrılmaz tərkib hissəsidir. Dövlət ictimai təşkilatların və siyasi partiyaların qanunla müəyyən olunmuş qaydada yaranması və fəaliyyəti üçün hər cür şəraiti təmin etməli, çoxpartiyalı siyasi sistemin bərqərar olmasına çalışmalıdır. Müxtəlif partiyaları gücdən salmaq üçün onların nümayəndələri olan kadrlara qarşı hakim partiyanın hər hansı qanunsuz əməlinin qarşısının alınmasında dövlət və qanunçuluq qarant olmalıdır;

 

- Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyi qanunla tanınmalı, azsaylı xalqların və etnik qrupların öz dilini, mədəniyyətini, adət-ənənənələrini qoruması və inkişaf etdirməsi üçün şərait yaradılmalıdır;

 

- Universitetlərə və başqa ali təhsil müəssisələrinə tam muxtariyyət verilməlidir;

 

- Azad həmkarlar və başqa ictimai təşkilatların meydana çıxmasına şərait yaratmalı, cəmiyyətin idarə olunmasında onların rolunun artırılmasına çalışmalıdır.

 

 

MİLLİ TƏSANÜD SİYASƏTİ

 

Keçid dövründə gerçək milli birlik və vətəndaş həmrəyliyi milli təsanüd nəzəriyyəsinə (bir sinfin, təbəqənin deyil, bütün millətin xeyrinə yönəldilməsinə, fərdin və cəmiyyətin mənafeyinə uyğunlaşdırılmasına) əsaslanan effektiv sosiall-iqtisadi islahatlar təmin etməlidir. Onun əsas müddəaları aşağıdakılardan ibarətdir:

 

- Müasir Azərbaycan cəmiyyətinin başlıca atributlarından biri və xalqın maddi rifahının əsası kimi səmərəli sosial yönümlü, rəqabət qabiliyyətli milli iqtisadiyyat sistemi qurulmalıdır. İqtisadiyyat dövlət asılılığından azad olmuş insanların şəxsi təşəbbüskarlığına və işgüzarlığına əsaslanmalı, tədricən və ardıcıl olaraq dünya təsərrüfat sisteminə açılmalı və bu sistemdə layiqli yer tutmalıdır;

 

- Azərbaycanda bazar iqtisadiyyatı sistemi qarışıq xarakter daşımalıdır. Xüsusi mülkiyyət və başqa mülkiyyət formaları üçün bərabər şərait yaradılmalıdır. İqtisadiyyatın dinamik inkişafı üçün sağlam rəqabətə əsaslanan bazar mexanizmi səmərəli dövlət nizamlaması ilə tamamlanmalıdır. Dövlət bazar mühitinin formalaşmasının fəal amili olmalıdır. Demokratik normalara uyğun olaraq dövlət bazar və sahibkarlıq prinsiplərinin təsbit edilməsi, bu prinsiplərin insanlar tərəfindən davranış qaydası kimi mənimsənilməsi və onlara riayət edilməsi üzərində nəzarət funksiyasını yerinə yetirməlidir. Bu şərtlər daxilində dövlət geniş şəkildə sahibkarlığı həvəsləndirmək siyasətini həyata keçirməlidir;

 

- İqtisadiyyatın liberallaşdırılmasının və struktur dəyişmələrinin zəruri şərti kimi ardıcıl və geniş miqyaslı özəlləşdirmə aparılmalıdır. Özəlləşdirmə uzunmüddətli və çoxmərhələli proses olmalı, qarışıq formalarda həyata keçirilməli, əmək və sahibkarlıq fəallığını təmin etməklə dinamik iqtisadiyyat sistemi qurmaq naminə aparılmalıdır. Buna görə də özəlləşdirilən mülkiyyətin səmərəli reallaşdırılması və özəlləşdirilmiş obyektlər əldə etmiş vətəndaşların həqiqi mülkiyyətçilərə çevrilmələri üçün uyğun hüquqi infrastruktur və iqtisadi təminatlar yaradılmalıdır;

 

- Kənd təsərrüfatında çalışanların xüsusi çəkisinin böyüklüyü və bu kimi bir sıra tarixi, milli və psixoloji özəlliklərdən asılı olaraq aqrar islahat Azərbaycanda diqqətəlayiq əhəmiyyət daşıyır. Aqrar islahat demokratik prinsiplərlə, konkret şəraiti nəzərə almaqla tədricən və çoxpilləli formada gerçəkləşməlidir. Bu prosesin ilk dövrlərində mövcud təsərrüfatların bazar subyektləri kimi real müstəqilliyini təmin etməklə məqsədəuyğun hallarda torpaq islahatı aparılmalıdır. Aqrar islahatın zəruri şərti kimi istehsalın mövcud səviyyəsinin saxlanılması gözlənilməlidir;

 

- Yaranmış ekoloji böhran şəraitində iqtisadi islahatları həyata keçirərkən təbiətin mühafizəsinin nəzəri və praktik əsaslarını işləyib hazırlamaq, təkamül prosesinin təbii axımını təmin etmək üçün biosfer qoruqların, milli parkların təşkili, iri sənaye şəhərlərində ekoloji-tibbi mərkəzlərin açılması, ekoloji şüurun formalaşdırılması, istehsal prosesinin bütün mərhələlərinin ekologiyalaşdırılması yolu ilə tənzimi və ümumiyyətlə, ekoloji mənafenin iqtisadi mənafedən üstün tutulması lazımdır;

 

- Siyasi sabitliyi və sosial ədalətin təmin edilməsi üçün bazar iqtisadiyyatına keçid dövründə yeni şərtlərlə ən az hazır olan və ən çox zərər çəkən aşağı, aztəminatlı təbəqələrin sosial müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirilməlidir;

 

- Fermer, sənayeçi, maliyyəçi, ticarətçi, vəkil, həkim, mühəndis kimi sərbəst çalışan və orta sinif adlandırılan peşə sahiblərinin sosial-iqtisadi vəziyyətinin möhkəmləndirilməsi cəmiyyətin sağlam sosial təməl üzərində inkişafı üçün əsas şərtdir. Dövlət sosial siyasətində onların fəaliyyətinin müdafiəsini diqqət mərkəzində saxlamalıdır;

 

- Beynəlxalq normalarla müəyyənləşdirilmiş insan haqlarının siyasi, iqtisadi və hüquqi zəmini hazırlanmalı və həmin haqların qorunması üçün mükəmməl hüquq mexanizmi yaradılmalı, Azərbaycan vətəndaşları arasında azadfikirlilik və tolerantlıq gündəlik birgəyaşayış normalarına çevrilməlidir. Şəxsi azadlıqların ardıcıl olaraq genişləndirilməsi təmin edilməlidir;

 

- Bazar iqtisadiyyatına keçid dövründə mədəniyyətlə bağlı peşələrin nüfuzdan düşməsi təhlükəsi var. Dövlət həm bunun qarşısını almalı, həm də qazanc gətirməyən, ancaq Azərbaycanın sayğılanması, dolğun mənəviyyatlı ölkə olması üçün gərəkli bütün elmi, mədəni və bədii yaradıcılıq işlərinə dotasiya prinsipi ilə yardım göstərməlidir;

 

- Təhsil sahəsində yüksək bilik, peşəkarlıq aşılayan, Azərbaycan balalarını milli mənəviyyatda tərbiyə edən bütün axtarışlara şərait yaradılmalıdır;

 

- Səhiyyə əsasən dövlətin himayəsində qalsa da, tibbi xidməti yüksək səviyyəyə qaldıran bütün şəxsi təşəbbüslərə qayğı ilə yanaşmaq gərəkdir;

 

- Partiya dini etiqadlara hörmət edir, dini mənəviyyatın əsas dayaqlarından biri sayır, dinin siyasətə, siyasətin dinə tabe edilməsinə qarşı çıxır.

 

 

AZƏRBAYCANIN GEOSTRATEJİ MƏNAFELƏRİ

 

Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qonşu ölkələrlə normal münasibətlərin qurulması, Azərbaycanın dünya dövlətləri birliyinin bərabərhüquqlu üzvünə çevrilməsi yaxın gələcək üçün xarici siyasətin əsas istiqamətləri olmalıdır. Bu şərtlər gözlənilməklə Azərbaycanın xarici siyasətində üç başlıca hədəf daim diqqət mərkəzində durmalıdır.

 

 

1. AZƏRBAYCANIN BÜTÖVLÜYÜ

 

Bu hədəflərdən birincisi bölünmüş Azərbaycan problemidir. Bu ümummilli həyati problemə münasibətdə Müsavat Partiyası aşağıdakı prinsiplərin rəhbər tutulmasını təklif edir:

 

- Azərbaycanın bölünməsinin tarixi ədalətsizliyi və onun gec-tez birləşəcəyi labüdlüyü;

 

- Sərhədlərin zorla dəyişilməzliyi prinsipinə hörmətlə yanaşı, başqa ölkələrlə olduğu kimi İranda da insan haqları, milli hüquqlar uğrunda mübarizənin müdafiəsi;

 

- Cənubi Azərbaycanın taleyinin yalnız İran azərbaycanlılarının müəyyən edə bilməsi;

 

- Azərbaycanın iki hissəsi arasında hər cür əlaqələrin genişlənməsi əsasında milli-mədəni bütövlüyün təmin edilməsi.

 

 

2. AZAD QAFQAZ EVİ

 

Çoxmillətli Qafqazda sülhün yaranması, hər bir ölkənin gələcəyinin təmin edilməsi regionda xarici qüvvənin olmamasını tələb edir. Azad Qafqaz evi ideyasını irəli sürən Müsavat Partiyası hesab edir ki:

 

- Azad Qafqaz evinin siyasi-hüquqi və mənəvi əsaslarını işləyib hazırlamaq, Qafqaz dövlətləri və millətlərinin nümayəndələri arasında sıx əməkdaşlıq yaratmaq lazımdır.

 

- Azərbaycanın milli təhlükəsizliyinin ən vacib şərtlərindən biri kimi Qafqazın tam müstəqil olması zəruridir.

 

- Bu məqsədlə bütün Qafqazda insan haqları və milli hüquqlar uğrunda mübarizə müdafiə edilməli, münaqişələrin danışıqlar yolu ilə region daxilində həll edilməsinə səy göstərilməlidir.

 

- Qafqaz birliyini pozan hər hansı təxribat ifşa edilib zərərsizləşdirilməlidir.

 

 

3. TÜRK VƏ İSLAM DÜNYASINA MÜNASİBƏT

 

Azərbaycanın türk və islam dünyasına yönəlmiş ayrıca siyasət xətti olmalıdır. Türk və islam dünyası ilə sıx əlaqələrin yaranmasını lüzumsuz, hətta zərərli xəyalpərəstlik hesab etmək Azərbaycanı şüurlu şəkildə təkləmək deməkdir. Türk-islam birliyi məfkurəsinin ideoloji əsasının türk və islam dünyasında insan haqlarının qorunması və demokratiya uğrunda mübarizədən ibarət olmasını nəzərə alaraq, Azərbaycan dövləti türk və islam dünyasının istiqlal mübarizəsini müdafiə etməli, onların arasında sıx əlaqələrin yaranmasına çalışmalıdır.

 

Müsavat Partiyasının Proqram və Nizamnaməsi, Gəncə, 1993.

 

 

* * *

 

 

Müsavat Partiyasinin

III (Bərpa) Qurultayinda

Qəbul Edilmiş Nizamnaməsi

 

Müsavat Partiyası güclü, müstəqil, demokratik Azərbaycan dövlətinin formalaşdırılmasını və onun vətəndaşların xidmətinə tabe etdirilməsini özünün əsas məqsədi hesab edir.

 

Dinindən, etnik və sosial mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının azadlığı və qanun qarşısında müsaviliyi (bərabərliyi) müsavatçılığın əsasını təşkil edir. Müsavatçılıq böyük türk və islam mədəniyyətinə bağlı milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir.

 

Partiya öz fəaliyyətində:

 

- parlament mübarizəsindən;

 

- qanun layihələrinin hazırlanması, onların təbliği və respublika parlamentinə (Milli Məclisinə) təqdim edilməsindən;

 

- mitinq, nümayiş, piket və digər kütləvi tədbirlərin təşkilindən;

 

- diskussiyalar, elmi konfranslar, simpoziumlar və s. keçirilməsindən, eləcə də beynəlxalq hüquq normaları və respublikanın qanunları çərçivəsində ictimai-siyasi mübarizənin digər demokratik formalarından istifadə edir.

 

Siyasi partiyada üzvlüyü qanunla qadağan edilmiş şəxslər istisna olmaqla milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşı Müsavat Partiyasının üzvü ola bilər. Partiya öz üzvlərindən qanuna və Nizamnaməyə, etik normalara əməl etmələrini, üzvlərin hüquq bərabərliyinə hörmət olunmasını tələb edir. Partiya assosiasiyalar azadlığı, özünüidarə və aşkarlıq prinsipləri ilə təşkil edilir və fəaliyyət göstərir.

 

Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir.

 

Bütün partiya orqanlarına seçkilər gizli səsvermə ilə keçirilir. Partiyaya qəbul və partiyadan xaric edilmə gizli və ya açıq səsvermə ilə aparılır.

 

Partiya özəkləri və rayon (şəhər) təşkilatlarının seçkili orqanlarının səlahiyyət müddəti bir il, mərkəzi orqanların səlahiyyət müddəti iki ildir. Partiya orqanı lazım bildikdə özünün seçdiyi partiya orqanının səlahiyyət müddəti qurtarmamış onun ayrı-ayrı üzvlərinin və ya bütövlükdə orqanın təzədən seçilməsi məsələsini qoya bilər.

 

Nizamnamədə xüsusi göstərilmiş hallar istisna olunmaqla partiyanın bütün seçkili orqanları, üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

 

 

1.Partiya üzvləri

 

1.1. Müsavat Partiyasının Proqramını və Nizamnaməsini qəbul edən 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı Müsavat Partiyasının üzvü ola bilər.

 

1.2. Müsavat Partiyasının üzvü eyni zamanda başqa siyasi partiyada ola bilməz, ancaq Azərbaycan xalqının mənafeyinə xidmət edən ictimai təşkilat və hərəkatların fəaliyyətində  iştirak edə bilər.

 

1.3. Partiyaya qəbul aşağıdakı qaydada aparılır: iki partiya üzvünün zəmanəti ilə partiyaya daxil olmaq istəyən şəxsin ərizəsinə onun yaşadığı və ya işlədiyi ərazidəki partiya özəyində (bu olmadıqda, rayon və ya şəhər təşkilatının katibliyində) baxılır və ümumi yığıncaq (İCLAS) iştirakçılarının 4:1-nin səs çoxluğu ilə partiya üzvlüyünə qəbul edilir. Bü qərar müvafiq rayon (şəhər) şurasında təsdiq edildiyi gündən ərizə verən şəxs partiyanın üzvü sayılır.

 

Partiya qurumu olmayan rayonlarda (şəhərlərdə) yaşayan şəxslərin və xaricdəki Azərbaycan vətəndaşlarının partiyaya qəbulu Məclisin Divanında aparılır.

 

1.4. Zəmanət verən partiya üzvü partiyaya qəbul olunan şəxsin fəaliyyəti üçün partiya qarşısında məsuliyyət daşıyır.

 

1.5. Partiyadan çıxmaq sərbəstdir, bunun üçün partiya özəyinə və ya rayon təşkilatının katibliyinə yazılı məlumat vermək və partiya sənədlərini təhvil vermək kifayətdir.

 

1.6. Partiya üzvünün aşağıdakı hüquqları vardır:

 

- partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək;

 

- qərar qəbul edilənədək partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək;

 

- hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək;

 

- bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək.

 

1.7. Partiya üzvünün aşağıdakı vəzifələri vardır:

 

- partiyanın Nizamnamısinə əməl etmək;

 

- partiyanın Proqramında və digər sənədlərində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirak etmək;

 

- partiyanın ideologiyasının geniş yayılmasına, əhalinin milli şüurunun inkişafına və ideya-mənəvi yüksəlişinə kömək etmək;

 

- partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq;

 

- partiya orqanlarının qərarlarını vaxtında yerinə yetirmək;

 

- partiyanın yerli təşkilatlarının birində fəaliyyət  göstərmək və üzvlük haqqı vermək.

 

1.8. Nizamnaməni pozan partiya üzvü haqqında onun qeydə alındığı özək və yuxarı seçkili orqanlar aşağıdakı intizam tədbirlərindən birini tətbiq edə bilər:

 

- nəzərinə çatdırmaq (tənbeh mənasında);

 

- xəbərdarlıq;

 

- töhmət;

 

- partiyadan xaric etmək. Özək və ya rayon (şəhər) təşkilatının katibliyi üzürlü səbəb olmadan 3 ay üzvlük haqqı verməyən üzvün partiyadan xaric edilməsi məsələsini müzakirə edir.

 

Haqqında intizam tədbiri müzakirə ediləcək partiya üzvünə müvafiq İCLAS barədə əvvəlcədən məlumat verilməlidir.

 

Özəyin tətbiq etdiyi intizam tədbiri haqqında rayon (şəhər) təşkilatı Nəzarət-Təftiş Komissiyasına (NTK) rayon (şəhər) və ya respublika səviyyəli orqanın tətbiq etdiyi intizam tədbiri haqqında Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) bir ay ərzində şikayət verilə bilər. Bu halda NTK (MNTK) intizam tədbiri haqqında qərarı ya təsdiq edir və ya lazımi əsas olmadıqda rədd edir, ya da onu öz üzvünün iştirakı ilə son qərar qəbul edilməsi üçün intizam tədbiri tətbiq edən orqanın müzakirəsinə qaytarır.

 

1.9. Partiya öz üzvlərinin hüququnu müdafiə edir.

 

1.10. Partiya üzvlərinə üzvlük vəsiqəsi verilir.

 

 

2.Partiyanın özəkləri

 

2.1. Partiyanın özəkləri müvafiq ərazidə fəaliyyət göstərən və ən azı üç partiya üzvünü birləşdirən qurumdur.

 

2.2. Partiyanın özəkləri rayon (şəhər) təşkilatı katibliyinin razılığı və nəzarəti ilə bir kənddə, qəsəbədə, şəhər məhəlləsində yaşayan və ya işləyən partiya üzvlərindən ibarət olub özəyin təsis yığıncağında yaradılır və rayon təşkilatında qeydə alınır. Katibliyin razılığı ilə bir neçə yaxın yaşayış məntəqəsində yaşayan (işləyən) partiya üzvləri bir özəkdə birləşə bilərlər.

 

Partiyanın xarici ölkədə yaşayan üzvləri, həmin ölkənin qanunlarına zidd deyilsə, Məclisin Divanının razılığı ilə orada partiyanın özəyini yarada bilərlər.

 

2.3. Özəyin ali orqanı onun ayda bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncağıdır. Növbədənkənar yığıncaq özək şurasının (özək katibinin), özək üzvlərinin 1:3-nin və ya partiyanını rayon (şəhər) təşkilatının orqanlarından birinin təşəbbüsü ilə özək katibi tərəfindən çağırılır.

 

2.4. Özəyin ümumi yığıncağı:

 

- özək katibini, xəzinədarı və üzvlərinin sayı 20-dən çox olan özəklərdə özək şurasını seçir və onların hesabatını dinləyir;

 

- partiyaya daxil olmaq istəyənlərin ərizəsinə baxır və müvafiq qərar çıxarır;

 

- rayon təşkilatının konfransına nümayəndələr seçir;

 

- məntəqə seçki komissiyasına nümayəndələr verir.

 

2.5. Ümumi yığıncaqlararası dövrdə özəyin fəaliyyətinə özək şurası (kiçik özəklərdə katib) rəhbərlik edir. Özək şurasının say tərkibi ümumi yığıncaq tərəfindən müəyyən edilir.

 

2.6. Özək katibi özək şurasının İCLASında və ümumi yığıncaqda sədrlik edir. Katib öz vəzifəsinə görə rayon (şəhər) şurasının üzvüdür və özəyi təmsil edir.

 

2.7. Özək öz fəaliyyətində Nizamnamə pozuntularına yol verdikdə rayon (şəhər) NTK-nın təqdimatı ilə rayon (şəhər) şurası tərəfindən buraxıla bilər. Özək qərardan narazı qaldıqda partiyanın MNTK-na müraciət edə bilər.

 

Bu məsələ haqqında MNTK-nın qərarı həlledicidir. Özək buraxılıbsa rayon (şəhər) NTK onun hər bir üzvünün partiyada qalıb-qalmaması məsələsini həll edəndən sonra özək bərpa edilə bilər.

 

 

3.Partiyanın rayon (şəhər) təşkilatları

 

3.1. Partiyanın rayon (şəhər) təşkilatı Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə uyğun olaraq müvafiq rayonun (şəhərin) ərazisindəki partiya özəklərini (partiya üzvlərini) birləşdirən orqandır. Rayon (şəhər) təşkilatı onun təsis yığıncağında yaradılır.

 

3.2. Rayon (şəhər) təşkilatının ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan konfransdır (ümumi yığıncaqdır). Növbədənkənar konfrans (yığıncaq) təşkilatdakı özəklərin 1:5-nin və ya rayon (şəhər) şurası üzvlərinin 1:3-nin,  yaxud rayon (şəhər) NTK-nın və yaxud katibliyin, ya da partiyanın mərkəzi orqanlarından birinin təşəbbüsü ilə rayon (şəhər) şurası tərəfindən çağırılır.

 

3.3. Konfransa nümayəndəlik norması və onun keçirilmə qaydası partiyanın Məclisi və ya onun Divanı tərəfindən təsdiq edilmiş tə?limatla, belə bir tə?limat olmadıqda isə rayon (şəhər) şurası tərəfindən müəyyən edilir. Konfransın (yığıncağın) sədarəti, katibliyi və b. orqanları konfrans (yığıncaq) tərəfindən açıq səsvermə ilə seçilir.

 

3.4. Konfrans (ümumi yığıncaq):

 

- rayon (şəhər) şurasının say tərkibini müəyyən edir, özək katiblərinin rayon (şəhər) şurası üzvü səlahiyyətlərini təsdiq edir və şuraya əlavə üzvlər seçir;

 

- rayon (şəhər) təşkilatının sədrini seçir;

 

- rayon (şəhər) təşkilatı NTK-nın say tərkibini müəyyən edir və NTK-nı seçir;

 

- rayon (şəhər) şurası və NTK-nın hesabatını dinləyir;

 

- partiyanın qurultayına və konfransına nümayəndələr seçir.

 

3.5. Konfranslararası dövrdə partiyanın rayon (şəhər) təşkilatının fəaliyyətinə rayon (şəhər) şurası rəhbərlik edir. Şura konfransın bu Nizamnamədə göstərilən səlahiyyətlərinə aid olan məsələlərdən başqa təşkilatın fəaliyyətinə dair bütün məsələləri həll edir.

 

3.6. Şuranın İCLASları ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar İCLASlar NTK-nın və ya katibliyin, yaxud şura üzvlərinin 1:3-nin və ya özəklərin 1:5-nin, yaxud da mərkəzi orqanlardan birinin təşəbbüsü ilə sədr tərəfindən çağırılır. Şuranın İCLASlarına məsələlərin hazırlanmasını katiblik həyata keçirir, İCLASları sədr idarə edir.

 

3.7. Rayon (şəhər) şurası:

 

- şuranın üzvlərindən rayon (şəhər) təşkilatının sədr müavinini,  katiblərini seçir və katibliyin hesabatını dinləyir;

 

- təşkilatın büdcəsi və ştat cədvəlini təsdiq edir;

 

- ciddi Nizamnamə pozuntusuna yol verdikdə şura üzvlərinin ümumi sayının yarısından çoxunun razılığı ilə ayrı-ayrı şura üzvlərinin, o cümlədən sədrin, NTK-nın ayrı-ayrı üzvlərinin fəaliyyətini dayandırır və konfrans (yığıncağın) səlahiyyətinə aid orqanlara müvəqqəti seçkilər keçirir;

 

- qanunçuluğa müvafiq surətdə seçkili hakimiyyət orqanlarına, o cümlədən deputatlığa namizədlər irəli sürür;

 

- dairə və məntəqə seçki komissiyalarına nümayəndələr verir.

 

3.8. Şura öz səlahiyyətlərinin müəyyən hissəsini katibliyə həvalə edə bilər.

 

3.9. Rayon (şəhər) təşkilatının katibliyi sərəncamverici və icraedici orqan olub şuralararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Katiblik sədr, sədrin müavini və katiblərdən ibarət olur, katiblərin sayı rayon (şəhər) şurası tərəfindən müəyyənləşdirilir və hər bir katib təşkilatın fəaliyyətinin müəyyən sahəsinə cavabdehdir.

 

3.10. Rayon (şəhər) təşkilatının sədri onu təmsil edir, katibliyin işinə rəhbərlik edir, rayon (şəhər) şurasının İCLASını idarə edir, katibliyin işinə rəhyi ştat cədvəli üzrə işçilər qəbul edir.

 

3.11. Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini sədrin müavininə və ya katiblərdən birinə verə bilər. Sədr olmadıqda onu müavini əvəz edir.

 

3.12. Rayon (şəhər) təşkilatının NTK-sı təşkilatın üzvlərinin, seçkili orqanlarının fəaliyyətinin Nizamnamə və Proqrama uyğun olmasına, maliyyə-təsərrüfat fəaliyyətinin düzgün aparılmasına nəzarət edir, yoxlamalar aparır, Nizamnamə pozuntuları olduqda müvafiq qərarlar qəbul edilməsi üçün uyğun orqanlar təqdimat verir, partiya üzvləri haqqında intizam tədbiri tətbiq edir.

 

3.13. NTK ərizə və şikayətlərə 15 gün ərzində cavab verir.

 

3.14. NTK öz tərkibindən komissiyanın sədrini seçir, Komissiyanın sədri komissiyanı təmsil edir və onun İCLASlarını idarə edir.

 

3.15. Partiya Nizamnaməsini pozan rayon (şəhər) təşkilatı və ya onun seçkili orqanları MNTK-nın təqdimatı ilə Məclis tərəfindən buraxıla bilər. Bu halda Məclis təşkilatın və ya onun orqanının bərpası qaydasını da müəyyən edir.

 

3.16. Partiyanın Proqram və Nizamnaməsi çərçivəsində rayon (şəhər) təşkilatları fəaliyyət müstəqilliyinə malikdir.

 

 

4.Partiyanın mərkəzi orqanları.

 

4.1. Partiyanın ali orqanı onun Qurultayıdır. Növbəti qurultaylar 2 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar Məclisin Divanının və ya rayon (şəhər) təşkilatlarının 1:5-nin, yaxud Məclis üzvlərinin 1:3-nin və ya MNTK-nın, ya da partiyanın başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır.

 

Məclisin Fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə qurultay 7 gün ərzində partiyanın son qurultayının nümayəndələri tərkibində çağırılır.

 

4.2. Partiya siyasətinin vacib məsələlərini müzakirə etmək üçün Məclis qurultaylararası dövrdə partiyanın konfransını çağıra bilər.

 

4.3. Qurultaya və konfransa nümayəndəlik norması və onların keçirilmə qaydası Məclis tərəfindən müəyyən edilir.

 

4.4. Qurultay:

 

- partiyanın Proqramını və Nizamnaməsini qəbul edir, onlarda dəyişiklik və əlavələr edir;

 

- partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;

 

- rayon (şəhər) təşkilatları sədrlərinin Məclis üzvü səlahiyyətlərini təsdiq edir və Məclisə əlavə üzvlər seçir;

 

- partiyanın başqanını və MNTK-nı seçir;

 

- Məclisin, MNTK-nın və partiyanın digər mərkəzi seçkili orqanlarının hesabatını dinləyir.

 

4.5. Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Məclis partiyanın rayon (şəhər) təşkilatlarının sədrlərindən və onların sayından çox olmaqla qurultay tərəfindən seçilmiş üzvlərdən ibarətdir. Partiyanın başqanı Məclisin üzvüdür.

 

4.6. Məclis Qurultayın bu Nizamnamədə göstərilən səlahiyyətlərinə aid məsələlərdən başqa partiyanın fəaliyyətinə dair bütün məsələləri həll edir.

 

4.7. Məclis iki ayda bir dəfədən az olmayaraq Məclisin Divanı tərəfindən çağırılır. Növbədənkənar İCLASlar MNTK-nın və ya partiya başqanının, yaxud Məclis üzvlərinin 1:5-nin, yaxud rayon (şəhər) təşkilatlarının 1:10-nin təşəbbüsü ilə Divan tərəfindən çağırılır.

 

4.8. Məclis:

 

- öz üzvləri arasından katibləri və Məclisin Divanını seçir və onların hesabatlarını dinləyir;

 

- rayon (şəhər) təşkilatlarında yeni seçilən sədrlərin Məclis üzvü səlahiyyətini təsdiq edir;

 

- bütün seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir. Məclis üzvlərinin ümumi sayının yarısından çoxunun razılığı ilə ciddi Nizamnamə pozuntusuna yol verən seçkili orqanların, vəzifəli şəxslərin səlahiyyətini dayandırır və ehtiyac olduqda qurultaylararası dövrdə Məclisin tərkibində dəyişiklik edir;

 

- seçkili dövlət orqanlarına namizədlər göstərir;

 

- qanun layihələri irəli sürür;

 

- Məclisin komitə və komissiyalarını yaradır;

 

- Partiyanın büdcəsini və ştat cədvəlini təsdiq edir.

 

4.9. Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Divana həvalə edə bilər.

 

4.10. Məclisin İCLASları arasındakı dövrdə partiyanın fəaliyyətinə Məclisin Divanı rəhbərlik edir. Divan partiyanın başqanı, katibləri və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Divanın iş qaydasını onun özü müəyyən edir.

 

4.11. Partiyanın başqanı:

 

- partiyanı təmsil edir, onun adından Məclisin və ya Divanın razılığı ilə müqavilə və sazişlər imzalayır;

 

- Məclisin və Divanın işinə rəhbərlik edir;

 

- Katiblərin işini istiqamətləndirir.

 

4.12. Partiyanın başqanı öz səlahiyyətlərinin müəyyən hissəsini baş katibə və ya digər katiblərdən birinə verə bilər. Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədəkdə onun bütün səlahiyyətlərini baş katib həyata keçirir.

 

4.13. Partiyanın cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti baş katibin başçılığı ilə katiblər həyata keçirirlər. Katiblərin hər biri partiyanın fəaliyyətinin müəyyən sahəsinə (konseptual məsələlər, təşkilati məsələlər, maliyyə, informasiya və b.) rəhbərlik edir. Uyğun  sahələr Məclis tərəfindən müəyyən edilir və katiblər onun üzvlərindən Məclisdə seçilir.

 

4.14. Baş katib partiyanın icra aparatına rəhbərlik edir və onu təmsil edir, müvafiq sahəyə rəhbərlik edən katiblərin razılığı ilə ştatlı işçilər qəbul edir. Baş katib öz səlahiyyətlərini müəyyən müddətə katiblərdən birinə verə bilər.

 

4.15. MNTK partiyanın seçkili orqanlarının və üzvlərinin fəaliyyətinin Nizamnamə və Proqrama uyğun olmasına, partiya intizamına əməl olunmasına nəzarət edir, şikayətlər əsasında və ya öz təşəbbüsü ilə təftiş və yoxlamalar aparır, aşkar edilən pozuntuları aradan qaldırmaq və günahkar şəxslərin Nizamnamədə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır. Partiya üzvləri və özəkləri haqqında intizam tədbiri tətbiq edir.

 

4.16. MNTK partiya orqanlarından və üzvlərindən alınan ərizə və şikayətlərə 1 ay ərzində cavab verir.

 

4.17. MNTK-nın sədri komissiya tərəfindən seçilir. Komissiyanın sədri onu təmsil edir, İCLASlarını idarə edir, komissiya üzvlərinin fəaliyyətini əlaqələndirir.

 

 

 

5. PARTİYANIN HÜQUQU STATUSU, ƏMLAKI VƏ MALİYYƏ VƏSAİTİ

 

5.1. Partiya və onun rayon (şəhər) təşkilatları möhürü, ştampı, əmlakı olan hüququ şəxsdir.

 

5.2. Partiyanın öz vəsaiti hesabına əldə etdiyi və ya ona bağışlanan əmlak və partiyanın maliyyə vəsaiti onun mülkiyyətini təşkil edir.

 

5.3. Partiya və onun təşkilatlarının maliyyə vəsaiti partiya üzvlərinin üzvlük haqqından, müxtəlif fiziki və hüquqi şəxslərin ianələrindən və qanunla yol verilən digər mənbələrdən daxil olan vəsaitdən yaranır.

 

5.4. Partiya üzvü aylıq gəlirinin 1 faizi miqdarında, gəliri olmayanlar isə ayda 1 manat üzvlük haqqı verir. Partiya özəkləri toplanan üzvlük haqqının 20 faizini özlərində saxlayır, qalanını rayon (şəhər) təşkilatının hesabına keçirir. Rayon (şəhər) təşkilatı isə üzvlük haqqından ona çatan vəsaitin 60 faizini özündə saxlayır. Qalanını mərkəzi orqanın hesabına keçirir.

 

5.5. Partiyanın (onun təşkilatlarının) maliyyə vəsaiti Məclis (təşkilatların şuraları) tərəfindən təsdiq edilən büdcəyə uyğun xərclənir. Bu barədə Məclisə (şuraya) vaxtaşırı hesabat verilir.

 

 

 

6. PARTİYA NİZAMNAMƏSİNDƏ DƏYİŞİKLİKLƏR VƏ PARTİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDASI

 

6.1. Partiyanın fəaliyyətinə yalnız onun qurultayında nümayəndələrin 2:3-nin razılığı ilə xitam verilə bilər. Bu zaman partiya mülkiyyətinin taleyi də həll edilir.

 

6.2. Partiyanın Nizamnaməsində dəyişikliklər onun qurultayında iştirak edən nümayəndələrin 2:3-nin razılığı ilə qəbul edilir.

 

Müsavat Partiyasının Proqram və Nizamnaməsi, Gəncə, 1993.

 

*  *  *

 

 
Bugün 6 ziyaretçi (9 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol